Skip to content
28.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026
Sehid ve receb_cin

Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə hörmət Azərbaycan cəmiyyətinin dəyişməz dəyəridir. Bu hörmət təkcə tədbirlərlə və rəsmi çıxışlarla deyil, həm də şəhid ailələrinin müraciətlərinə münasibətlə ölçülür.

Bizimesr.com xəbər verir ki, Qazax rayonunda şəhid Elşən Orucovun məzarı ilə bağlı yayılan videogörüntülər və onun oğlu Ehtiram Orucovun səsləndirdiyi məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Videoda şəhid övladı atasının məzarının baxımsız vəziyyətdə olduğunu, bayrağın düzgün asılmadığını, ərazinin təmizlənmədiyini və uzun illər ərzində rayon icra hakimiyyəti rəhbərliyinin ailə ilə kifayət qədər maraqlanılmadığını bildirir.

Bu iddialardan sonra cəmiyyət Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovdan məzarın vəziyyəti ilə bağlı konkret izahat gözləyirdi. Lakin yayılan rəsmi açıqlamanın əsas diqqət çəkən hissəsi məzarın vəziyyətindən çox, şəhid övladının şəxsiyyətinə yönəlmiş ittihamlar oldu.

Rəcəb Babaşov videomüraciəti “öyrədilmiş və qərəzli” adlandırdı. Daha sonra isə açıqlamada şəhid ailəsinin guya məktəb ərazisində 11 sot torpaq sahəsini qanunsuz zəbt etdiyi, tikintinin dayandırıldığı və videonun da bununla əlaqədar yayıldığı iddia edildi.

Əcəba, şəhid övladının dediyi sözlərin doğru olub-olmadəğını araşdırmaq əvəzinə, onu niyə ictimai şəkildə “qərəzli” və “böhtançı” kimi təqdim etmək lazım idi?

Əgər məzar həqiqətən qaydasındadırsa, bunu ən yaxşı sübut emosional ittihamlar deyil, yerində çəkilmiş görüntülər, müstəqil baxış və operativ tədbirlər olardı.

Şəhid ailəsinin başqa məsələlərlə bağlı dövlət qurumları ilə hüquqi mübahisəsinin olması da məzarın vəziyyəti barədə səsləndirilən iddiaları avtomatik olaraq əsassız etmir. Bunlar ayrı-ayrı məsələlərdir və hər biri ayrıca araşdırılmalıdır.

İcra hakimiyyətinin açıqlamasında ailəyə göstərilən maddi yardımlar, qəbul görüşləri, mənzil təminatı və digər sosial dəstək tədbirləri geniş şəkildə sadalanır. Şübhəsiz ki, bunlar dövlətin şəhid ailələrinə göstərdiyi sosial siyasətin tərkib hissəsidir və müsbət qiymətləndirilməlidir. Ancaq sosial yardım göstərilməsi o demək deyil ki, şəhid ailəsinin sonradan qaldırdığı hər bir problem əvvəlcədən əsassız sayılmalıdır. Əgər şəhid övladı “məzar baxımsızdır” deyirsə, cavab ilk növbədə həmin məzarın vəziyyətinə dair olmalıdır.

Şəhid övladını ictimai şəkildə “öyrədilmiş”, “qərəzli” və ya “böhtançı” kimi təqdim etmək nə qədər doğrudur? Şəhid ailələri ilə dialoq ittiham dili ilə deyil, hörmət və həssaslıqla qurulmalıdır. Görünür, Rəcəb Babaşov şəhid ailələri ilə o qədər təmassız qalır ki, bu yolu bilmir.

Şəhid övladı ilə dövlət qurumu arasında yaranan mübahisədə ən böyük məsuliyyət məhz dövlət nümayəndələrinin üzərinə düşür. Çünki onların hər sözü cəmiyyətə verilən mesajdır. Bu mesaj isə ittiham yox, ədalət, şəffaflıq və hörmət olmalıdır.

P,S
Dəyəri yüz minlərlə manat avtomobilləri olan, böyük biznes sahələrinə məxsus olan Rəcəb Babaşov üçün şəhid ailəsinə 11 sot torpaq sahəsi vermək o qədərmi çətindir?  Kimdir Rəcəb Babaşov?

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi

OXŞAR MÖVZULAR

1785208231_fb_mg_1785190442185
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı

admin 28.07.2026
1785219047_screenshot-2026-07-28-100955
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Şapka Mamed”in ətrafında çəmbər daralır – 100 milyonluq kredit maxinasiyası

admin 28.07.2026
1785223375_whatsapp-mage-2026-07-28-at-10_58_00
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

admin 28.07.2026

XƏBƏR LENTİ

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO Sehid ve receb_cin
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026
Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə hörmət Azərbaycan cəmiyyətinin dəyişməz dəyəridir. Bu hörmət təkcə tədbirlərlə və rəsmi...
DAVAMI Read more about Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi azerbaycan_neft
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi

admin 28.07.2026
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.   Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci...
DAVAMI Read more about Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi
Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı 1785208231_fb_mg_1785190442185
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı

admin 28.07.2026
Bu günlərdə sosial şəbəkələrdə və mediada təhsil sistemi üçün üz qarası olan məlumata rast gəldik. Sən demə...
DAVAMI Read more about Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı
Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı 1781770265anar2_1776857649_1785219860
  • CƏMİYYƏT

Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı

admin 28.07.2026
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib. “32gun.az” xəbər verir...
DAVAMI Read more about Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı
Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib 1785216156_screenshot-2026-07-28-092010
  • DÜNYA

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

admin 28.07.2026
 Böyük Britaniyada milyonçuların sayı ən azı 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib. Bu...
DAVAMI Read more about Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bütün yazılar

Sehid ve receb_cin
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026
azerbaycan_neft
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi

admin 28.07.2026
1785208231_fb_mg_1785190442185
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı

admin 28.07.2026
1781770265anar2_1776857649_1785219860
  • CƏMİYYƏT

Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı

admin 28.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.