Skip to content
19.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür.

Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub.1934-cü ildə orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbində çilingər peşəsinə yiyələnsə də bu sənətin ardınca getməyib. Bariton səsi olan Ağababa bədii özfəaliyyət kollektivlərinə yazılıb. Dram dərnəyində aktyorluq fəaliyyəti göstərməklə yanaşı, müğənnilik də edib.

A.Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə 1938-1939-cu illərdə Moskvada Qnesinlər adına musiqi məktəbində təhsil alaraq 1940-cı ildə vətənə dönüb. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Opera studiyasında Xalq artisti K.Knijnikovun sinfində səs quruluşundan dərs alıb. Beləliklə, gənc müğənni əmək fəaliyyətinə Opera və Balet Teatrında başlayıb. Əvvəlcə studiyanın xor dəstəsində çıxış edib, bir müddət sonra isə teatrın solistləri arasında yerini tutub.

A.Bünyadzadə Opera və Balet Teatrında çalışdığı illər ərzində 60-dan çox məsul partiya ifa edib. Yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb.

Araşdırmalarda göstərilir ki, A.Bünyadzadənin Ü.Hacıbəylinin “Leyli və Məcnun”unda “Nofəl”, “Koroğlu”da “Həsən xan” və “Alı”, R.Qlierin “Şahsənəm”ində “Xan”, F.Qalevinin “Kardinal qızı”nda “Rudjiero” və digər operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı və səslə hərəkətin üzvi vəhdəti ilə seçilib. O, həmçinin “Şahvələd” (“Aşıq Qərib” – Z.Hacıbəyov), “Hökmdar” (“Nizami” – Ə.Bədəlbəyli), “Yavər” (“Azad” – C.Cahangirov), “Atakişi” (“Sevil” – F.Əmirov), “Ağalar bəy” (“Nərgiz” – M.Maqomayev), “Şeyx Nəsrullah” (“Ölülər” – V.Adıgözəlov), “Şapur” (“Xosrov və Şirin” – Niyazi), “Mərdan” (“Vətən” – Q.Qarayev və C.Hacıyev), “Fiqaro” (“Sevilya bərbəri” – C.Rossini) və digər partiyaların mükəmməl ifası ilə tamaşaçıların rəğbətini qazanıb.

A.Bünyadzadə 1967-ci ildə M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb və səhnə əsərində yaratdığı “Aslan şah” obrazı ilə ilk böyük uğurlarından birinə imza atıb. Ü.Hacıbəylinin “Koroğlu” operasında “Həsən xan” partiyası isə sənətkarın ən böyük səhnə uğuru hesab edilir.

O, Üzeyir bəyin şəxsiyyətini və onun zəngin yaradıcılığını yüksək qiymətləndirib, hər zaman minnətdarlıqla yada salıb. 1962-ci ildə mətbuatda dərc olunan “Ölməzlik” adlı məqaləsində A.Bünyadzadə dahi bəstəkar haqqında xatirələrində yazır:

“Üzeyir bəy daim yeni axtarışlar, tapıntılar sorağında idi. Belə “tapıntılar” arasında mən də var idim. Mən “Koroğlu” operasında ilk tamaşadan iştirak etmişəm, əvvəlcə xorun tərkibində, daha sonra carçı obrazında. Sonra düşündüm ki, “Həsən xan”ı hazırlayım. Buna görə də yavaş-yavaş obraz üzərində işləməyə başladım. Ariyaları hazırlayıb İsmayıl Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. İ.Hidayətzadə ifamı dinlədikdən sonra bəyəndiyini dedi. Biz Üzeyir bəyə sürpriz hazırlamaq fikrinə gəldik. Səhnədə gənc və yeni sima olan “Həsən xan”ı Üzeyir bəyə göstərmək məsuliyyət və sevinc idi. Tezliklə bu partiyanı mənə tapşırdılar və yaradıcılığımda ilk uğurlarımdan biri oldu”.

A.Bünyadzadə respublikanın hüdudlarından kənarda – Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Tbilisi və keçmiş SSRİ-nin digər şəhərlərində, habelə Bolqarıstan və Rumıniyada qastrol səfərlərində olub, mədəniyyətimizi layiqincə təmsil edib. Sofiya Opera Teatrında J.Bizenin “Karmen” operasında “Eskamilyo”nun partiyasını oxuyub. Teatr sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. 1943-cü ildə “Əməkdar artist”, 1955-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Görkəmli səhnə xadimi 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi
Next: Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

OXŞAR MÖVZULAR

flora
  • MƏDƏNİYYƏT

Xalq artisti Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdi

admin 17.06.2026
1781323638_1
  • MƏDƏNİYYƏT

“Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” – VİDEO

admin 13.06.2026
1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026

XƏBƏR LENTİ

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi” c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
Bloger Aysel Şükürova zəhərlənərək xəstəxanaya yerləşdirilməsindən sonra ünvanına yazılan bəzi tənqidi şərhlərə sərt reaksiya verib. O, instaqram...
DAVAMI Read more about “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı,...
DAVAMI Read more about Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür. Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub.1934-cü...
DAVAMI Read more about Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
Futzal üzrə Azərbaycan millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Bu...
DAVAMI Read more about Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi
“Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi 2024-09-27-t155257-z-1975291258-rc-229-aa-5-wpsz-rtrmadp-3-israel-palestinians-lebanon-1727455185
  • DÜNYA

“Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi

admin 19.06.2026
İsrail və “Hizbullah” Hərəkatı (Livan) atəşkəs barədə razılığa gəlib. Mənbə atəşkəsin bu gün qüvvəyə minəcəyini bildirib. Soztv.az
DAVAMI Read more about “Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi

Bütün yazılar

c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.