Skip to content
09.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL… – Qrant qazanmağın daha bir yolu/FOTOLAR
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL… – Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30.04.2026
1777536918_ce3baaca-0cc2-4f5b-a61a-4ed33333b465

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrindəki seçimlərlə bağlı dəfələrlə ciddi faktları ortaya qoysaq da, nədənsə aidiyyəti hüquq-mühafizə orqanları bunları görməzdən gəlir. Dəfələrlə müxtəlif faktlar, nümunələr və şübhə doğuran məqamlar ictimaiyyətə təqdim edilsə də, aidiyyəti qurumların bu məsələlərə ya səssiz qalması, ya da formal reaksiyalarla kifayətlənməsi diqqətdən yayınmır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən rəsmi açıqlamalarda şəffaflıq, obyektiv seçim və bərabər imkanlar vurğulansa da, praktikada fərqli mənzərə ilə qarşılaşdığını iddia edənlərin sayı az deyil. Müsabiqə kriteriyalarının kağız üzərində qaldığı, real seçimlərin isə başqa amillərlə müəyyənləşdiyi barədə fikirlər getdikcə daha çox səslənir…
Bu istiqamətdə “Yenixeberorg.com”-a ötürülən nümunələrdən biri də SOCAR əməkdaşı İmaməddin Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Könüllülər” İctimai Birliyinin son illərdə ardıcıl şəkildə qrantlar qazanmasıdır.
Rəsmi məlumatlara görə:
2023-cü il: Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər – 7000 manat,
2024-cü il: Yaşıl könüllülər – 12000 manat,
2025-ci il: Yaşıl yollarla gələcəyə sağlam addımlar – 11000 manat,
2026-cı il: Könüllülər yol təhlükəsizliyinin təşviqində – 10000 manat.
Məbləğlərin artımı və layihə mövzularının bir-birinə yaxınlığı da suallar yaradır. Bu layihələrin real təsiri, ölçülə bilən nəticələri, davamlılığı və ictimai faydası barədə geniş və əlçatan hesabatlar varmı? Əgər varsa, niyə bu nəticələr görünmür?
Digər tərəfdən, yüksək vəzifədə çalışan və əsas işi başqa sahə olan bir şəxsin rəhbərlik etdiyi təşkilatın hər il ardıcıl şəkildə maliyyə dəstəyi alması da müzakirə mövzusudur. Bu, sadəcə peşəkar layihə yazmaq bacarığının nəticəsi deyil, birbaşa sistem daxilində müəyyən üstünlüklərin mövcudluğuna işarədir. Sənin harada və kiminlə işləməyin çox önəmlidir.
Əsas məsələ konkret bir təşkilat və ya şəxs deyil. Əsas məsələ sistemin özüdür. Əgər həqiqətən də seçimlər tam şəffaf və obyektivdirsə, o zaman qalib layihələrin detallı nəticələri ictimaiyyətə təqdim edilməli, müxtəlif qurumlarda işləyən şəxslərə məxsus təşkilatların ardıcıl qalib olmasının səbəbləri əsaslandırılmalıdır. Hətta yüksək vəzifəli digər şəxslərə məxsus QHT-lərin hər il ardıcıl qrant almasının səbəbləri izah olunmalıdır.
Əks halda, dövlət büdcəsindən ayrılan vəsaitlərin real ictimai təşəbbüslərə deyil, müəyyən çevrələr daxilində bölüşdürülməsi ilə bağlı şübhələr öz təsdiqini tapmış olur.
Qeyd: İmaməddin Quliyevin dünən SOCAR rəhbərliyi ilə birgə iştirak etdiyi tədbirdən fotosunu da təqdim edirik.

Yenixeberorg.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
Next: Həmkarların sanatoriyalarında nə baş verir? – Boş otaqlar, amma “yerimiz yoxdur” cavabları…

OXŞAR MÖVZULAR

1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
1783489228_1783481723_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub

admin 08.07.2026

XƏBƏR LENTİ

Müğənni Sevdanın səsi batdı 127bae86327651039a24aa6530d65a7e
  • ŞOU-BİZNES

Müğənni Sevdanın səsi batdı

admin 08.07.2026
Müğənni Sevda Əliqızının səsi batıb. Musavat.com xəbər verir ki, o, qonaq olduğu “Günə uğurla” verilişində bu barədə...
DAVAMI Read more about Müğənni Sevdanın səsi batdı
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO 1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib. Son aylarda ölkənin virtual məkanında “Ponzi”...
DAVAMI Read more about Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb 1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları üçün geyimlərinin satın alınması prosesinə start verib. Bununla bağlı elan edilmiş tenderin...
DAVAMI Read more about DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir 1783513146_1
  • CƏMİYYƏT

Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir

admin 08.07.2026
“Azay Möhnətov adlı “Böyük Güc” həqiqətən də bütün haqları, ədaləti, prinsipləri və ən əsası qanunları tapdalamaqda güc...
DAVAMI Read more about Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır. 1783513442_1
  • CƏMİYYƏT

AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır.

admin 08.07.2026
Sərnişinlər iddia edirlər ki, məqsəd sərnişin yerinə yük daşımaqla daha çox gəlir əldə etməkdir. Onların “Gündəlik Naxçıvan”a...
DAVAMI Read more about AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır.

Bütün yazılar

127bae86327651039a24aa6530d65a7e
  • ŞOU-BİZNES

Müğənni Sevdanın səsi batdı

admin 08.07.2026
1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
1783513146_1
  • CƏMİYYƏT

Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir

admin 08.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.