Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
1000486850_1787694644

“Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayevlə “Haber Global” telekanalının Baş direktoru Məmməd Gülməmmədovun bu səmimi fotosu ilk baxışda gözəl dostluğun nümunəsi kimi görünə bilər.

Lakin media pərdəarxasına bələd olan jurnalistlər üçün bu şəkil sadəcə xatirə yox, həm də düşündürücü suallar yaradır.

İki yaxın dostun fotosu hər birimizi maraqlandırır desək, yanılmarıq. Bəs bu dostluğa qədərki yol necə olub?

32gun.az bildirir ki, Keçmiş Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sabiq direktoru, hazırda “Global Media Group”un rəhbəri Elnur Abdullayevlə vaxtilə “Facebook”da çox üzvlü, izləyicisi çox olan səhifələrini satıb, xəbər saytı açaraq jurnalist olan və sonradan Abdullayevin dostuna çevrilən Məmməd Gülməmmədov…

 

İlk başda hər şey normal görünür. O zamana qədər ki, hər iki şəxsin biləyindəki saatı görənə qədər…

M. Gülməmmədov Elnur Abdullayevgilə səhifə sataraq təkcə onunla dostlaşmadı, həm də vaxtilə Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətində olan media klanına üzv oldu.

Eləcə də Elnur Abdullayev vasitəsilə Anar Məmmədovla yaxınlaşmağa cəhdlər etdi.

Proseslərin ardıcıllığına fikir versək, xronologiya belə cərəyan edib: Elnur Abdullayev sabiq nəqliyyat naziri Ziya Məmmədovun yanında çalışarkən, əsas rəhbərlik və maliyyə verən şəxs nazirin oğlu Anar Məmmədov idi. Lakin ümumi nəzarət Elnur Abdullayevdə idi. Həmin dövrdə onların əlində bir-iki media xəbər saytı fəaliyyət göstərirdi. Sonradan bu saytlar əl dəyişdirərək Dövlət Neft Şirkətinin (SOCAR) o dövrdəki prezidenti Rövnəq Abdullayevə satıldı.

Daha sonra isə müxtəlif saytlar alınaraq “Global Media Group” çətiri altında birləşdirildi. Bununla da Elnur Abdullayev hara, Məmməd Gülməmmədov ora…

Ən sonlarda “maliyyəçilik işləri”, sponsorluq   həbs olunana qədər Adnan Əhmədzadəyə keçmisdi, o həbs olunana kimi…

 

Nəysə, çox uzatmadan bu fotoya keçək.

Şəkildə seçilmiş hissədə Məmməd bəyin qolundakı saat lüks “Rolex Day-Date 40” modelidir.

Bu saat 40 millimetrlik korpusa sahibdir və Rolex brendinin özünəməxsus 18 karatlıq xüsusi “Everose” qızıl ərintisindən hazırlanıb. Model markanın məşhur “President” qolbağı ilə tamamlanır.

Saatın rəsmi distribütorlardakı satış qiyməti təxminən 54,200 dollar təşkil edir, lakin siferblatın növündən və üzərindəki brilyant daşlardan asılı olaraq bu rəqəm bir qədər də artır. Lüks saatların qlobal ikinci əl bazarında, məsələn “Chrono24” kimi platformalarda isə bu modelin qiyməti siferblatın rənginə və saatın vəziyyətinə görə 48,000 dollar ilə 62,000 dollar arasında dəyişir.

 

Keçmiş nazirliyin Sabiq vəzifəli şəxsi Elnur Abdullayevin qolundakı saat Hublot Big Bang brendinin Azərbaycan bayrağının rəngləri və milli atributları ilə bəzədilmiş eksklüziv buraxılışıdır (Limited Edition).

Dövlət bayrağının mavi, qırmızı və yaşıl rənglərini xüsusi siferblat  dizaynında əks etdirən bu cür xüsusi modellər məhdud sayda istehsal olunur. Qızıl korpuslu (King Gold) və ya mürəkkəb mexanizmli (Unico) bu eksklüziv saatların qiyməti 25 000 dollardan başlayaraq 50 000 — 100 000 dollar və daha yuxarı həddə qədər dəyişir.

Məmməd Gülməmmədovun digər fotoda qolundakı saat isə rəsmi mağazalarda £8,150.00 (təxminən 10,500$) qiymətinə satılan, mavi skeleton siferblatlı və polad gövdəli TAG Heuer Carrera Calibre Heuer 02 xronoqraf modelidir.

Elnur Abdullayevi günümüzün “tələbləri”nə uyğun olaraq “anlamaq” olar. Nazirlikdə yüksək vəzifədə işləmiş, sabiq vəzifəli şəxsi olaraq ucuz saat taxası deyil.

Sual yaranır, Bəs M.Gülməmmədov?

Xatırladaq ki, Məmməd Gülməmmədovun dəyəri təxminən yarım milyon manatdan çox olan, 99-MG-099 dövlət nömrə nişanlı “Maybach” markalı avtomobilin sahibi olması barədə məlumat vermişdik.

Ayxan

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO
Next: Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

OXŞAR MÖVZULAR

1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
1787717182_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Onkologiya Mərkəzinin TENDER HOQQASI – Eyni şirkətə axan milyonlar…

admin 26.08.2026

XƏBƏR LENTİ

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar 1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
Gürcü əsilli olduğu güman edilən Eteri Lyeonidovnanın 48 yaşı var Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni...
DAVAMI Read more about Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar
Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO 1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
Şəhid atası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə bağlı ölkə Prezident İlham Əliyevə videomüraciət edib. Biziməsr.media bildirir ki,...
DAVAMI Read more about Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO
Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası 1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
“Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayevlə “Haber Global” telekanalının Baş direktoru Məmməd Gülməmmədovun bu səmimi...
DAVAMI Read more about Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası
Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO 1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
“Bu foto 2017-ci il dekabrın 18-də çəkilib. Emin Əmrullayev və dostlarının məclisidir. Təbii ki, burada qeyri-adi heç...
DAVAMI Read more about Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO
Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır ekran_sekli_2026_08_25_235535_1787687821
  • CƏMİYYƏT

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

admin 26.08.2026
Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində qeydiyyatda olan “TOVUZ BRANDY GROUP OF COMPANİES” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini...
DAVAMI Read more about Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

Bütün yazılar

1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.