Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tovuzda KamAz mübahisəsi: vətəndaş “mənimdir” deyir, məmurlar əksini söyləyir – FOTO
  • CƏMİYYƏT

Tovuzda KamAz mübahisəsi: vətəndaş “mənimdir” deyir, məmurlar əksini söyləyir – FOTO

admin 26.08.2026
1787651172_1
Tovuz rayon sakini Məmmədov İlkin Globalinfo.az-a müraciət edərək atasının uzun illər avtomobil məktəbində istifadə etdiyi, daha sonra isə onun istifadəsinə verilən KamAZ markalı avtomobillə bağlı yaranmış problemdən danışıb.

O bildirib ki, atası 1987-ci ilin oktyabrından 2017-ci ilədək avtomobil məktəbində təlimçi-müəllim kimi çalışıb. Həmin KamAZ markalı avtomobildən də uzun müddət istifadə edən atası 2017-ci ildə vəfat edib.

Məmmədov İlkinin sözlərinə görə, atasının vəfatından sonra avtomobili onun xatirəsinə qorumaq və bərpa etmək məqsədilə avtomobil məktəbinin müdiri Azər Zeynalova müraciət edib. Azər Zeynalov isə ona “narahat olma, maşın sənindir” deyərək avtomobili istifadəsinə verib:

“Maşın o vaxt çox pis vəziyyətdə idi. Şəxsi vəsaitimdən təxminən 7 min manat xərcləyərək avtomobili təmir etdirdim, saz vəziyyətə gətirdim və istifadə etməyə başladım. Atam da işlədiyi dövrdə təxminən on il ərzində öz şəxsi büdcəsindən həmin KamAZ-a su çəni almışdı və maaş almadığı müddətdə ailəsini bu iş hesabına dolandırmışdı”.

İlkin Məmmədov qeyd edib ki, təxminən 2-3 il əvvəl avtomobil məktəbinin müdiri Azər müəllim onunla əlaqə saxlayaraq avtomobil məktəbinin fəaliyyətinin dayandırıldığını və avtomobillərin Əmlak Xidmətinə keçirildiyini bildirib. O, avtomobilin taleyi ilə bağlı narahatlığını ifadə etdikdə isə ona “narahat olma” deyilib.

İ.Məmmədov daha sonra Əmlak Xidmətində çalışan Bayram adlı şəxsə də müraciət etdiyini və avtomobil satışa çıxarılacağı halda ona məlumat verilməsini xahiş etdiyini bildirib:

“Dedim ki, maşın satılarsa, mənə müraciət edin. Avtomobili özüm almaq istəyirəm. Çünki illərlə mənim istifadəm olub və təmirinə öz vəsaitimdən ciddi məbləğdə pul xərcləmişəm. Mənə də bildirdilər ki, narahat olmayım, məlumat veriləcək”.

Onun sözlərinə görə, buna baxmayaraq, təxminən bir ay əvvəl avtomobilin Əmlak Xidmətinə aparıldığı və artıq satıldığı barədə məlumat alıb.

“Əmlak Xidmətinin əməkdaşlarına müraciət etdim. Bildirdim ki, əvvəldən sizə müraciət etmişəm, bu maşın uzun müddət mənim istifadəm olub və onu almaq istəyirəm. Mənə dedilər ki, maşının şəkilləri çəkilib, satılmalıdır və onların bu məsələdə edə biləcəkləri heç nə yoxdur”.

Məmmədov İlkin məsələ ilə bağlı polis əməkdaşlarına da müraciət etdiyini bildirib. Onun sözlərinə görə, avtomobilin məhkəmə qərarı olmadan ondan götürülməsi ilə bağlı narahatlığını aidiyyəti şəxslərin diqqətinə çatdırıb.

O hesab edir ki, avtomobilin satışı zamanı onun uzunmüddətli istifadəçi olması, avtomobilin bərpasına şəxsi vəsaitindən təxminən 7 min manat xərcləməsi və avtomobili almaq niyyəti barədə əvvəlcədən aidiyyəti şəxslərə müraciət etməsi nəzərə alınmalı idi.

İlkin Məmmədov məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını istəyir:

“Xahiş edirəm, KamAZ markalı avtomobilin mənim istifadəmə hansı əsasla verildiyi, Əmlak Xidmətinə hansı əsasla keçirildiyi və satış prosesinin qanuniliyinin araşdırılmasına köməklik göstərilsin. Satışdan əvvəl mənim müraciətimin və avtomobili almaq istəyimin nəzərə alınıb-alınmadığı müəyyən edilsin”.

O həmçinin avtomobilin satışında hər hansı qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə, satışın nəticələrinin aradan qaldırılması və avtomobili qanunvericiliyə uyğun şəkildə özü tərəfindən almaq imkanının yaradılmasını istəyir.

“Bu avtomobilə mənim həm maddi, həm də mənəvi bağlılığım var. Ən əsası isə atam həmin maşınla uzun illər çalışıb. Mən də onu atamın xatirəsi kimi qoruyub saxlamışam. Bundan başqa, 5 uşağım var və onların büdcəsindən kəsib o maşını təmir etdirmişəm”, – deyə İlkin Məmmədov bildirib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri Etimad Əliyevlə əlaqə saxladıq.

O, avtomobilin satılmadığını bildirdi:

“Söhbət qəzalı vəziyyətdə olan, tam yararsız və utilizasiyaya göndərilməli avtomobildən gedir. Belə avtomobil dövlətindirsə, onun sonradan üzərində hər hansı konstruksiya dəyişikliyi aparılaraq, məsələn, çən və ya digər avadanlıq quraşdırılaraq istifadəyə verilməsi ciddi suallar doğurur. Əgər avtomobil tam yararsız hesab edilibsə və dövlət qeydiyyatından çıxarılıbsa, onun heç bir sənədləşmə aparılmadan yenidən yola buraxılması qanuni baxımdan mümkün deyil. Avtomobilin mühərrik nömrəsi, kuzov nömrəsi və digər texniki göstəriciləri də ayrıca məsələdir. Belə bir avtomobil yola çıxarsa və hər hansı hadisə baş verərsə, məsuliyyət məsələsi də ortaya çıxacaq. Çünki söhbət artıq texniki və hüquqi baxımdan istismara yararlı hesab edilməyən nəqliyyat vasitəsindən gedir”.

E.Əliyev vətəndaşın xərclədiyi ödənişin dövlət tərəfindən geri qaytarılmayacağını bildirib:

“Avtomobilə quraşdırdığı çən və ya digər təmirə görə ödədiyi pula görə İlkin bəyə dövlət kompensasiya ödəməyəcək. Utilizasiyaya göndərilməsi nəzərdə tutulan belə nəqliyyat vasitələri adətən sökülür, metal kimi təhvil verilir və qeydiyyat məsələləri də bununla əlaqədar həll olunur. Sual verirəm: tam yararsız və qeydiyyatdan çıxarılmış avtomobil hansı hüquqi əsasla yenidən yığılıb, üzərinə əlavə avadanlıq quraşdırılaraq istifadəyə verilə bilər? Əgər bunun üçün müvafiq sənədlər və icazələr yoxdursa, həmin nəqliyyat vasitəsinin yola çıxmasının hüquqi əsası da şübhə altına düşür”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat
Next: Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

OXŞAR MÖVZULAR

ekran_sekli_2026_08_25_235535_1787687821
  • CƏMİYYƏT

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

admin 26.08.2026
1787669902_screenshot-2026-08-25-185723
  • CƏMİYYƏT

“Tamstore”da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO

admin 26.08.2026
1787726192_kamaleddin
  • CƏMİYYƏT

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

admin 26.08.2026

XƏBƏR LENTİ

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar 1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
Gürcü əsilli olduğu güman edilən Eteri Lyeonidovnanın 48 yaşı var Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni...
DAVAMI Read more about Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar
Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO 1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
Şəhid atası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə bağlı ölkə Prezident İlham Əliyevə videomüraciət edib. Biziməsr.media bildirir ki,...
DAVAMI Read more about Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO
Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası 1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
“Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayevlə “Haber Global” telekanalının Baş direktoru Məmməd Gülməmmədovun bu səmimi...
DAVAMI Read more about Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası
Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO 1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
“Bu foto 2017-ci il dekabrın 18-də çəkilib. Emin Əmrullayev və dostlarının məclisidir. Təbii ki, burada qeyri-adi heç...
DAVAMI Read more about Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO
Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır ekran_sekli_2026_08_25_235535_1787687821
  • CƏMİYYƏT

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

admin 26.08.2026
Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində qeydiyyatda olan “TOVUZ BRANDY GROUP OF COMPANİES” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini...
DAVAMI Read more about Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

Bütün yazılar

1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.