Skip to content
31.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb

admin 31.07.2026
1785502704_screenshot-2026-07-31-165632

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vital Hospital” kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də plandankənar yoxlama keçirilib.

Bu barədə AEM-dən məlumat verilib.

Bildirilib ki, yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edilib: “Belə ki, klinikada tibbi təyinatlı məmulatların dezinfeksiyası və sterilizasiyası, dezinseksiya və deratizasiya tədbirlərinin, alətlərin sterilizasiyanın sanitariya norma və qaydalarının tələblərinə uyğun aparılmadığı, həmçinin “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun, 27-ci maddəsinin pozulması, lisenziyanın şərtlərinə riayət olunmaması aşkarlanıb.

Bu sırada aşağıdakı qanun pozuntularını sadalamaq olar: müəssisədə ambulator xidmət üzrə “terapevtik”, “kardioloji”, “ginekoloji” işlər üzrə prosedur otaqları təşkil edilməyib. “Qastroenteroloji” işin sahələri qaydalara uyğunlaşdırılmayıb. “Nefroloji”, “endokrinoloji”, “revmatoloji”, “neyrocərrahi”, “üz-çənə cərrahi”, “diyetoloji”, “hematoloji”, “dermatoloji”, “psixiatrik”, “otorinolarinqoloji”, “plastik cərrahi”, “ümumi cərrahi”, “uroloji”, “travmatoloji–ortopedik”, “anestezioloji-reanimatoloji”, “pediatrik”, “rentgenoloji”, “kompyuter tomoqrafiyası”, “nüvə maqnit rezonansı” işlər üzrə otaqlar təşkil edilməyib. Pediatriya ixtisası üzrə pediatrik işi otağında peyvənd sahəsi yaradılıb. Kardioloq və ginekoloq həkimlərin qəbul otağı birgə təşkil olunub. Peyvənd sahəsində məişət tipli soyuducudan istifadə olunur. Biomateriallar ilə reagentlərin soyuducuda bir yerdə saxlanması aşkar edilib.

“Rentgenoloji” iş üzrə fəaliyyət aşkar olunsa da, müəssisəyə dair “Xüsusi icazə” sənədinin müddətinin bitməsi müəyyən edilib. “Radioloji gigiyenik pasport” sənədi yoxlamaya təqdim edilməyib. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq cavabdeh şəxs təyin olunmayıb, müvəqqəti saxlanılma otağı qaydalara uyğun təşkil edilməyib, iri konteynerlər açıq şəkildə, əlçatan yerdə, təhlükəsizlik qaydalarına riayət olunmadan saxlanılıb. Müəssisə daxilində tibbi tullantıların idarə olunması (çeşidlənməsi, toplanması) təsnifatı üzrə aparılmır, qarışdırılır, təhlükəsizlik qaydalarına riayət olunmur, kəsici və deşici tullantılar üçün karton sərt qutudan iynə ucunun çıxıntısı aşkar edilib.

Lakin, sadalananlar aşkar edilən qanun pozuntularının heç də hamısı deyil. Belə ki, müəssisədə Özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərini ixtisaslarına uyğun vəzifəyə təyin etmədiyi müəyyən edilib. Məsələn, ixtisasca “laborant”ın “baş tibb bacısı” vəzifəsinə təyin olunması aşkar edilibr. “Şüa diaqnostika” ixtisaslı həkim “radioloq” vəzifəsinə təyin edilib. Bəzi şəxslərin əmək müqaviləsi yoxlamaya təqdim edilməyib.

Bundan əlavə, müəssisədə lisenziyadan kənar “kosmetoloji” iş və fəaliyyətin olması faktı aşkar edilib. Bu işi ixtisasca dermatoveneroloq həkim-mütəxəssisin icra etdiyi aşkarlanıb. Həmçinin, müəssisədə yararlılıq müddəti bitmiş dərman və tibb vasitələri aşkar edilib, dərman vasitələrinin saxlanılmasına dair tələblərə riayət olunmaması faktı üzə çıxıb.

Yuxarıda qeyd edilən hallar Qanunun 28.2.10-cu maddəsi əsas götürülərək müəssisənin fəaliyyətinin insan həyat və sağlamlığı üçün ciddi təhlükə daşıdığını sübut edir. Bu səbəbdən, “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb və qeyd edilən nöqsanların 10 iş günündə aradan qaldırılması barədə sahibkara göstəriş verilib. Müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun müvafiq addımlar atılacaq”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl “Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilirdi.

Bizimesr.media

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
Next: Peşə Təhsili imtahanlarında “suallar açıqlansın” tələbi – Suallar niyə gizli saxlanılır?

OXŞAR MÖVZULAR

17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
1785507764_screenshot-2026-07-31-181931
  • CƏMİYYƏT

Yenə “İdeal TM” – “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu

admin 31.07.2026

XƏBƏR LENTİ

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və...
DAVAMI Read more about Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü” 871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
“Səfirliyin nümayəndələri məhkəmə proseslərində iştirak ediblər. Faktlar təsdiq olunub, etiraflar mövcuddur. İttiham sübuta yetirilib. Belə olan təqdirdə...
DAVAMI Read more about “Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”
“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbi ilə tanınmış tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən...
DAVAMI Read more about “Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim
Qazini cərəyan vurub öldürdü 1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
Ağcabədidə ustanı cərəyan vurub öldürüb. Ağsu rayon Çaparlı kənd sakini, Vətən müharibəsi iştirakçısı Asif Elxan oğlu Qənbərov...
DAVAMI Read more about Qazini cərəyan vurub öldürdü
Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur? 1785495547_screenshot-2026-07-31-144842
  • MƏDƏNİYYƏT

Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

admin 31.07.2026
Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə Facebook və instagram platformalarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 4...
DAVAMI Read more about Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

Bütün yazılar

17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.