Skip to content
20.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
Naxçıvan-Nazirlər-Kabineti

Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti öz səlahiyyətinə aid olmayan işlərlə məşğuldur.

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, NK dövlət büdcəsindən maliyyələşən təşkilatlara təzyiq edərək, “Dövlət Satınalmarı haqqında Azərbaycan Respublikasının qanunu”nu heçə sayır, işlərin görülməsinə və müəssisələr üçün lazımi avadanlıqların və malların alınmasına qarşı gəlir.

Bu haqda redaksiyamıza danışan mənbə deyir ki, Nazirlər Kabinetində belə qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin başında hansı vəzifəni daşıdığı bəlli olmayan Tamir Yüsifov dayanır. Onlar dövlət müəssisələrinin satınalmasına aid predmetləri, yəni cihaz və avadanlıqların adlarını, texniki xüsusiyyətlərini, paremetrlərini, ən əsası da tenderə çıxarılana qədər heç kimin görməməsi lazım olan şərtlər toplusunu tələb edərək, mənimsəyirlər. Bunun da əsl səbəbi özləri tərəfindən yaradılan, ancaq təsisçisi və ya icraçı direktoru başqa şəxslər olan, təchizatçı kimi fəaliyyət göstərən şirkətlərə yuxarıda göstərilən sənədləri təqdim edib, əvvəlcədən qiymət alıb, şərtlər toplusunu qəlizləşdirərək, dövlət büdcəsini talamaqdır.

Mənbə, bu şəbəkəyə məxsus çoxsaylı şirkətlərdən ikisinin – “AGAT GROUP” MMC və “PROFİ TOOLS” MMC-nin adını da açıqlayıb.

“Qanunda Nazirlər Kabinetinin belə səlahiyyəti olduğunu təsdiq edən sənəd olmadığı təqdirdə, dövlət müəssisələrinin iş mexanizmi və işlərinin ləngiməsinə səbəb olurlar. Dövlət müəssisələrindən aldıqları cihaz haqqında məlumatları, yəni malları satışı həyata keçirən xarici şirkətlərdə əvvəlcədən stoklayaraq, satınalma prosesində yaradılmış şəffaf mühiti kobud şəkildə pozurlar. Öz istədikləri şirkətləri qalib etmək üçün şərtlər toplusunu məhz öz şirkətlərinə uyğun hazırlayaraq, dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə göndərib, satınalmanın onların istədikləri kimi təşkil olunmasını tələb edirlər. Buna səbəb kimi, “biz dövlət büdcəsinin qənaətcil və səmərəli şəkildə xərclənməsini istəyirik” deyirlər”, – mənbə vurğulayır.

Məlumata əsasən, dəfələrlə dövlət müəssisələrinin şikayət etmələrinə baxmayaraq, sözügedən şəbəkə heç kimə məhəl qoymadan, öz qanunsuz əməllərini davam etdirməkdədir. Yəni Ali orqanın təmsilçiləri dövlətin mənafeyini zədələyərək, öz şəxsi mənafelərini (şəxsi qazanclarını – red.) ondan üstün tutub, özbaşınalıq edirlər.

“Nazirlər Kabinetinin işçisi Tamir Yüsifov Naxçıvana hansı məqsədlə gətirilib və nazirlikdə vəzifəsinin nə olduğu da bəlli deyil. Belə ki, otaqların girəcəklərində hər bir şöbənin və ya sektorun ümumi adı qeyd edilsə də, adıçəkilən şəxsin otağının girəcəyində heç bir məlumat lövhəsi asılmayıb və vəzifəsi qeyd edilməyib”, – deyə mənbə bildirir.
Tamir Yüsifov

O da vurğulanır ki, son zamanlar tenderlə bağlı qalmaqal çıxdıqdan sonra Tamir Yüsifov dövlət müəssisələrinin satınalma üzrə səlahiyyətli şəxslərini dəvət edərək, onlara bir sıra tapşırıqlar verib. Məsələn, heç bir halda elektron yazışma aparılmaması haqda göstəriş verilib: “Əlavə olaraqda qeyd edə bilərik ki, “Əlibaba və qırx quldur” nağılına uyğun olaraq, baş nazirin tapşırığına əsasən, ştatda olmayan digər dövlət müəssisələrindən kadrları cəlb edərək, satınalmada tam nəzarəti mənimsəmək məqsədilə onların gələcək karyeraları ilə də oynyırlar.

Satınalma üzrə ayrıca onu da bildirək ki, Nazirlər Kabinetindən müəssisələrə etiraz əlaməti olaraq, səlahiyyətli nümayəndəliyin adını çəkməklə, tenderə icazə verilmədiyini qeyd edirlər. Bu və bunun kimi halların qarşısın almaq üçün müvafiq dövlət orqanları tərəfindən ciddi addımlar atılmalı və dövlətin adına qara ləkə yaxacaq bu adamları bu cür yüksək səviyyəli orqanlardan uzaqlaşdırmaq lazımdır”.

Hurriyyet.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

OXŞAR MÖVZULAR

1781861193_screenshot-2026-06-19-132440
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

admin 19.06.2026
1781858425_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Rayon rəhbərliyi xidmət etməlidir, sahiblik yox! – Sabunçuda qanunsuzluq

admin 19.06.2026
1781841421_1 (1)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

BDU tələbələri niyə etiraz edir? – İDDİA

admin 19.06.2026

XƏBƏR LENTİ

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR… Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti öz səlahiyyətinə aid olmayan işlərlə məşğuldur. Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən,...
DAVAMI Read more about Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…
“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi” c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
Bloger Aysel Şükürova zəhərlənərək xəstəxanaya yerləşdirilməsindən sonra ünvanına yazılan bəzi tənqidi şərhlərə sərt reaksiya verib. O, instaqram...
DAVAMI Read more about “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı,...
DAVAMI Read more about Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür. Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub.1934-cü...
DAVAMI Read more about Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
Futzal üzrə Azərbaycan millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Bu...
DAVAMI Read more about Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

Bütün yazılar

Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.