Skip to content
21.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir
  • CƏMİYYƏT

7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir

admin 20.02.2025
1740010650_1
Azərbaycanın ən tanınmış içməli su markalarından olan “Gədəbəy” və “Slavyanka” sularının istehsalı ilə məşğul olan “Gədəbəy Mineral Suları” MMC-nin külli-miqdarda vergi borcunun olması bu şirkətin idarəetməsində korrupsiya elementlərinin olması barədə ehtimalları artırır.

AzFakt.com-un əldə etdiyi məlumata görə artıq bir sıra aidiyyatı dövlət qurumları ölkənin ən iri su istehsalçılarından biri olan “Gədəbəy Mineral Suları” MMC-nin dövlətə milyonlarla vergi borcu olduğuna görə qısa zamanda ciddi araşdırmalara başlayacaq.

Ölkənin ən dilbər guşəsindən olan Gədəbəy rayonunun dağlarında mineral tərkibi zəngin olan bulaqları istismar edərək böyük vəsaitlər qazanan şirkətin hansı səbəbə görə vergi borcunu ödəməməsi iqtisadçı ekspertlər arasında da müzakirə mövzusuna çevrilib.

Əldə etdiyimiz məlumata görə “Gədəbəy Mineral Suları” MMC-nin 8 milyon manata yaxın vergi borcunun yaranmasına əsas səbəb bu şirkətin rəhbərliyinin uğursuz iş mexanizmi və müxtəlif məzmunlu büdcədən israf edilən xərclər olub.

Belə ki, şirkət rəhbərliyi büdcədən mal və avadanlıqların alınmasına, cari təmir işlərinə xərclənən vəsaitləri şişirdib.

Eyni zamanda “Gədəbəy” və “Slavyanka” sularının reklamına da büdcədən külli-miqdarda vəsaitin silindiyi bildirilir.

Məlumata görə “Gədəbəy Mineral Suları” MMC-nin vəsaitlərinin talan edilməsi 2021-ci ildən başlayıb.

Qeyd edək ki, “Gədəbəy Mineral Suları” MMC-yə müxtəlif dövlərdə ayrı-ayrı şəxslər rəhbərlik edib. Şirkətə 2011-ci ildən başlayaraq müxtəlif dövrlərdə Cabbarov Rasim Əmir oğlu, Vəliyev İntiqam Şahmalı oğlu, Əliyev İlham Paşa oğlu, Əhmədov Rövşən Nurəddin oğlu və Əlizadə Füzuli Camalxan oğlu rəhbərlik edib.

2021-ci ilin aprel ayının 22-də “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə Haqverdiyev Adil Fəxrəddin oğlu gətirilib.

2023-cü ilin oktyabr ayının 4-də şirkətin rəhbərliyində Haqverdiyev Adil Fəxrəddin oğlunu Fərzəliyev Ramil Calal oğlu əvəzləyib.

Ramil Fərzəliyev “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə gətiriləndən qısa zaman sonra Adil Haqverdiyev yenidən “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi olub.

Adil Haqverdiyev 2025-ci ilin əvvəlinə qədər bu vəzifədə çalışıb.

“Gədəbəy Mineral Suları” MMC-yə rəhbərlik etmiş digər şəxslərın hazırda hansı sahədə çalışdığı barədə məlumat əldə edə bilməsək də, 2021-ci ildən sonra şirkətə rəhbərlik edən Adil Haqverdiyevin hazırda “İstisu” şirkətinin rəhbəri olduğu deyilir.

Cari ilin əvvəlində Ramil Fərzəliyev yenidən “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə gətirilib. Müxtəlif illərdə şirkətə rəhbərlik etmiş hər iki şəxsin aidiyyatı qurumlarda sorğulanacağı vurğulanır.

Xatırladaq ki, “Gədəbəy Mineral Suları” MMC-nin hazırda dövlətə 7.678.035 manat vergi borcu var.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Məmurlar camaata ZÜLM VERİR-SABRABAD SAKİNLƏRİ ETİRAZ EDİR VİDEO
Next: “Azelekom” 9 milyonun yarısını maşınlarına xərcləyib: MMC-nin “Motor Clinik”lə qəribə tender anlaşması

OXŞAR MÖVZULAR

1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
1781869316_1
  • CƏMİYYƏT

6 aya 1.2 milyonluq maşın alan qurum, indi də onları təmirə dayandırıb

admin 19.06.2026
1781864923_8c6ww7evu7eeursu0pin
  • CƏMİYYƏT

Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi… – BUNA GÖRƏ…

admin 19.06.2026

XƏBƏR LENTİ

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR… Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti öz səlahiyyətinə aid olmayan işlərlə məşğuldur. Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən,...
DAVAMI Read more about Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…
“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi” c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
Bloger Aysel Şükürova zəhərlənərək xəstəxanaya yerləşdirilməsindən sonra ünvanına yazılan bəzi tənqidi şərhlərə sərt reaksiya verib. O, instaqram...
DAVAMI Read more about “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı,...
DAVAMI Read more about Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür. Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub.1934-cü...
DAVAMI Read more about Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
Futzal üzrə Azərbaycan millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Bu...
DAVAMI Read more about Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

Bütün yazılar

Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.