Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ağdərə sakininin iddialarına rəsmi cavab
  • CƏMİYYƏT

Ağdərə sakininin iddialarına rəsmi cavab

admin 26.08.2026
1787657438_1
Ağdərə rayonunun Vəngli kənd sakini Fatimə Abbasova sosial şəbəkələrdə heç bir əsası olmayan video paylaşıb. O, işlə təmin edilmədiyini, maddi vəziyyətinin çətin olduğunu, Vəngli kəndindəki torpaqların məmurlar tərəfindən satıldlğını, ərazilərin dörd bir tərəfinin bağlanaraq, vətəndaşlar, yerli turistlər üçün girişin qadağan edildiyini deyir. Bununla da şikayətçi ictimaiyyəti çaşdıran səhv məlumatlar yayır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlikdən Hafta.az-a bildirilir ki, Fatimə Abbasova və həyat yoldaşı işlə təmin olunub. O, orta məktəbdə xadimə, həyat yoldaşı Yavər Abbasov isə həmin məktəbin qazanxanasında işləyir.

Keçmiş məcburi köçkün olaraq iki mərtəbəli evlə, “Agdam çay evi” adlı obyektlə təmin olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəliyi fakt olaraq həmin obyektin fotosunu da təqdim edib.

O ki qaldı sözügedən şəxsin ərazidəki torpaqların guya satıldığı və vətəndaş, turist üçün qapadıldığı barədə iddialarına, bildirilib ki, bu da yalan və böhtandan başqa bir şey deyil.

“Əvvəla, ərazi hər bir vətəndaş üçün açıqdır. Nümayəndəlik olaraq bildiririk ki, azad edilmiş həmin ərazilərə böyük investisiyalar cəlb olunur və investorlar turizmin inkişafı ilə bağlı xidmət məkanları yaradırlar. Bu da bölgədə turizmin inkişaf etdirilməsinə yol açır. Böyük sərmayələr yatıraraq, müasir obyektlər yaradan investorların fəaliyyət göstərdiyi bir mühitdə vətəndaşların icazəsiz, nizamsız şəkildə gecəqondu səviyyəsində yüngül konstruksiyalar quraşdırması həm ərazinin estetik görünüşünə, həm də formalaşan investisiya mühitinə mənfi təsir göstərə bilər. İnvestorlar kifayət qədər vəsait yatıraraq müasir, səliqəli obyektlər yaradırlar ki, bu da investisiya mühitinin və ərazilərin ümumi görünüşünün qorunmasıdır. Azad edilmiş ərazilər yalnız yaşayış və iqtisadi fəaliyyət məkanı deyil, həm də Azərbaycanın yeni inkişaf modelinin nümayiş olunduğu məkanlardır. Bu ərazilər isə ciddi investorlar üçün həmişə açıqdır. Bu baxımdan vətəndaşlardan, mövcud şəhərsalma qaydalarına riayət etmələri, ərazilərdə özbaşına konstruksiyalar quraşdırmamaq və ümumi görünüşün qorunmasına məsuliyyətlə yanaşmaq xahiş olunur. Azad edilmiş ərazilərin müasir, səliqəli və vahid şəhərsalma prinsipləri əsasında qurulması dövlət qurumları ilə yanaşı, burada yaşayan və fəaliyyət göstərən hər bir şəxsin də məsuliyyətidir. Ərazilərdə turizmin inkişaf etdirilməsi, turistlərin bura cəlb edilməsi də vacib məqamlardandır”- deyə məlumatda qeyd edilib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Obyektlərin müflisləşərək qapanmasının, icarə sahələrinin boş qalmasının başlıca səbəbi ayrıdır – ölkədə istehlakçı tələbatının kəskin düşməsidir.
Next: ““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat

OXŞAR MÖVZULAR

ekran_sekli_2026_08_25_235535_1787687821
  • CƏMİYYƏT

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

admin 26.08.2026
1787669902_screenshot-2026-08-25-185723
  • CƏMİYYƏT

“Tamstore”da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO

admin 26.08.2026
1787726192_kamaleddin
  • CƏMİYYƏT

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

admin 26.08.2026

XƏBƏR LENTİ

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar 1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
Gürcü əsilli olduğu güman edilən Eteri Lyeonidovnanın 48 yaşı var Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni...
DAVAMI Read more about Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar
Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO 1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
Şəhid atası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə bağlı ölkə Prezident İlham Əliyevə videomüraciət edib. Biziməsr.media bildirir ki,...
DAVAMI Read more about Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO
Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası 1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
“Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayevlə “Haber Global” telekanalının Baş direktoru Məmməd Gülməmmədovun bu səmimi...
DAVAMI Read more about Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası
Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO 1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
“Bu foto 2017-ci il dekabrın 18-də çəkilib. Emin Əmrullayev və dostlarının məclisidir. Təbii ki, burada qeyri-adi heç...
DAVAMI Read more about Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO
Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır ekran_sekli_2026_08_25_235535_1787687821
  • CƏMİYYƏT

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

admin 26.08.2026
Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində qeydiyyatda olan “TOVUZ BRANDY GROUP OF COMPANİES” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini...
DAVAMI Read more about Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

Bütün yazılar

1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.