Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində qeydiyyatda olan “TOVUZ BRANDY GROUP OF COMPANİES” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin vergi ödəyicisi kimi statusu artıq “passiv” olunub.
Qanuni təmsilçisi “Tovuz Baltiya” MMC-nin sahibi Naiq Məmmədhəsənovun qızı Günel Məmmədhəsənova olan müəssisənin dövlət büdcəsinə 4.940,99 AZN ödənilməmiş vergi borcu qalır.
PAYLAŞIN:
