Skip to content
12.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
ceyhun-salmanov

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.

İttihama münasibət bildirən hər üç şəxs özünü qismən təqsirli bilib.

Ceyhun Salmanov bildirib ki, reabilitasiya müalicəsi alan şəxslərin mərkəzdə saxlanılması müalicə prosedurudur, orada onlarla profilaktik söhbətlər aparılır. Digər təqsirləndirilən şəxs qeyd edib ki, o, narkotik maddədən istifadə etdiyi üçün saxlanılıb.

Məhkəmədə video-konfrans əlaqə sistemindən istifadə olunub.

Növbəti məhkəmə prosesi iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları – Elşad Məhərrəmov və Natiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Rüfət Səfərova hökm oxundu

OXŞAR MÖVZULAR

rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
1781183114_25d469de73_001-1
  • ARAŞDIRMA

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

admin 11.06.2026
585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026

XƏBƏR LENTİ

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi
Rüfət Səfərova hökm oxundu rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
Keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır...
DAVAMI Read more about Rüfət Səfərova hökm oxundu
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü download_-_2026-06-12t173124.854
  • SİYASƏT

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü

admin 12.06.2026
Slovakiyanın Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla...
DAVAMI Read more about Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz” 1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov tanınmış vəkil Muxtar Mustafayevə qarşı bir sıra ittihamlar irəli sürüb....
DAVAMI Read more about Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ? 1781267570_ekran-shekli-2026-06-12-163101
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

admin 12.06.2026
“Cənab Emin Əmrullayev, bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir.” Bu sözləri Masallı rayonu, Boradigah qəsəbə...
DAVAMI Read more about Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

Bütün yazılar

ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
download_-_2026-06-12t173124.854
  • SİYASƏT

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü

admin 12.06.2026
1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.