Skip to content
09.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Həmkarların sanatoriyalarında nə baş verir? – Boş otaqlar, amma “yerimiz yoxdur” cavabları…
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Həmkarların sanatoriyalarında nə baş verir? – Boş otaqlar, amma “yerimiz yoxdur” cavabları…

admin 30.04.2026
1777480506_2
Uzun illərdir dövlət müəssisələrində çalışan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü olan və əməkhaqqından 2 faiz üzvlük haqqı tutulan işçilərin sanatoriya və müalicə mərkəzlərində istirahət və müalicə imkanlarına çıxışı ciddi problem olaraq qalır.

Bu sahədə vəziyyət xüsusilə keçmiş AHİK sədri Səttar Möhbalıyevin 31 illik rəhbərliyi dövründə faktiki olaraq əlçatmaz hala gəlmişdi. 2024-cü ildə onun vəzifədən uzaqlaşdırılmasından sonra AHİK sədri postuna Sahib Məmmədov təyin olundu. Həmin dövrdən sonra aparılan təbliğat kampaniyalarında sanatoriyalara qəbul və müalicə prosesinin guya sistemləşdirildiyi, hətta online növbə sisteminin qurulduğu bildirilirdi.

Bizimesr.com-a daxil olan məlumatlara görə, AHİK tərəfindən “e-ahik.az” platforması vasitəsilə qeydiyyat və onlayn sistemin qurulmasına külli miqdarda vəsaitin xərcləndiyi iddia edilir. Bu sistem vasitəsilə vətəndaşlar AHİK balansında olan “Kurort” QSC-yə məxsus sanatoriya və müalicə mərkəzlərində illərdir ödədikləri üzvlük haqlarının qarşılığında xidmət almağa çalışırlar. Lakin prosesdə ciddi problemlərlə qarşılaşırlar və əgər mülicə mərkəzlərinə düşsələr daha böyük problemlər onları gözləyier.

Sistem… və sistemsizlik…

Araşdırmalara görə, “e-ahik.az” portalında qeydiyyatdan keçən vətəndaşlar çox vaxt “yer yoxdur” və ya “sistem problemi var” kimi cavablarla qarşılaşırlar. Halbuki, iddialara əsasən, “Kurort” QSC-yə məxsus sanatoriya və müalicə mərkəzlərində real vəziyyət tam fərqlidir və çoxlu sayda boş yerlərin mövcud olduğu bildirilir.

Məsələn, AHİK balansında olan və “Kurort naziri” Çingiz Hacıyevin nəzarətində olan “Buzovna” Fizioterapiya Mərkəzi filialında 90 müalicə yeri mövcuddur. Lakin burada müalicə alan xəstələr, həmçinin tibb personalı bildirir ki, real istifadədə olan çarpayı sayı adətən 40–50 nəfəri keçmir.

Digər yerlərin isə çox vaxt boş saxlandığı iddia olunur. Bu günə olan məlumata görə, “Buzovna” Fizioterapiya Mərkəzi filialında 90 yerdən cəmi 28 nəfər müalicə alır. Diğər çarpayılar isə boş. Bu hissədə aidiyyatı qurumların araşdırma predmeti olan məqamı yada salmaq lazımdır. Həqiqətəndə bu yerlər boşdur yoxsa, boş olduğu halda rəsmi sənədlərdə dolu göstərilir? Bu artıq başqa araşdırma predmetidir. əgər bülə bir hal varsa, bu həm də cinayətdir.. Bu iddiaların araşdırılması dövlət qurumlarının işidir.

Bu isə sual doğurur: əgər yerlər boşdursa, niyə vətəndaşlara “yer yoxdur” cavabı verilir?

Vətəndaşların şikayətləri və əlavə ödəniş iddiaları

“Buzovna” Fizioterapiya Mərkəzi filialında AHİK xətti ilə gələn, illərdir üzvlük haqqı ödəyən vətəndaşların ciddi çətinliklərlə üzləşdiyi bildirilir. Şikayətlərə görə, xəstələrə ayrılan otaqlardan tutmuş müalicə prosesinə qədər fərqli yanaşmalar tətbiq olunur. Ən ciddi iddialardan biri isə müalicə işləri şöbəsinin müdiri, “həkim” Reyhanə Hüseynova ilə bağlıdır. İddialara görə, xəstələrə əlavə ödənişli prosedurlar təyin edilir və mümkün qədər çox prosedurun yazılması üçün tibb işçilərinə göstəriş verilir. Bu əlavə ödənişlərin işçilər arasında bonus sistemi ilə bölüşdürüldüyü, lakin gəlirin böyük hissəsinin hara yönəldiyi barədə rəsmi subutlar yoxdur.

Sertifikasiya və nəzarət problemləri

Digər ciddi narahatlıq isə tibb personalının sertifikasiyası ilə bağlıdır. İddia olunur ki, “Kurort” QSC-yə məxsus sanatoriyalarda çalışan tibbi heyətin sertifikasiyadan keçib-keçmədiyi məsələsi şəffaf deyil və ciddi araşdırmaya ehtiyac var. İddialara görə, “Kurort” QSC-yə məxsus sanatoriyalarda çalışan tibbi heyət sertifikasiyadan keçməyib. Bu faktlar da TƏBİB və ya Səhiyyə Nazirliyi tərəfindən araşdırılmalıdır.

Beləliklə, “Buzovna” Fizioterapiya Mərkəzi filialında müalicə alan vətəndaşların şikayətləri göstərir ki, burada sistemli problemlər mövcuddur. Bu faktların toplanması, video və foto halına salınması prossesi davam edir və növbəti günlərdə şikayətçilərin, eləcə də, bu müəsssələrdə şərlənərək işdən çıxarılan, müalicədən narazı qalan şəxslərin müraciətləri dərc olunacaq.

P.S

Bu arada qeyd edək ki, Bizimesr.com -da “Buzovna” Fizioterapiya Mərkəzi filialında baş verən hadisələrin işıqlandırılmasından sonra filialın baş həkimi Nüşabə Əlişova təcili məzuniyyətə gedib. Bu mərkəzin idarəetməsi isə baş tibb qardaşı Fuad Baxşıyevə həvalə olunub. Amma maraqlıdır ki, “Buzovna” Fizioterapiya Mərkəzi filialının baş həkimin müavini olaraq İlhamə adlı xanım olduğu deyilir. Amma iddia olunur ki, İlhamə xanım az hallarda “Buzovna” Fizioterapiya Mərkəzi filialına gəlir, əsasən “Kurort” QSC-də olur.

Ardı var…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL… – Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Next: Prezident çempion olan güləşçiləri qəbul etdi – YENİLƏNDİ

OXŞAR MÖVZULAR

1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
1783489228_1783481723_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub

admin 08.07.2026

XƏBƏR LENTİ

Müğənni Sevdanın səsi batdı 127bae86327651039a24aa6530d65a7e
  • ŞOU-BİZNES

Müğənni Sevdanın səsi batdı

admin 08.07.2026
Müğənni Sevda Əliqızının səsi batıb. Musavat.com xəbər verir ki, o, qonaq olduğu “Günə uğurla” verilişində bu barədə...
DAVAMI Read more about Müğənni Sevdanın səsi batdı
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO 1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib. Son aylarda ölkənin virtual məkanında “Ponzi”...
DAVAMI Read more about Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb 1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları üçün geyimlərinin satın alınması prosesinə start verib. Bununla bağlı elan edilmiş tenderin...
DAVAMI Read more about DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir 1783513146_1
  • CƏMİYYƏT

Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir

admin 08.07.2026
“Azay Möhnətov adlı “Böyük Güc” həqiqətən də bütün haqları, ədaləti, prinsipləri və ən əsası qanunları tapdalamaqda güc...
DAVAMI Read more about Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır. 1783513442_1
  • CƏMİYYƏT

AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır.

admin 08.07.2026
Sərnişinlər iddia edirlər ki, məqsəd sərnişin yerinə yük daşımaqla daha çox gəlir əldə etməkdir. Onların “Gündəlik Naxçıvan”a...
DAVAMI Read more about AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır.

Bütün yazılar

127bae86327651039a24aa6530d65a7e
  • ŞOU-BİZNES

Müğənni Sevdanın səsi batdı

admin 08.07.2026
1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
1783513146_1
  • CƏMİYYƏT

Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir

admin 08.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.