Skip to content
29.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Turizm sektoru çöküb – Ölkəyə gələn turistlərin sayı və otellərin sayı azalıb
  • CƏMİYYƏT
  • ÖLKƏ

Turizm sektoru çöküb – Ölkəyə gələn turistlərin sayı və otellərin sayı azalıb

admin 28.07.2026
1785235930_screenshot-2026-07-28-145016

Azərbaycanda 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib. 

2026-cı ilin ilk 6 ayında ölkəyə gələn turistlər azalıb, otellərdə gecələmələrin faizi aşağı düşüb, nəticədə otellərin gəlirlərində də geriləmə baş verib. İlk 6 aydva otellərin cəmi gəliri 279 milyon manat olub.

Belə ki, bu ilin yanvar-iyun aylarında hotellərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub.  Dövlət Statistika Komitəsi xəbər verir ki, otellərdə gecələmələrin böyük hissəsi yenə də Bakının payına düşüb – təqribən 59 faiz.

Bakıdan sonra turistlər ən çox Qusara (gecələmələrin 5,9 faizi), Naftalana (5,5 faiz), Qəbələyə (3,4 faiz) və Qubaya (3,1 faiz) üz tutublar.

Gecələmələrin 3,0 faizi Lənkəranda, 2,1 faizi Xaçmazda, 1,9 faizi Gəncədə, 1,8 faizi Şuşada, 1,5 faizi Şamaxıda, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şabranda, 1,1 faizi Masallıda və 9,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.

Azalmanın əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayının azalma və onların htellərdə keçirdiyi günlərin aşağı düşməsidir. Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 069,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 faizini təşkil edir.

Hotellərdə gecələmələrin ümumi sayının 14,1 faizi Türkiyə, 13,0 faizi Rusiya Federasiyası, 7,1 faizi Hindistan, 6,9 faizi İsrail, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Çin, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Özbəkistan, 3,8 faizi Pakistan, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Böyük Britaniya, 2,3 faizi ABŞ, 1,7 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, 0,8 faizi İran, 0,7 faizi Koreya Respublikası, 0,7 faizi Ukrayna, 23,6 faizi isə digər ölkələrin payına düşüb.

Xarici turistlərin 82%-i Bakıdakı otelləri seçir. Turistlərin 5,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 2,1 faizi Qəbələdə, 1,0 faizi Qubada, 3,8 faizi isə digər şəhərlərdəki hotellərdə qalıblar.

Ümumilikdə Azərbaycan hotellərindən istifadə edənlərin 60%-i xaricilər, 40%-i yerli vətənldaşlar olub.

Turist sayının azalması hotellərin gəlirlərini də aşağı salıb. Belə ki, ilk 6 ayıda hotellər cəmi 279 milyon manat gəlir əldə ediblər. Bu da əvvəlki ilin ilk yarısına nisbətən 11 milyon manat və ya 3,8% azdır.  Hotellərin qazancı əsasən nömrələrin  satışından (61,1 faiz), iaşə xidmətlərindən (26,7 faiz) olub. Gəlirlərin 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərdən əldə edilib.

Qeyd edək ki, son illər Azərbaycanda Turizm inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyinin keçirdiyi tenderlərin dəyəri bəlkə də yüzmilyon manatlarla ölçülür. Amma nəticə göz qabağındadır və bu sahə nəinki inkişaf edir, ciddi geriləmə edir. Görünür, bu vəsaitlər ya düzgün xəırclənmir, yada ümumiyyətlə, xərclənmir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevdir. Fuad Nağıyev ixtisasca hüquqşunasdır və Bakı Dəmir-Beton-8″ ASC-də baş direktoru olub.  Daha sonra Bakı Dəmir-Beton-8″ ASC-dən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru vəzifəsinə keçib.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Media nümayəndəsi İnam Kərimovdan kömək istədi: “Hakim Habil Bəhmənov mənə qarşı qərəzli münasibət göstərir.”
Next: Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

OXŞAR MÖVZULAR

1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
1785238223_main
  • CƏMİYYƏT

Media nümayəndəsi İnam Kərimovdan kömək istədi: “Hakim Habil Bəhmənov mənə qarşı qərəzli münasibət göstərir.”

admin 28.07.2026
1785242447_screenshot_20260728_163709_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

AYYDA-nın yarım-yapalaq qoyub qaçdığı yol – Video

admin 28.07.2026

XƏBƏR LENTİ

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun...
DAVAMI Read more about Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ
Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO 1785243904_40ed93aa-b25f-47f4-9b43-dd83c931046f
  • HADİSƏ
  • VİDEO

Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO

admin 28.07.2026
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. “Unikal“ın məlumatına görə, “Mercedes” markalı avtomobil traktorla toqquşub. Nəqliyyat vasitələrinə ziyan dəyib....
DAVAMI Read more about Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO
Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi 1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
Tovuz rayonunun Əlibəyli kəndində yaşayan şəhid Sərxan Həsənovun anası yenidən müraciət edib. Şəhid anası yayımladığı videomüraciətdə ailəsinin...
DAVAMI Read more about Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi
Sahibə Qafarova Efiopiyada səfərdədir 1785241705_screenshot_20260728_161449_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Sahibə Qafarova Efiopiyada səfərdədir

admin 28.07.2026
Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib. Bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat...
DAVAMI Read more about Sahibə Qafarova Efiopiyada səfərdədir
“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi d7dfd17d297252fe6eba3398f501c3dd (1)
  • ARAŞDIRMA

“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

admin 28.07.2026
Son 2 gündə vətəndaşların dini hisslərini təhqir etdiyinə görə 2 tiktoker həbs olunub: “Çevik” ləqəbi ilə tanınan...
DAVAMI Read more about “Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

Bütün yazılar

dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
1785243904_40ed93aa-b25f-47f4-9b43-dd83c931046f
  • HADİSƏ
  • VİDEO

Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO

admin 28.07.2026
1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
1785241705_screenshot_20260728_161449_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Sahibə Qafarova Efiopiyada səfərdədir

admin 28.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.