Skip to content
28.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakı Şəhər 1 saylı Əmlak İdarəsi və onun rəhbərinin fəaliyyəti ilə bağlı vətəndaşların ciddi və əsaslı narazılıqları artıq pik həddə çatıb.
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakı Şəhər 1 saylı Əmlak İdarəsi və onun rəhbərinin fəaliyyəti ilə bağlı vətəndaşların ciddi və əsaslı narazılıqları artıq pik həddə çatıb.

admin 26.06.2026
1782418307_1
Bakı Şəhər 1 saylı Əmlak İdarəsi və onun rəhbəri Mustafa bəyin fəaliyyəti ilə bağlı vətəndaşların ciddi və əsaslı narazılıqları artıq pik həddə çatıb. Bu barədə dəfələrlə şikayətlər işıqlandırılsa da, qurum rəhbərliyi qanunsuz əməllərindən əl çəkmir, dövlətin apardığı islahatlara açıq şəkildə kölgə salır. Ölkədə vətəndaş məmnuniyyəti ilə bağlı yeni idarəçilik tendensiyası irəli sürülsə də, Mustafa bəy köhnə idarəetmə metodları və “rüşvət” iştahası ilə bu prosesə qarşı çıxır, xalqı dövlətdən narazı salaraq hakimiyyətlə üz-üzə qoyur.
Məsələnin mahiyyəti kifayət qədər sadədir. Vətəndaş əlində olan bələdiyyə qərarı, XDS qərarı və arxiv arayışı ilə torpağının və ya evinin sənədləşdirilməsi (çıxarış alınması) üçün adıçəkilən quruma müraciət edir. Lakin İdarə rəhbəri Mustafa bəy özündən “yeni hoqqalar” və qanunsuz bəhanələr uyduraraq, sənədlərdə guya hansısa çatışmazlıqların olduğunu idarə edir və vətəndaşa imtina verir.
Hüququ tapdanan vətəndaş çıxış yolunu İnzibati Məhkəməyə müraciət etməkdə görür. Məhkəmə işi araşdırır, Mustafanın verdiyi imtinanın tamamilə “əsassız” olduğunu sübut edir və vətəndaşın xeyrinə qərar çıxarır. Məhkəmənin qərarı onlayn sistem vasitəsilə dərhal Əmlak İdarəsinin bazasına daxil olur, bir nüsxəsi isə vətəndaşa təqdim edilir. Qərarın qanuni qüvvəyə minməsi üçün bir ay vaxt tanınır.
Budur rəzalət də məhz bu bir aylıq gözləmə müddətində baş verir. Mustafa bəy məhkəmə qərarını icra etmək əvəzinə, vətəndaşın gəlib ona rüşvət verməsini gözləyir. İstədiyi məbləği ala bilmədikdə isə ağlasığmaz və qanunsuz bir hiyləyə əl atır.
Normalda apellyasiya şikayətini onlayn sistemlə etmək həm daha asan, həm də şəffaf olduğu halda, Mustafa bəy prosesi izləyən hakimin nəzarətindən qaçmaq üçün fərqli yol seçir. O, bəzi özəl ekspres poçt xidmətləri ilə ( “Atlas Express” və “Kaspi MMC” ) əlbir olaraq qaranlıq bir maxinasiya qurur.
Qərarın qüvvəyə mindiyi son günün səhəri tezdən poçt vasitəsilə məktub göndərilir. Lakin bu məktubun üzərinə “keçmiş (geri) tarixlə” möhür vurdurulur. Məqsəd odur ki, guya İdarə qərar qüvvəyə minməmişdən bir neçə gün əvvəl vaxtında apellyasiya şikayəti veribmiş kimi görünsün. Beləliklə, hakimin və vətəndaşın xəbəri olmadan qanundan yayınmaq və məhkəmə müddətini saxtalaşdırmaq üçün gözbağlayıcılıq edilir.
Aidiyyəti hüquq-mühafizə və nəzarət orqanları Bakı Şəhər 1 saylı Əmlak İdarəsində kök salmış bu idarəçilik hoqqalarına, vətəndaşları incidən rüşvət mexanizminə və poçt maxinasiyalarına təcili şəkildə hüquqi qiymət verməlidir. Bu qanunsuzluq cəzasız qalmamalıdır!
Sakit Muradov
TEREF

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Next: Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

OXŞAR MÖVZULAR

1787826422_788385077_3486294258206406_4895382650243250223_n
  • CƏMİYYƏT

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 27.08.2026
1787827976_6a9012e526b696a90-v
  • CƏMİYYƏT

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

admin 27.08.2026
1787828388_kenan_samir_lqar
  • CƏMİYYƏT

İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?

admin 27.08.2026

XƏBƏR LENTİ

ABŞ Venesueladan mineral xammal tədarükünə qoyulan məhdudiyyətləri yumşaldıb 11
  • DÜNYA

ABŞ Venesueladan mineral xammal tədarükünə qoyulan məhdudiyyətləri yumşaldıb

admin 28.08.2026
ABŞ Venesueladan mineral xammalın tədarükü ilə bağlı əməliyyatlara icazə verən baş lisenziyanın qüvvədə olma müddətini uzadıb. Sənədə...
DAVAMI Read more about ABŞ Venesueladan mineral xammal tədarükünə qoyulan məhdudiyyətləri yumşaldıb
ABŞ Hörmüz boğazının minalardan tam təmizləndiyini açıqlayıb 22
  • DÜNYA

ABŞ Hörmüz boğazının minalardan tam təmizləndiyini açıqlayıb

admin 28.08.2026
ABŞ hərbçiləri Hörmüz boğazındakı bütün dəniz minalarını zərərsizləşdirib. “SEPAH tərəfindən bir neçə ay əvvəl körfəzdə beynəlxalq ticarət...
DAVAMI Read more about ABŞ Hörmüz boğazının minalardan tam təmizləndiyini açıqlayıb
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR 5db959b495349ba9444b48c145a0bbb1
  • ARAŞDIRMA

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

admin 28.08.2026
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elçin...
DAVAMI Read more about Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü 1000989697-1787845643177686925
  • ARAŞDIRMA

Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü

admin 28.08.2026
Azərbaycanlı kriminal avtoritet, “Agbaş Qalib ”, “Qalib Gəncinskıy” ləqəbi ilə tanınan Qərib Həsənov Rusiyanın Soçi şəhərində dünyasını...
DAVAMI Read more about Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü
Milli Kibertəhlükəsizlik Agentliyində yeni – Təyinatlar 1787841305_v
  • İQTİSADİYYAT

Milli Kibertəhlükəsizlik Agentliyində yeni – Təyinatlar

admin 28.08.2026
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyində (MKA) yeni kadr təyinatları olub. Bununla bağlı...
DAVAMI Read more about Milli Kibertəhlükəsizlik Agentliyində yeni – Təyinatlar

Bütün yazılar

11
  • DÜNYA

ABŞ Venesueladan mineral xammal tədarükünə qoyulan məhdudiyyətləri yumşaldıb

admin 28.08.2026
22
  • DÜNYA

ABŞ Hörmüz boğazının minalardan tam təmizləndiyini açıqlayıb

admin 28.08.2026
5db959b495349ba9444b48c145a0bbb1
  • ARAŞDIRMA

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

admin 28.08.2026
1000989697-1787845643177686925
  • ARAŞDIRMA

Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.