Skip to content
29.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Qolum işləmir, stresdən yata bilmirəm” – Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
  • CƏMİYYƏT

“Qolum işləmir, stresdən yata bilmirəm” – Ölkəyə keyfiyyətsiz botoks gətirilir?

admin 28.07.2026
bloq

Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib.

İddia olunur ki, son iki ayda ölkəyə gətirilən botoks preparatları keyfiyyətsizdir. Nəticədə prosedurlar üçün müraciət edən şəxslərin üzlərində əyilmə, gözlərində çəpləşmə, nitq qabiliyyətinin itməsi, əl, qol əzələlərinin iflici müşahidə olunur.

Hətta hər 5 botoks etdirən şəxsdən 3-nün zəhərlənməyə məruz qaldığı iddia olunur. Bəzi kosmetoloqların zəhərlənmələrdən sonra botoks prosedurlarının tətbiqini dayandırdığı deyilir.

Ceyran adlı bloqer sosial şəbəkə hesabında 4 gün əvvəl prosedur etdirdiyini, qol əzələlərinin iflic olduğunu qeyd edib: “Danışanda təngnəfəs oluram. Qolumu aşağı sala bilmirəm, funksiyasını itirib. Barmaqlarım tərpənir, amma qolum halsızdır.
Bəzi kosmetoloqlar deyirlər, bizlik bir şey yoxdur. Əgər bunu siz gətirmisinizsə, siz də məsuliyyət daşıyırsınız. 4 gündür gecələr stresdən yata bilmirəm. Boğuluram, qolumu aça bilmirəm. Mənim kimi insanları bu günə qoymusunuz. Hər yerindən duran iynəni götürüb vurur. İnsanların sağlamlığı ilə məzələnə bilməzsiniz…”

Bəs bu preparatların ölkəyə gətirilməsinə nəzarət olunurmu? Sözügedən preparatlar partiyası yoxlanılıbmı, tələblərə cavab verirmi? İctimailəşən zəhərlənmə faktları araşdırılıbmı?

Bu suallarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət etdik.

“Araşdırma aparılması üçün vətəndaşın bizə birbaşa müraciət etməsi lazımdır. Göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində, təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür”, – Mərkəzə ünvanladığımız sorğunun cavabında bildirilib.

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi tərəfindən bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunduğuna dair məlumat yayılmışdı. Bildirilirdi ki, bütün dərman və tibb vasitələr (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər.

Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır: “Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir”.

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO
Next: Abşeronneft Neft Qaz çıxarma idarəsində qazanc yoxdur, işlək boruları satıb pul qazanırlar – VİDEO

OXŞAR MÖVZULAR

1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
1785235930_screenshot-2026-07-28-145016
  • CƏMİYYƏT
  • ÖLKƏ

Turizm sektoru çöküb – Ölkəyə gələn turistlərin sayı və otellərin sayı azalıb

admin 28.07.2026
1785238223_main
  • CƏMİYYƏT

Media nümayəndəsi İnam Kərimovdan kömək istədi: “Hakim Habil Bəhmənov mənə qarşı qərəzli münasibət göstərir.”

admin 28.07.2026

XƏBƏR LENTİ

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun...
DAVAMI Read more about Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ
Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO 1785243904_40ed93aa-b25f-47f4-9b43-dd83c931046f
  • HADİSƏ
  • VİDEO

Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO

admin 28.07.2026
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. “Unikal“ın məlumatına görə, “Mercedes” markalı avtomobil traktorla toqquşub. Nəqliyyat vasitələrinə ziyan dəyib....
DAVAMI Read more about Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO
Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi 1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
Tovuz rayonunun Əlibəyli kəndində yaşayan şəhid Sərxan Həsənovun anası yenidən müraciət edib. Şəhid anası yayımladığı videomüraciətdə ailəsinin...
DAVAMI Read more about Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi
Sahibə Qafarova Efiopiyada səfərdədir 1785241705_screenshot_20260728_161449_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Sahibə Qafarova Efiopiyada səfərdədir

admin 28.07.2026
Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib. Bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat...
DAVAMI Read more about Sahibə Qafarova Efiopiyada səfərdədir
“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi d7dfd17d297252fe6eba3398f501c3dd (1)
  • ARAŞDIRMA

“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

admin 28.07.2026
Son 2 gündə vətəndaşların dini hisslərini təhqir etdiyinə görə 2 tiktoker həbs olunub: “Çevik” ləqəbi ilə tanınan...
DAVAMI Read more about “Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

Bütün yazılar

dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
1785243904_40ed93aa-b25f-47f4-9b43-dd83c931046f
  • HADİSƏ
  • VİDEO

Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO

admin 28.07.2026
1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
1785241705_screenshot_20260728_161449_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Sahibə Qafarova Efiopiyada səfərdədir

admin 28.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.