Slovakiyanın Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
O bildirib ki, ötən ilin dekabrında Bratislavada baş tutan ilk görüşdən və konsulluq əməkdaşlığına dair Anlaşma Memorandumunun imzalanmasından sonra Bakıda keçirilən siyasi məsləhətləşmələr çərçivəsində Ceyhun Bayramovla məhsuldar müzakirələr aparılıb.
Dövlət katibi görüş zamanı Slovakiya-Azərbaycan Strateji Tərəfdaşlığının inkişafı və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində ortaq öhdəliklərin müzakirə olunduğunu qeyd edib.
M.Estok vurğulayıb ki, tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin hazırlanması üzərində işləyirlər. Onun sözlərinə görə, nəqliyyat, biznes, innovativ həllər, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Soztv.az
