Skip to content
31.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
arzum

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbi ilə tanınmış tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama münasibət bildirən İ.Hacıyeva özünü təqsirli bilməyib.

O, ifadəsində həmin gün qızı və rəfiqəsi Müjgan Məmmədzadə ilə dənizə getdiklərini deyib:

“Qızım Bakıya gəlmişdi, birlikdə dənizə getdik. Səhərə yaxın aeroporta gedəcəkdi. Mərdəkan-Qala yolu ilə irəliləyirdik, sürət həddimiz 70-80 idi. Sürəti azaldıb dönmək istəyəndə arxadan işıq sürəti ilə avtomobil gəlib elə keçdi ki, maşın yerində yellənməyə başladı. Birdən gördüm ki, həmin maşın düz üç dəfə yerində döndü. Qorxudan, həyəcandan dizlərim tutuldu, özümdən getdim. Gözümü xəstəxanada açanda dəli kimi qışqıraraq qıza “su verin” dediyim anı xatırlayıram”.

İ.Hacıyeva Almaniyada olanda müxtəlif sosial şəbəkə hesablarından hədələyici mesajlar aldığını söyləyib: “Mesajlarda “Bakıya qayıt, gördüyümüz yerdə dərini soyacağıq” kimi sözlər yazılmışdı. Mən müstəntiqi tapıb onunla danışdım, mesajlar barədə ona bildirdim. Dedi ki, narahat olmayın, siz sadəcə şahidsiniz. Bakıya gələndə müstəntiqi yığıb burada olduğumu, ifadə vermək istədiyimi bildirdim. O mənə icazəli olduğunu, işə çıxmadığını dedi. Mən təzədən Almaniyaya qayıtdım. Çox keçmədi, müstəntiq zəng etdi ki, gəl Bakıya, izahat ver. Gəldim, gələn kimi mənim ölkədən çıxışıma “stop” qoyuldu”.

Zərərçəkənin hüquqi varisi I.Məlikova bildirib ki, seçilmiş qətimkan tədbiri ilə razı deyil: “Hadisə vaxtı sənə kömək elədilər, bəs düşünmədin ki, onlar da kiminsə övladıdır? Şikayətçiyəm”.

Məhkəmədə daha sonra şahidlər ifadə verib.

Şahid Babək Piriyev bildirib ki, İ.Hacıyevanın idarə etdiyi maşının icarədarı olub:

“İlduzə xanım bizdən maşın kirayələmişdi. Bizə zəng etdilər ki, belə bir bədbəxt hadisə baş verib. Gedib maşını aeroportdan götürdük. Bir neçə gün sonra polisdən mənə zəng gəldi. Maşın 1 aya yaxın polisdə qalmışdı”.

Növbəti məhkəmə prosesi avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, qəza hadisəsi 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Gecə yarısı “Changan” markalı avtomobili idarə edən “Arzum” sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

“Arzum” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.

Bakı Apellyasiya Məhkəməsinin iyulun 22-də verdiyi qərara əsasən o, ev dustaqlığına buraxılıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qazini cərəyan vurub öldürdü
Next: “Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

OXŞAR MÖVZULAR

871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
1785500774_screenshot-2026-07-31-162414
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

Peşə Təhsili imtahanlarında “suallar açıqlansın” tələbi – Suallar niyə gizli saxlanılır?

admin 31.07.2026
1785483895_1
  • ARAŞDIRMA

Böyrək alveri şəbəkəsinin Azərbaycan izi – ŞOK Volfman dosyesi

admin 31.07.2026

XƏBƏR LENTİ

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və...
DAVAMI Read more about Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü” 871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
“Səfirliyin nümayəndələri məhkəmə proseslərində iştirak ediblər. Faktlar təsdiq olunub, etiraflar mövcuddur. İttiham sübuta yetirilib. Belə olan təqdirdə...
DAVAMI Read more about “Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”
“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbi ilə tanınmış tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən...
DAVAMI Read more about “Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim
Qazini cərəyan vurub öldürdü 1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
Ağcabədidə ustanı cərəyan vurub öldürüb. Ağsu rayon Çaparlı kənd sakini, Vətən müharibəsi iştirakçısı Asif Elxan oğlu Qənbərov...
DAVAMI Read more about Qazini cərəyan vurub öldürdü
Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur? 1785495547_screenshot-2026-07-31-144842
  • MƏDƏNİYYƏT

Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

admin 31.07.2026
Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə Facebook və instagram platformalarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 4...
DAVAMI Read more about Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

Bütün yazılar

17855050585752664217
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

admin 31.07.2026
871277894592fcab0b47288a36295e37
  • ARAŞDIRMA

“Rayan işi” ilə bağlı diqqətçəkən açıqlama: “Fransa təzyiqlə hökmü dəyişəcəyini düşünürdü”

admin 31.07.2026
arzum
  • ARAŞDIRMA

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getdim

admin 31.07.2026
1785501631_screenshot-2026-07-31-163246
  • CƏMİYYƏT

Qazini cərəyan vurub öldürdü

admin 31.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.