Skip to content
31.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Yenə “İdeal TM” – “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu
  • CƏMİYYƏT

Yenə “İdeal TM” – “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu

admin 31.07.2026
1785507764_screenshot-2026-07-31-181931

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) “İdeal TM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.

“İdeal TM” QSC Xətai rayonu, Gəncə prospekti 35 ünvanında yerləşən 2 saylı qazanxananın yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib.

Yenidənqurma işlərinin dəyəri 779 999,99 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “İdeal TM” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 010 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tiflis prospekti 44C, mənzil 0-da yerləşir. Qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.
Açıq mənbələrdə şirkət haqqında geniş məlumat yoxdur.

Əfqan Əliyev eyni zamanda “NN Group” MMC-nin rəhbəridir. Onun barəsində 2024-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin maddə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti nəzərdə tutur.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, ötən il “Azəristiliktəchizat” ASC ilə “İdeal TM” QSC arasında ümumi dəyəri 4 390 569,55 manat olan satınalma müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində yeddi qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə bağlı tikinti-quraşdırma, sınaq və sazlama işlərinin satın alınması nəzərdə tutulub.

“Azəristiliktəchizat” ASC-nin İdarə Heyətinin sədri İlham Mirəzliyevdir. O, 2025-ci ildən bu vəzifəni icra edir.

Qaynarinfo

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
Next: Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

OXŞAR MÖVZULAR

1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
1785498827_screenshot-2026-07-31-155150
  • CƏMİYYƏT

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

admin 31.07.2026
1785499206_screenshot-2026-07-31-155805
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Mehdiyevin bacanağı məhkəmədə: Pulun yalnız 20 minini ödəyib

admin 31.07.2026

XƏBƏR LENTİ

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və...
DAVAMI Read more about Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü” 871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
“Səfirliyin nümayəndələri məhkəmə proseslərində iştirak ediblər. Faktlar təsdiq olunub, etiraflar mövcuddur. İttiham sübuta yetirilib. Belə olan təqdirdə...
DAVAMI Read more about “Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”
“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbi ilə tanınmış tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən...
DAVAMI Read more about “Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim
Qazini cərəyan vurub öldürdü 1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
Ağcabədidə ustanı cərəyan vurub öldürüb. Ağsu rayon Çaparlı kənd sakini, Vətən müharibəsi iştirakçısı Asif Elxan oğlu Qənbərov...
DAVAMI Read more about Qazini cərəyan vurub öldürdü
Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur? 1785495547_screenshot-2026-07-31-144842
  • MƏDƏNİYYƏT

Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

admin 31.07.2026
Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə Facebook və instagram platformalarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 4...
DAVAMI Read more about Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

Bütün yazılar

17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.