ABŞ hərbçiləri Hörmüz boğazındakı bütün dəniz minalarını zərərsizləşdirib.
“SEPAH tərəfindən bir neçə ay əvvəl körfəzdə beynəlxalq ticarət marşrutlarına yerləşdirilmiş dəniz minalarını uğurla zərərsizləşdirmişik”, – Kuper deyib.
CENTCOM rəhbərinin sözlərinə görə, bununla da Hörmüz boğazında gəmilərin hərəkəti üçün mina təhlükəsi aradan qaldırılıb.
Bununla belə, “Bloomberg” bu həftənin əvvəlində ABŞ-nin bəzi müttəfiqlərinin Vaşinqtonun açıqlamasına şübhə ilə yanaşdığını yazıb. Agentliyin məlumatına görə, müttəfiqlər Hörmüz boğazında hələ də dəniz minalarının qala biləcəyini ehtimal edirlər.
PAYLAŞIN:
