Skip to content
28.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
  • CƏMİYYƏT
  • ÖLKƏ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

admin 26.06.2026
1782397714_1
Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri etiraza qalxıb. İşçiləri bildirib ki, ştatsız işlədilir, bayram və tətil günlərində işə cəlb edilir, əlavə günlərin əməkhaqları isə ödənilmir.
Bu barədə Tribuna.az-a MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri bildirib. İşçilərin sözlərinə görə, onlar bayram günləri də işə cəlb edilir, ancaq bu günlərin ödənişi edilmir: “Burada kim nə işlə məşğuldur, kim nəçidir, bəlli deyil. Bir nəfərə 10 adamın işini gördürürlər. Kim hansı ştatdadır, məlum deyil. İşlədirlər, ancaq pulumuzu vermirlər. Bayram günləri və şənbə hamını işə çağırdılar. Ancaq o günlərin pulu hələ də ödənməyib. Mart ayındakı bayram günlərində, Qurban bayramı günlərində də hamımız işə çıxmışıq. Hamımıza bir kağıza da qol çəkdirdilər ki, guya biz öz istəyimizlə bayram günləri işləməyə razıyıq.
Hansısa ştatda çalışırıq, amma əmrimiz verilmir. Hər kəsin guya bir vəzifəsi var. Amma bu vəzifə, ştat rəsmi formada deyil. Bu qədər işçini ştatsız çalışdırıb, haqlarını da ödəmirlər”.
İşçilər bildirib ki, bir ildir ən aşağı maaşla əməkləri istismar edilir: “Anbarda nəsə əskik olsa, bunu işçinin ayağına yazırlar. Ancaq artıq olanda anbara qalır. Mal əziləndə, sınanda pulunu işçidən çıxırlar. MMC-nin bir anbarından digər anbarına artıq və ya əskik mal gedəndə işçini cərimələyirlər. Halbuki o mal itmir, sadəcə bir anbardan digərinə daşınır”. Narazı işçilər haqlarının ödənilməsini, ştatların açılmasını və əmrlərinin verilməsini tələb edir. Bəzi işçilər tələblərinin yerinə yetirilmədiyi təqdirdə aidiyyəti dövlət qurumlarına, məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, “Zeytun Pharmaceuticals” MMC dövlət satınalmalarında iştirak edən ən böyük şirkətlərdəndir. 2014-cü ilin oktyabrında yaranmış, Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur. O, keçmiş Səhiyyə nazirimərhum Oqtay Şirəliyevin qohumudur. Elə şirkətin də faktiki Oqtay Şirəliyevə məxsus olması barədə dəfələrlə mediada məlumatlar yayılsa da, təkzib olunmayıb. Oqtay Şirəliyev nazir olduğu dövrdə “Zeytun Pharmaceuticals” dövlət proqramları çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin təmini ilə məşğul olub. Büdcədə səhiyyə sahəsində nəzərdə tutulan proqramlar üzrə dərman və tibb ləvazimatların tədarükü üçün ən böyük tenderlər də məhz bu şirkətə həvalə edilib. Hətta koronavirus infeksiyasının aşkar edilməsində istifadə olunan spesifik diaqnostik testlərin alınmasını da bu şirkət həyata keçirirdi. Şirkətin qanuni təmsilçisi olan Şirəliyev Bəhruz Əvəz oğlu həm də “Rəvan” futbol klubunun keçmiş vitse-prezidentidir.
Eyni zamanda cumhuriyyet.az xatırladır ki, iki il öncə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən “ZEYTUN PHARMACEUTİCALS” MMC-yə məxsus 10-a yaxın aptekdə əməliyyat keçirilib və məsul şəxslər saxlanılıb. İlkin məlumata görə, “Zeytun”un Xəzər rayonu Binə qəsəbəsində yerləşən və Aslan adlı şəxsin idarə etdiyi, Nizami rayonu, Qarayev prospektində yerləşən və Arzu adlı şəxsin idarə etdiyi, Suraxanı qəsəbəsi, Samir Şərifov küçəsində yerləşən və Elvin adlı şəxsin idarə etdiyi, Sumqayıt şəhərində Dağlar adlı şəxsin idarə etdiyi “Dağlar” aptekdə əməliyyatlar keçirilib. Yuxarıda adları qeyd edilən şəxslər saxlanılaraq material formasında araşdırmalara başlanılıb. Həmin apteklərdə qanunsuz dərman satışı həyata keçirildiyi iddia olunub.
Qarşı tərəfi dinləməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakı Şəhər 1 saylı Əmlak İdarəsi və onun rəhbərinin fəaliyyəti ilə bağlı vətəndaşların ciddi və əsaslı narazılıqları artıq pik həddə çatıb.
Next: Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa… – FOTOFAKT

OXŞAR MÖVZULAR

1787826422_788385077_3486294258206406_4895382650243250223_n
  • CƏMİYYƏT

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 27.08.2026
1787827976_6a9012e526b696a90-v
  • CƏMİYYƏT

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

admin 27.08.2026
1787828388_kenan_samir_lqar
  • CƏMİYYƏT

İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?

admin 27.08.2026

XƏBƏR LENTİ

Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq ursula
  • DÜNYA

Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq

admin 27.08.2026
Avropa İttifaqı (Aİ) və Qrenlandiya Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sentyabrın 6-7-də adaya səfəri çərçivəsində...
DAVAMI Read more about Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO 1787826422_788385077_3486294258206406_4895382650243250223_n
  • CƏMİYYƏT

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 27.08.2026
Avqustun 26-sı, saat 18:00 radələrində Bakı şəhəri, Azadlıq prospekti 149 ünvanında yerləşən çayxanada insident baş verib. Məlumata görə,...
DAVAMI Read more about Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO
“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib 1787827976_6a9012e526b696a90-v
  • CƏMİYYƏT

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

admin 27.08.2026
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı...
DAVAMI Read more about “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır? 1787828388_kenan_samir_lqar
  • CƏMİYYƏT

İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?

admin 27.08.2026
Təhsil sistemində bəzi kadr təyinatları və idarəçilər arasındakı əvvəlki iş əlaqələri zaman-zaman diqqət çəkib. Xüsusilə eyni şirkətdə...
DAVAMI Read more about İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi 2e8e8f1267a3f20cddf793e7a6abe281
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi

admin 27.08.2026
Olqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə Ali Məhkəməyə 1000  manat maaş alması barədə arayış...
DAVAMI Read more about Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi

Bütün yazılar

ursula
  • DÜNYA

Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq

admin 27.08.2026
1787826422_788385077_3486294258206406_4895382650243250223_n
  • CƏMİYYƏT

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi – FOTO

admin 27.08.2026
1787827976_6a9012e526b696a90-v
  • CƏMİYYƏT

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

admin 27.08.2026
1787828388_kenan_samir_lqar
  • CƏMİYYƏT

İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi – Onları nə bağlayır?

admin 27.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.