Skip to content
31.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
871277894592fcab0b47288a36295e37

“Səfirliyin nümayəndələri məhkəmə proseslərində iştirak ediblər. Faktlar təsdiq olunub, etiraflar mövcuddur. İttiham sübuta yetirilib. Belə olan təqdirdə ölkə ərazisində cinayət törətmiş şəxsin, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, mühakimə olunması və cəzalandırılması Azərbaycan qanunvericiliyinə uyğundur”.

Bu fikirləri Musavat.com-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə qeyd edib ki, Fransanın 30 iyul tarixli bəyanatının məqsədi Azərbaycanın daxili işlərinə qarışmaq, hüquq-mühafizə orqanlarının işini şübhə altına almaq, eyni zamanda bu prosesi siyasiləşdirməkdir: “Martin Rayan haqqında hökm qanuni qüvvəyə minib. Görünən odur ki, Fransa diplomatik təzyiq yaxud xahişlər nəticəsində Apellyasiya Məhkəməsinin başqa addım atacağına ümid edib”, deyə o, əlavə edib.

Qeyd edək ki, ötən gün Fransanın Avropa və Xarici İşlər Nazirliyi Fransa vətəndaşı Martin Rayanın Azərbaycanda 10 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökmün apellyasiya instansiyasında təsdiqlənməsini pislədiyi barədə bəyanat yayıb.

Picture background

Rəsmi Bakı bəyanata dərhal cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib: “Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və ölkəmizə qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edirik. Martin Rayan barəsində cinayət işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib. Apelyasiya instansiyasının qərarı da Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir. Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, “əsassız saxlanılma” və “ədalətsiz məhkəmə araşdırması” ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir”.

Picture background

XİN rəsmisi Fransa tərəfini Azərbaycan Respublikasının suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb. Qeyd edək ki, Fransaya casusluqda ittiham olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi iyulun 29-da başa çatıb. Təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim
Next: Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

OXŞAR MÖVZULAR

arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
1785500774_screenshot-2026-07-31-162414
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

Peşə Təhsili imtahanlarında “suallar açıqlansın” tələbi – Suallar niyə gizli saxlanılır?

admin 31.07.2026
1785483895_1
  • ARAŞDIRMA

Böyrək alveri şəbəkəsinin Azərbaycan izi – ŞOK Volfman dosyesi

admin 31.07.2026

XƏBƏR LENTİ

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və...
DAVAMI Read more about Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü” 871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
“Səfirliyin nümayəndələri məhkəmə proseslərində iştirak ediblər. Faktlar təsdiq olunub, etiraflar mövcuddur. İttiham sübuta yetirilib. Belə olan təqdirdə...
DAVAMI Read more about “Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”
“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbi ilə tanınmış tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən...
DAVAMI Read more about “Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim
Qazini cərəyan vurub öldürdü 1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
Ağcabədidə ustanı cərəyan vurub öldürüb. Ağsu rayon Çaparlı kənd sakini, Vətən müharibəsi iştirakçısı Asif Elxan oğlu Qənbərov...
DAVAMI Read more about Qazini cərəyan vurub öldürdü
Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur? 1785495547_screenshot-2026-07-31-144842
  • MƏDƏNİYYƏT

Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

admin 31.07.2026
Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə Facebook və instagram platformalarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 4...
DAVAMI Read more about Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

Bütün yazılar

17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.