Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?
  • CƏMİYYƏT

AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?

admin 05.06.2025
aapak

Bakunews.az: Abşeron rayonunun Xırdalan şəhərində yerləşən AAF Park yaşayış kompleksində yenidən qanunsuz tikinti halları müşahidə olunmağa başlayıb. Sakinlərin verdiyi məlumata görə, istirahət və yaşıllıq zonası kimi nəzərdə tutulmuş ərazilər getdikcə fərdi maraqlar naminə zəbt olunur və bu hal artıq adi bir prosesə çevrilib.

Qanunsuz tikinti aparan şəxslərin konkret kimliyi hələlik müəyyən edilməsə də, görülən mənzərə açıq şəkildə göstərir ki, aidiyyəti qurumlar – xüsusilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi – bu prosesə ya göz yumur, ya da dolayısı ilə razılıq verir. Halbuki, bu qurumun birbaşa vəzifəsi şəhərsalma qaydalarının qorunması və qanunsuz tikintilərin qarşısının alınmasıdır.

Sakinlər haqlı olaraq sual edirlər: “İstirahət üçün salınmış ərazilər kimlərin şəxsi mülkiyyətinə çevrilir? Və niyə bu prosesə cavabdeh qurumlar səssiz qalır?”

Daha acınacaqlısı isə budur ki, son illərdə Xırdalanda – xüsusilə AAF Park ətrafında – bu cür qanunsuz tikintilərin intensivləşməsi, bu halların artıq rüşvət mexanizmləri ilə “həll edildiyini” ehtimal etməyə əsas verir. Sanki bəzi “toxunulmazlar” üçün nə tikinti normaları, nə də ictimai maraq önəmlidir.

“Yaşamaq yox, dözmək olur”

Sakinlərin sözlərinə görə, tikinti işləri bəzən gecə saatlarında aparılır, yaşıllıqlar məhv edilir, istirahət zonaları betonlaşdırılır. Bu isə həm mənzərəni eybəcərləşdirir, həm də sosial mühitin keyfiyyətini aşağı salır. “Uşaqlarımız üçün bircə park var idi, indi o da zəbt olunub. Kiminsə biznes marağı, bizim nəfəs aldığımız yeri məhv edir,” – deyə bir sakin narazılığını bildirir.

İcra Hakimiyyətinin Səssizliyi – Susmaq Razılıqdırmı?

Bir daha qeyd edək ki, AAF Park ərazisi rəsmi olaraq Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan bir zonadır. Lakin baş verənlər göstərir ki, ya bu səlahiyyətlər faktiki icra edilmir, ya da fərdi maraqlara qurban verilir. Məsul qurumların bu vəziyyətə göz yumması, əslində qanunsuzluğa şərik olmaq anlamına gəlir.

Bakunews.az olaraq, bu məsələni diqqətdə saxlayacaq, Abşeron Rayon İcra Hakimiyyətindən, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələ ilə bağlı rəsmi açıqlama gözləyirik.

Sonda isə bir çağırış: Cəmiyyətin ictimai məkanlara ehtiyacı var – bu ərazilərin ticarət maraqları naminə yox edilməsi, sadəcə bir parkın yox, şəhər mədəniyyətinin də məhv edilməsi deməkdir.
[media=https://youtube.com/shorts/1xV0eevxqAg?si=NosnVWnpGhqXT8Mz]
Məsələ ilə bağlı Arxiketura v şəhərsalma idarəsi ilə əlaqə saxladıq. Bizə bildirildi ki, 05 iyun 2025-ci il tarixində Bakı şəhəri, Abşeron rayonu, AAAF Park yaşayış kompleksinin ərazisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq əməkdaşları tərəfindən baxış keçirilmişdir.
Aparılmış baxış zamanı qeyd olunan ünvanda müvafiq icazəverici sənədlər olmadan özbaşına tikinti-quraşdırma işlərinin aparıldığı aşkar edilmişdir. Aşkarlanmış faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti dövlət qurumlarla birlikdə sözügedən tikilinin söküntüsü təmin edilmişdir.


Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO
Next: Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026

XƏBƏR LENTİ

Tamerlan Qarayev geri çağırıldı 17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. “32gun.az”ın əldə...
DAVAMI Read more about Tamerlan Qarayev geri çağırıldı
Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a 17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
Şamaxı Rayon İcra Hakimiyyəti Aİ-95 markalı yanacağın satın alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. 32gun.az-ın məlumatına görə,...
DAVAMI Read more about Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a
Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

Bütün yazılar

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.