Skip to content
27.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?
  • CƏMİYYƏT

İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?

admin 27.08.2026
1787828388_kenan_samir_lqar

Təhsil sistemində bəzi kadr təyinatları və idarəçilər arasındakı əvvəlki iş əlaqələri zaman-zaman diqqət çəkib. Xüsusilə eyni şirkətdə çalışmış şəxslərin sonradan dövlət idarəçiliyində müxtəlif vəzifələrdə qarşılaşması, ardınca isə müəyyən təhsil müəssisələrinin ön plana çıxması bu əlaqələrin araşdırılmasını zəruri edir. 
Bizimesr.media xəbər verir ki, söhbət bu dəfə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə və Bərdə Dövlət Peşə Təhsil Mərkəzindən gedir.
Məsələyə şəxslərin əvvəlki iş fəaliyyətindən başlamaqla baxdıqda maraqlı mənzərə yaranır. Belə ki, İlqar Bayramlı və Kənan Kərimzadənin karyera yollarının müəyyən mərhələsində eyni ünvanda – “Capital Motors” MMC-də kəsişməsi, sonrakı illərdə isə hər iki şəxsin Elm və Təhsil Nazirliyində yüksək vəzifələr tutması diqqət çəkməyə bilməz.
Daha sonra İlqar Bayramlının Peşə Təhsili üzrə Dövlət Agentliyinə rəhbər təyin edilməsi fonunda Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə münasibət və bu müəssisənin son dövrdə ön plana çıxması da başqa bir nüans hesab olunmalıdır.
Məhz bu məqamlar “Capital Motors”dan başlayan peşəkar əlaqələrin təhsil sistemində hansı istiqamətdə davam etdiyini, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin hansı səbəbdən xüsusi diqqət mərkəzində olduğunu və bütün bunların arxasında başqa əlaqələrin olub-olmadığını araşdırmağı zəruri edir.
“Capital Motors”dan təhsil sisteminə uzanan yol
İlqar Bayramlı “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrində fəaliyyət göstərib. 2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra isə şöbə müdiri vəzifələrində irəli çəkilib.
2025-ci ilin sentyabr-dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib. O zaman hələ də səbəbləri gizli saxlanılan bir nüansı da diqqətdən qaaçımaq olmaz. Bir gündə iki kadr – Peşə Agentliyinin direktoru Ceyhun Kərəmov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov
vəzifədən qovuldu. Bu ciddi kadr dəyişikliyinin səıbəbləri hələ də nazir Emin Əmrullayev tərəfindən gizli saxlanılır.
Beləliklə, 2025-ci ilin dekabr ayında Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilir.
Kənan Kərimzadə isə 2013–2016-cı illərdə “Capital Motors” MMC-də maliyyə və təhlil üzrə mütəxəssis vəzifəsində çalışıb. 2020–2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri vəzifəsində işləyib. 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 2023-cü ilin fevral–may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib. Bu statistikadan görünür ki, Kənan Kərimzadə 2013–2016-cı illərdə “Capital Motors” MMC-də maliyyə və təhlil üzrə mütəxəssis vəzifəsində çalışıb. Həmin dövrdə hazırkı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı da “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrində çalışıb.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, əvvəlcə Kənan Kərimzadə Təhsil Nazirliyində yüksək vəzifələrə gəlib. Daha sonra isə onun əvvəlki iş yeri rəhbərlərindən biri olan İlqar Bayramlının da təhsil sektoruna gəlməsi və qısa müddətdə Peşə Təhsili üzrə Dövlət Agentliyinə rəhbər təyin olunması diqqət çəkir.
Bərdə Peşə Təhsil Mərkəzi niyə ön plandadır?
Kənan Kərimzadə əslən Bərdə rayonundandır. Məlumata görə, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov da Kənan Kərimzadənin tapşırığı ilə xüsusi olaraq İlqar Bayramlının diqqətində saxlanılır.
Təsadüfi deyil ki, İlqar Bayramlının təyinatından sonra Bərdə Dövlət Peşə Təhsil Mərkəzi məqsədli şəkildə ön sıralarda saxlanılır və böyük dəstək alır. Eyni zamanda, bu il Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin 3 tələbəsi ADA Universitetinə qəbul olunub. Yəni bu tələbələr yüksək texniki peşə ixtisasını subbakalavr kimi bitirib və yüksək balla sözügedən universitetə qəbul olunublar.
Yəqin ki, ADA Universitetinə qəbul olmaq üçün bu uşaqlara 99–100 bal lazım olub. Maraqlı məsələdir. Çünki Peşə Təhsili üzrə Dövlət Agentliyindən bütün peşə məktəblərinə verilən gizli tapşırığın uşaqlara yüksək qiymət yazılmaması faklını hər kəs bilir. Əks halda, bunun məktəbin yoxlanılmasına səbəb ola biləcəyi qeyd olunur. Bildiyimiz kimi, bu gün yüksək ballı subbakalavrların oxuduğu kollec və peşə mərkəzləri Təhsil Nazirliyinin aidiyyəti strukturları tərəfindən yoxlamalara məruz qalır. Bakıda onlarla böyük imkanlara malik peşə məktəbi var. Bu məktəblərdə adətən çox savadlı uşaqlar təhsil alır və onların subbakalavr balının 90-dan yuxarı olmasına imkan verilmədiyi iddia edilir. Bərdə Dövlət Peşə Təhsil Mərkəzində baş verənlər isə olduqca maraqlı və araşdırılmalı məsələdir. Bu məsələdə nazir müavini Kənan Kərimzadənin də rolunun olması araşdırılmalıdır.
Birləşdirən başqa amil varmı?
Elə isə ortaya daha bir nüans çıxır: Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəflə əslən Bərdədən olan təhsil nazirinin müavini Kənan Kərimzadəni hansı bağlar birləşdirir?
Hər ikisinin həmyerli olması? Əlbəttə, xeyr.
Bu bağlılığın şəxslərlə deyil, başqa amillərlə əlaqəli olduğu iddia edilir. Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəflə əslən Bərdədən olan təhsil nazirinin müavini Kənan Kərimzadəni Qərbi Azərbaycanlı faktoru birləşdirir. Bu barədə daha sonra…
Ümumiyyətlə, ölkənin təhsil sistemində uzun illərdir yerlibazlıq məsələsi gündəmdə olub. Bu, bəlkə də, sistemdəki ən böyük problemlərdən biridir və çox vacib nüansdır.
Bu faktorun hələ sabiq təhsil naziri Misir Mərdanovun zamanında formalaşdığı və bu günə kimi davam etdiyi iddia olunur. Bu gün məhz həmin faktorun nazir müavini Kənan Kərimzadə, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov və hətta Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlını bir-birinə bağlayan amillərdən biri olduğu bildirilir.
Beləliklə, İlqar Bayramlı, Kənan Kərimzadə və digərlərinin şifrəsi açılmaqdadır. Yeri gəlmişkən, qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər strukturlarında Qərbi Azərbaycanlı faktorunun ciddi önəm daşıdığı, burada vəzifə bölgülərində və söz sahibi olmaq məsələsində özünü göstərdiyi də iddia olunur.
Bütün bunlar isə bir sıra məsələlərin daha geniş araşdırılmasını zəruri edir. “Capital Motors”dan başlayan peşəkar əlaqələr təhsil sistemində hansı mərhələlərdən keçib?
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə göstərildiyi deyilən xüsusi diqqətin səbəbi nədir?
Və nəhayət, bu şəxslər arasındakı əlaqələr təhsil sistemində kadr və qərarvermə proseslərinə hansı formada təsir göstərir? 

Biziməsr.media olaraq bu məsələləri araşdırmaqda davam edəcəyik.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi
Next: “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

OXŞAR MÖVZULAR

1787826422_788385077_3486294258206406_4895382650243250223_n
  • CƏMİYYƏT

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 27.08.2026
1787827976_6a9012e526b696a90-v
  • CƏMİYYƏT

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

admin 27.08.2026
1787813281_tikisfabrik
  • CƏMİYYƏT

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

admin 27.08.2026

XƏBƏR LENTİ

Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq ursula
  • DÜNYA

Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq

admin 27.08.2026
Avropa İttifaqı (Aİ) və Qrenlandiya Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sentyabrın 6-7-də adaya səfəri çərçivəsində...
DAVAMI Read more about Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO 1787826422_788385077_3486294258206406_4895382650243250223_n
  • CƏMİYYƏT

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 27.08.2026
Avqustun 26-sı, saat 18:00 radələrində Bakı şəhəri, Azadlıq prospekti 149 ünvanında yerləşən çayxanada insident baş verib. Məlumata görə,...
DAVAMI Read more about Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO
“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib 1787827976_6a9012e526b696a90-v
  • CƏMİYYƏT

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

admin 27.08.2026
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı...
DAVAMI Read more about “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır? 1787828388_kenan_samir_lqar
  • CƏMİYYƏT

İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?

admin 27.08.2026
Təhsil sistemində bəzi kadr təyinatları və idarəçilər arasındakı əvvəlki iş əlaqələri zaman-zaman diqqət çəkib. Xüsusilə eyni şirkətdə...
DAVAMI Read more about İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi 2e8e8f1267a3f20cddf793e7a6abe281
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi

admin 27.08.2026
Olqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə Ali Məhkəməyə 1000  manat maaş alması barədə arayış...
DAVAMI Read more about Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi

Bütün yazılar

ursula
  • DÜNYA

Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq

admin 27.08.2026
1787826422_788385077_3486294258206406_4895382650243250223_n
  • CƏMİYYƏT

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 27.08.2026
1787827976_6a9012e526b696a90-v
  • CƏMİYYƏT

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

admin 27.08.2026
1787828388_kenan_samir_lqar
  • CƏMİYYƏT

İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?

admin 27.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.