Skip to content
12.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq
  • CƏMİYYƏT
  • ÖLKƏ

Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq

admin 12.06.2026
1781269394_tabib-anar-1536x983

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssisələri tərəfindən keçirilən dövlət satınalmalarında yol verilən qanunsuzluqlar, korrupsiya halları ilə bağlı sosial şəbəkələrdə və mediada kifayət qədər geniş məlumatlar var. TƏBİB-ə tabeli xəstəxanalarda dövlət vəsaitləri daha çox cari təmir işlərinə, tibbi ləvazimat və avadanlıqların, dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınmasına, tibbi avadanlıqların təmiri işlərinə ayrılır. Amma ayrılan bu vəsaitlərin böyük hissəsi təyinatından kənarlaşlaşdırılır.

Aktualinfo.net İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilmiş dövlət satınalmaları ətrafında araşdırma aparmışdır. Araşdırmada bəzi satınalmalarda şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

“İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi cari təmir işlərinin satınalınması üzrə 10.04.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “İSMAYILLI TİKİNTİ-27”  Açıq Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 10.996,8 manat dəyərində satınalma müqviləsi bağlanılıb.  Məlumat dövlət satınalmalarının portalında 01.06.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanası tikili və avadanlıqların cari təmiri,abadlaşdırma işlərinin satınalınması üzrə bir müqavilə də 22.11.2024-cü ildə “ERACON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu müqavilənin dəyəri 61.010,99 manat təşkil edib.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilmiş satınalmalarda “SUPPLİMED” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılan müqavilələr daha çox şübhələr doğurur.

Məsələn Xəstəxana 14.11.2025-ci ildə sözügedən MMC ilə müxtəlif növ malların alınması və quraşdırılması üzrə 86.982,52 manat məbləğində müqavilə bağlayıb.

Sözügedən xəstəxana 08.09.2025-ci ildə isə “SUPPLİMED” MMC ilə tibbi və qeyri tibbi avadanlıqların təmiri üzrə 50.899,54 manat dəyərində müavilə bağlayıb.

Şərtlər toplusuna görə MMC Xəstəxanda 50 min manata 1 ədəd mətbəxt sümük doğrayan mişarın dəyişdirilməsi (material və işçilik daxil), 1 ədəd mətbəxt ət çəkən reduktorun dişli çarxı təmiri (material və işçilik daxil), 4 ədəd mətbəxt 4gözlü elektrik peçi indikator lampa dəyişdirilməsi (material və işçilik daxil), 4 ədəd mətbəxt 4gözlü elektrik yanmaz kembrikin dəyişdirilməsi (material və işçilik daxil), uşaq şöbəsindəkondisionerin iç blokunun yuyulması,su şlankının təmiri (1 ədəd), ventilyator platasının dəyişimi (2 ədəd) və sair xırda məişət əşyalarının təmirini həyata keçirməli olub.

Göründüyü kimi Xəstəxana “SUPPLİMED” MMC-dən müxtəlif növ mallar alınmasına və tibbi avadanlıqların təmirinə ümumi olaraq 140 min manat ayırmışdır. Amma istənilən bir mütəxəsis bu xırda məişət əşyalarının təmirini hesablasa məbləğin nə qədər şişirdildiyini ortaya çıxara bilər.

İsmayıllı rayon Mərkəzi Xəstəxanası 28.11.2024-cü ildə maşın və avadanlıqların alınması (tibbi və qeyri-tibbi avadanlıqların alınması) üzrə “KRİPTO LAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 98.694,72 manat məbləğində müqavilə bağlayıb. Hansı ki, burada da qiymətlərin şişirdildiyi açıq aşkar görsənməkdədir.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasında təsərrrüfat malları və dəftərxana ləvazitmatları üzrə ayrılan vəsaitlərə gəldikdə isə…

Dəftərxana ləvazimatları, təsərrüfat və mətbəə mallarının alınması üzrə 72.992,2 manat məbləğində müqavilə 15.09.2025-ci ildə “NUR-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Dəftərxana ləvazimatları, təsərrüfat və mətbəə mallarının alınması üzrə 84.898,52 manat məbləğində müqavilə 02.10.2024-cü ildə “İNTELLEKT M.A”  MMC ilə bağlanılıb.

Göründüyü kimi İsmayıllı rayon Mərkəzi Xəstəxanasında hər il dəftərxana və təsərrüfat mallarının alınmasına kifayət qədər vəsait ayrılır. Amma bu vəsitlərin çoxu təyinatından kənarlaşlaşdırılır. Çünki, burada bir çox təsərrüfat mallarının alınması xəstəxanada şöbə müdirlərin üzərinə qoyulub. Dəftərxana ləvazimatlarını isə həkimlər özləri alır.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanası 105 çarpayılıq olmaqla 2014-cü ildə aparılan əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Xəstəxananın direktoru Vidadi Rəhimovdur. Sözügedən vəzifəyə 2020-ci ilin oktyabrında  təyin edilib. O, sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin kadrlarındandır. Vəzifəyə 2019-2021-ci illərdə TƏBİB İdarə Heyətinin sədri olmuş Ramin Bayramlının əmri ilə təyin edilib.Buna baxmayaraq bu yaxınlarda TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilmiş Vuqar Qurbanov da İsmayıllı rayon Mərkəzi Xəstəxanasında Vidadi Rəhimova geniş şəraitlər yaradıb, bir çox qanunsuz əməllərinə göz yumub. TƏBİB-in yeni İcraçı direktoru Anar Bayramov onu vəzifədə nə qədər saxlayacaq bəlli deyil.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib – ƏMR
Next: Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

OXŞAR MÖVZULAR

1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
1781267570_ekran-shekli-2026-06-12-163101
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

admin 12.06.2026
1781273616_5c6e95375d_001
  • CƏMİYYƏT

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib – ƏMR

admin 12.06.2026

XƏBƏR LENTİ

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi
Rüfət Səfərova hökm oxundu rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
Keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır...
DAVAMI Read more about Rüfət Səfərova hökm oxundu
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü download_-_2026-06-12t173124.854
  • SİYASƏT

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü

admin 12.06.2026
Slovakiyanın Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla...
DAVAMI Read more about Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz” 1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov tanınmış vəkil Muxtar Mustafayevə qarşı bir sıra ittihamlar irəli sürüb....
DAVAMI Read more about Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ? 1781267570_ekran-shekli-2026-06-12-163101
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

admin 12.06.2026
“Cənab Emin Əmrullayev, bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir.” Bu sözləri Masallı rayonu, Boradigah qəsəbə...
DAVAMI Read more about Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

Bütün yazılar

ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
download_-_2026-06-12t173124.854
  • SİYASƏT

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü

admin 12.06.2026
1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.