Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat
  • CƏMİYYƏT

““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat

admin 26.08.2026
1787652656_1
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılması barədə səsləndirdiyi fikirlər müzakirəsiz ötüşməyib. Bildirilir ki, paytaxtda başçının açıqladığı məbləğə dəyəcək infrastruktur yoxdur …

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Razi Nurullayev hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri belə bir rəqəm səsləndirirsə, deməli, bunun arxasında müəyyən statistik hesablamalar var.

Deputat bildirib ki, əsas məsələ rəqəmin özünü şübhə altına almaq olmalı deyil: “Əsas sual budur ki, bu vəsait hansı sahələrə yönəldilib və həmin investisiyaların nəticəsi nə olub? 200 milyard dollardan söhbət gedirsə, bu, kifayət qədər böyük rəqəmdir və təbii olaraq cəmiyyətin sual verməsi normaldır: bu pulların nə qədəri nəqliyyata, yollara, su və kanalizasiya sisteminə, kommunal infrastruktura, səhiyyəyə, təhsilə, yaşıllıqlara və digər istiqamətlərə xərclənib? Hansı layihəyə nə qədər vəsait ayrılıb və həmin layihə şəhər sakinlərinin həyatında hansı nəticəni yaradıb? Məncə, Azərbaycanda ümumilikdə bütün sahələr üzrə hesabatlılığı daha da gücləndirmək lazımdır. Belə böyük rəqəmlər səsləndiriləndə onun arxasında konkret faktlar və açıq statistika olmalıdır. İstərdim ki, bu məlumatlar rüblük və illik hesabatlarda müntəzəm şəkildə ictimaiyyətə təqdim edilsin. Yəni təkcə “bu qədər investisiya qoyulub” deyilməsin, onun strukturu və nəticəsi də göstərilsin. Dünya təcrübəsində bunun yaxşı nümunələri var. Məsələn, Böyük Britaniyada hökumətin iri layihələri üzrə ayrıca açıq məlumat sistemi mövcuddur. Layihənin ümumi dəyəri, büdcəsi, icra vəziyyəti, riskləri və nəticələri barədə məlumatlar ictimaiyyətə təqdim olunur. Bu il onların hesabatında 189 böyük layihə üzrə ümumi icra dövrü xərcləri və gözlənilən faydalar da ayrıca göstərilib. Avstraliyada da infrastruktur layihələri üzrə illik performans hesabatları hazırlanır və layihələrin büdcəsinin əvvəlki illərlə müqayisədə necə dəyişdiyi, hansı layihələrdə xərc artımı olduğu və icra müddətlərinin necə dəyişdiyi göstərilir. Bu, məncə, çox düzgün yanaşmadır. Çünki vətəndaş bilməlidir ki, dövlət bir layihəyə nə qədər pul ayırıb, sonradan xərc nə qədər dəyişib və nəticədə nə əldə olunub. Buna görə də “200 milyard dollar yatırılıbsa, bu pullar hara gedib?” sualını tamamilə normal və haqlı ictimai sual hesab edirəm. Amma bu suala cavab da mübahisə və emosiyalarla deyil, rəqəmlərlə verilməlidir. Ümumiyyətlə, Azərbaycanda belə bir sistemin bütün sahələrdə formalaşmasının tərəfdarıyam. Hər rüb və hər il dövlət qurumları görülən işlər, ayrılan vəsaitlər, həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə faktlara əsaslanan hesabat təqdim etsələr, həm cəmiyyət daha dolğun məlumat alar, həm də dövlət qurumlarının gördüyü işlərə obyektiv qiymət vermək mümkün olar. Çünki nəticə etibarilə, məsələ təkcə nə qədər pul xərclənməsində deyil. Əsas məsələ budur ki, xərclənən vəsaitin müqabilində vətəndaş və şəhər nə əldə edib. Məncə, bütün hesabatlılığın mərkəzində məhz bu sual dayanmalıdır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ağdərə sakininin iddialarına rəsmi cavab
Next: Tovuzda KamAz mübahisəsi: vətəndaş “mənimdir” deyir, məmurlar əksini söyləyir – FOTO

OXŞAR MÖVZULAR

ekran_sekli_2026_08_25_235535_1787687821
  • CƏMİYYƏT

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

admin 26.08.2026
1787669902_screenshot-2026-08-25-185723
  • CƏMİYYƏT

“Tamstore”da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO

admin 26.08.2026
1787726192_kamaleddin
  • CƏMİYYƏT

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

admin 26.08.2026

XƏBƏR LENTİ

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar 1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
Gürcü əsilli olduğu güman edilən Eteri Lyeonidovnanın 48 yaşı var Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni...
DAVAMI Read more about Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar
Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO 1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
Şəhid atası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə bağlı ölkə Prezident İlham Əliyevə videomüraciət edib. Biziməsr.media bildirir ki,...
DAVAMI Read more about Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO
Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası 1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
“Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayevlə “Haber Global” telekanalının Baş direktoru Məmməd Gülməmmədovun bu səmimi...
DAVAMI Read more about Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası
Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO 1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
“Bu foto 2017-ci il dekabrın 18-də çəkilib. Emin Əmrullayev və dostlarının məclisidir. Təbii ki, burada qeyri-adi heç...
DAVAMI Read more about Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO
Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır ekran_sekli_2026_08_25_235535_1787687821
  • CƏMİYYƏT

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

admin 26.08.2026
Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində qeydiyyatda olan “TOVUZ BRANDY GROUP OF COMPANİES” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini...
DAVAMI Read more about Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

Bütün yazılar

1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.