Skip to content
09.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

admin 30.04.2026
1552459

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktının növbəti ildönümüdür.

Terror hadisəsindən 17 il ötür.

2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb.

2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.

Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Universitetin terror aktının törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü müxtəlif tədbirlərlə qeyd olunur.

Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünya birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam düşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirləri həyata keçirilməlidir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Next: SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL… – Qrant qazanmağın daha bir yolu/FOTOLAR

OXŞAR MÖVZULAR

1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
1783489228_1783481723_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub

admin 08.07.2026

XƏBƏR LENTİ

Müğənni Sevdanın səsi batdı 127bae86327651039a24aa6530d65a7e
  • ŞOU-BİZNES

Müğənni Sevdanın səsi batdı

admin 08.07.2026
Müğənni Sevda Əliqızının səsi batıb. Musavat.com xəbər verir ki, o, qonaq olduğu “Günə uğurla” verilişində bu barədə...
DAVAMI Read more about Müğənni Sevdanın səsi batdı
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO 1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib. Son aylarda ölkənin virtual məkanında “Ponzi”...
DAVAMI Read more about Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb 1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları üçün geyimlərinin satın alınması prosesinə start verib. Bununla bağlı elan edilmiş tenderin...
DAVAMI Read more about DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir 1783513146_1
  • CƏMİYYƏT

Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir

admin 08.07.2026
“Azay Möhnətov adlı “Böyük Güc” həqiqətən də bütün haqları, ədaləti, prinsipləri və ən əsası qanunları tapdalamaqda güc...
DAVAMI Read more about Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır. 1783513442_1
  • CƏMİYYƏT

AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır.

admin 08.07.2026
Sərnişinlər iddia edirlər ki, məqsəd sərnişin yerinə yük daşımaqla daha çox gəlir əldə etməkdir. Onların “Gündəlik Naxçıvan”a...
DAVAMI Read more about AZAL təyyarələri Bakıya boş yerlərlə uçur – Naxçıvanda isə kassalarda bilet tapılmır.

Bütün yazılar

127bae86327651039a24aa6530d65a7e
  • ŞOU-BİZNES

Müğənni Sevdanın səsi batdı

admin 08.07.2026
1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026
1783514968_tia_a5d1cf8802e05741af24744d743eeb54_zumwiyor8kvnb9fasj71-1024x683
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb

admin 08.07.2026
1783513146_1
  • CƏMİYYƏT

Azay Möhnətov adlı “Böyük Güc” – 5 ildir konpensasiyanı ödəmir

admin 08.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.