Skip to content
08.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
1783518030.vk

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib.

Son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb ediblər. Sxemə qoşulan şəxslərə isə müxtəlif məbləğlər müqabilində virtual qutular satılıb.

Onlara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan vədlər verilib. Vətəndaşların bu proses zamanı qazandıqları virtual maliyyə vəsaitləri “Any Unboxing” tətbiqində onlar üçün yaradılmış profil hesablarında əks olunsa da, reallıqda həmin gəlirlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb. Bundan başqa, platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonusların veriləcəyi də vəd olunub.

Bu yolla təxminən 300 nəfərdən artıq vətəndaş “Any Unboxing” onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Lee Kai Fatt, 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil edilib.

Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq R.Sivadass, A.Musayeva və S.Məmmədov saxlanılıb.

Adı çəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.

İş üzrə aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxslərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq gedişi zamanı zərərçəkmişlərin sayının və onlara dəymiş maddi ziyanın məbləğinin artacağı istisna olunmur.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Sivadass, A.Musayeva və S.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərinə, həmçinin “Any Unboxing” tipli saxta qazanc vəd edən onlayn tətbiqlərə inanmamağa çağırırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Next: Müğənni Sevdanın səsi batdı

OXŞAR MÖVZULAR

741427499_2091489204914100_5113365432315929871_n
  • ARAŞDIRMA

Xaçmazda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

admin 08.07.2026
24a83dff6348f46021e7bb7c2bcb7080
  • HADİSƏ
  • VİDEO

Taxılla dolu TIR belə yandı – Video

admin 08.07.2026
1783433108_mg-20260707-wa0028
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Quba–Xaçmaz RTİ-də mühüm kadr dəyişikliyi: Fikrət Heybətov vəzifəsindən azad edildi

admin 07.07.2026

XƏBƏR LENTİ

Müğənni Sevdanın səsi batdı 127bae86327651039a24aa6530d65a7e
  • ŞOU-BİZNES

Müğənni Sevdanın səsi batdı

admin 08.07.2026
Müğənni Sevda Əliqızının səsi batıb. Musavat.com xəbər verir ki, o, qonaq olduğu “Günə uğurla” verilişində bu barədə...
DAVAMI Read more about Müğənni Sevdanın səsi batdı
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO 1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib. Son aylarda ölkənin virtual məkanında “Ponzi”...
DAVAMI Read more about Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb 1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları üçün geyimlərinin satın alınması prosesinə start verib. Bununla bağlı elan edilmiş tenderin...
DAVAMI Read more about DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir 1783513146_1
  • CƏMİYYƏT

Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir

admin 08.07.2026
“Azay Möhnətov adlı “Böyük Güc” həqiqətən də bütün haqları, ədaləti, prinsipləri və ən əsası qanunları tapdalamaqda güc...
DAVAMI Read more about Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır. 1783513442_1
  • CƏMİYYƏT

AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır.

admin 08.07.2026
Sərnişinlər iddia edirlər ki, məqsəd sərnişin yerinə yük daşımaqla daha çox gəlir əldə etməkdir. Onların “Gündəlik Naxçıvan”a...
DAVAMI Read more about AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır.

Bütün yazılar

127bae86327651039a24aa6530d65a7e
  • ŞOU-BİZNES

Müğənni Sevdanın səsi batdı

admin 08.07.2026
1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
1783513146_1
  • CƏMİYYƏT

Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir

admin 08.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.