Skip to content
28.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
  • ARAŞDIRMA

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

admin 28.08.2026
5db959b495349ba9444b48c145a0bbb1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işində müğənni Könül Kərimovanın da adı hallanır.

Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibinin dəyişməsi ilə əlaqədar məhkəmə istintaqının yeniləndiyi bildirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

Elçin Bağırov və Mübariz Məmmədov onlara qarşı irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini bildiriblər.

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

Təqsirləndirilən şəxslər məhkəməyə bir neçə vəsatət təqdim ediblər. Məhkəmə tərkibi qısa müşavirədən sonra həmin vəsatətlərin sənədlərin tədqiqi mərhələsində müzakirə olunacağını açıqlayıb.

Növbəti məhkəmə prosesi sentyabrın 16-sı saat 10:45-ə təyin edilib.

Xatırladaq ki, istintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.

İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “ARAZ T.İ” MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib.

Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.

İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.

Mübariz Məmmədova qarşı digər ittiham isə yüz minlərlə manatlıq “hüquqi xidmət” vədləri ilə bağlıdır.

İstintaqın versiyasına əsasən, o, “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova “Konstra” MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib.

İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.

Bundan başqa, “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.

Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktında müğənni Könül Kərimovanın da adı hallanır./lent.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü
Next: ABŞ Hörmüz boğazının minalardan tam təmizləndiyini açıqlayıb

OXŞAR MÖVZULAR

1000989697-1787845643177686925
  • ARAŞDIRMA

Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü

admin 28.08.2026
1787812868_1
  • ARAŞDIRMA

Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ

admin 27.08.2026
nigar
  • ARAŞDIRMA

Nigar Fərhad saxlanıldı

admin 27.08.2026

XƏBƏR LENTİ

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO inshot_20260828_024917213_1787870975
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 28.08.2026
Avqustun 26-sı, saat 18:00 radələrində Bakı şəhəri, Azadlıq prospekti 149 ünvanında yerləşən çayxanada insident baş verib. Məlumata...
DAVAMI Read more about Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO
“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ… – yəqin MIRT VURURLAR… 1787898386_0ab81f23f487a7c53b75eda602744d1c_untitled-1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ… – yəqin MIRT VURURLAR…

admin 28.08.2026
“Landau School”un xadimə vakansiyası üçün paylaşdığı elan müzakirələrə səbəb olub. Elanda xadimənin övladlarının məktəbdə təhsil aldığı halda...
DAVAMI Read more about “Landau School”un camaatla XADİMƏ MƏZƏSİ… – yəqin MIRT VURURLAR…
Yusif Ələsgərovsayağı qohumbazlıq… – İTTİHAM VAR… 1787893963_1787828878_whatsapp-mage-2026-08-27-at-14_00_37-1-1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yusif Ələsgərovsayağı qohumbazlıq… – İTTİHAM VAR…

admin 28.08.2026
Abşeronun su təsərrüfatı ilə bağlı ciddi suallar doğuran kadr siyasəti barədə səslənən iddialar araşdırılmağa ehtiyac duyur. Söhbət...
DAVAMI Read more about Yusif Ələsgərovsayağı qohumbazlıq… – İTTİHAM VAR…
ABŞ Venesueladan mineral xammal tədarükünə qoyulan məhdudiyyətləri yumşaldıb 11
  • DÜNYA

ABŞ Venesueladan mineral xammal tədarükünə qoyulan məhdudiyyətləri yumşaldıb

admin 28.08.2026
ABŞ Venesueladan mineral xammalın tədarükü ilə bağlı əməliyyatlara icazə verən baş lisenziyanın qüvvədə olma müddətini uzadıb. Sənədə...
DAVAMI Read more about ABŞ Venesueladan mineral xammal tədarükünə qoyulan məhdudiyyətləri yumşaldıb
ABŞ Hörmüz boğazının minalardan tam təmizləndiyini açıqlayıb 22
  • DÜNYA

ABŞ Hörmüz boğazının minalardan tam təmizləndiyini açıqlayıb

admin 28.08.2026
ABŞ hərbçiləri Hörmüz boğazındakı bütün dəniz minalarını zərərsizləşdirib. “SEPAH tərəfindən bir neçə ay əvvəl körfəzdə beynəlxalq ticarət...
DAVAMI Read more about ABŞ Hörmüz boğazının minalardan tam təmizləndiyini açıqlayıb

Bütün yazılar

inshot_20260828_024917213_1787870975
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 28.08.2026
1787898386_0ab81f23f487a7c53b75eda602744d1c_untitled-1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ… – yəqin MIRT VURURLAR…

admin 28.08.2026
1787893963_1787828878_whatsapp-mage-2026-08-27-at-14_00_37-1-1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yusif Ələsgərovsayağı qohumbazlıq… – İTTİHAM VAR…

admin 28.08.2026
11
  • DÜNYA

ABŞ Venesueladan mineral xammal tədarükünə qoyulan məhdudiyyətləri yumşaldıb

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.