Skip to content
13.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO
  • CƏMİYYƏT

Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO

admin 05.06.2025
kelbece

Adı qadın qalmaqalları ilə yerli medianın gündəmində aktiv olan Kəlbəcər rayonunun icra hakimiyyətinin başçısı Azər Qocayevin fəaliyyəti adından çox-çox geridə qalır.
Arada bir şəhid ailələri ilə fotosessiyalar etdirib paylaşdıran, Həqiqət!də isə bəzi xanımlarla “can deyib, can eşidən” icra başçısı, “hazıra nazir rəhbəri olduğu” Kəlbəcərin uğrunda sağlamlığını itirmiş Bəşirov İsaq Sabir oğlunun yaşadığı çətinlikləri görməməzliyə vurur.

Qarabağsız doğulub, Qarabağsız böyüyüb, Qarabağ uğrunda sinəsini düşmən gülləsinə sipər edən İsaq demək olar ki, ömrü boyunca məcburi köçkün kimi yaşadığı şəraitsiz, acınacaqlı vəziyyətdən əziyyət çəkirdi, antiterror əməliyyatlarından bəri isə bu dərdinin üstünə sağlamlıq dərdi də yüklənib.

“DogruXeber.az” bildirir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən “Kanal14″ün canlı yayımında mediadan mədət istəyən İsaq Bəşirovun yaşadığı daxmanın və bədənindəki xəsarətlərin görüntüləri də nümayiş etdirilib.

Qəhrəman İsaq Bəşirov deyir, “İcra Hakimiyyətinə nə vaxt, nə üçün gedirəm, mənə deyirlər, “İcra hakimiyyəti ona baxmır ki”.
Bəs o, bina niyə var?
İcra başçısı nə üçündür?”.

Bəli, İsaq Bəşirov yaralandıqdan sonra bir ilə yaxın bağırsaqlarını yanında daşıyan, özünün və cəbhə yoldaşlarının parçalanmış bədəninə, tökülmüş qanına şahidlik edən və bütün bunların ağır stress yaşatdığı adamdır. O, cəbhədə psixoloji travma alan yüzlərlə, hətta bəlkə minlərlə qeyrətli oğullarımızdan biridir. Bu gün ailəsi də onun himayəsindədir.

Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO



Yaşadığı daxmanı yuxarıdakı linkdə özünüz gördünüz. O, şəraitdə İsaq öz şəxsi vəsaiti hesabına müalicə alır. İş yox, hər hansı bir maddi gəlir yox, pensiya kəsilib…

İndi siz düşünün, cənab başçı, o, necə yaşasın?

Axı onun başı üzərinə Həqiqət xanımla aranızda “şef” adlandırdığınız Cavid Qurbanov kimi “tavan”ı da yoxdur.

P.S: Qeyd edək ki, İsaq Bəşirovun müraciətilə bağlı Kəlbəcər rayon icra hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə ilə telefon əlaqəsi saxladıq. O, İsaqın ailəsinin mənzillə təmin olunması üçün “Qaçqınkom”a müraciət etdiklərini, pensiya məsələsinə görə isə İsaqın videoda adını çəkdiyi həkimlərlə danışdıqlarını dedi.
İsaq Bəşirov isə bildirir ki, “Əgər tapşırılsaydı Goranboy xəstəxanası mənə bu qədər süni əngəllər yaratmazdı”.

İsaq haqlıdır, sadəcə demək yox, məsələnin üzərində dayanıb, icrasını tələb etmək lazım idi, hörmətli Tural Oruczadə.

Bildiririk ki, qazinin mövcud problemlərilə bağlı daha ciddi yanaşılması üçün tərəfimizdən Kəlbəcər rayon icra hakimiyyətinə rəsmi sorğu da göndərilib. Növbəti materialda daha ətraflı məlumatları və icra hakimiyyətinin sorğumuza cavabını təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb
Next: AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?

OXŞAR MÖVZULAR

1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
1781267570_ekran-shekli-2026-06-12-163101
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

admin 12.06.2026
1781269394_tabib-anar-1536x983
  • CƏMİYYƏT
  • ÖLKƏ

Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq

admin 12.06.2026

XƏBƏR LENTİ

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi
Rüfət Səfərova hökm oxundu rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
Keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır...
DAVAMI Read more about Rüfət Səfərova hökm oxundu
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü download_-_2026-06-12t173124.854
  • SİYASƏT

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü

admin 12.06.2026
Slovakiyanın Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla...
DAVAMI Read more about Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz” 1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov tanınmış vəkil Muxtar Mustafayevə qarşı bir sıra ittihamlar irəli sürüb....
DAVAMI Read more about Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ? 1781267570_ekran-shekli-2026-06-12-163101
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

admin 12.06.2026
“Cənab Emin Əmrullayev, bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir.” Bu sözləri Masallı rayonu, Boradigah qəsəbə...
DAVAMI Read more about Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

Bütün yazılar

ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
download_-_2026-06-12t173124.854
  • SİYASƏT

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü

admin 12.06.2026
1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.