Skip to content
19.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
1781875762_screenshot-2026-06-19-172744

Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı, ölkənin dayanıqlı və etibarlı maliyyə sistemidir.

Bu barədə “Report”un sualına cavab olaraq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 51-ci illik toplantılarının yekun mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, illik toplantılar çərçivəsində dövlətin iqtisadi və investisiya imkanlarının ətraflı təqdim olunduğu “Azərbaycanın investisiya perspektivləri” sessiyası təşkil edilib.

“Bu imkanlar milli iqtisadi prioritetlərə dair sənədlərimizdə öz əksini tapıb. Məlum olduğu kimi, biz əsas diqqəti iqtisadi artımın və son 5-6 il ərzində əsl artım mühərrikinə çevrilmiş Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafının stimullaşdırılmasına yönəldirik.

Konkret istiqamətlər, imkanlar və prioritetlər arasında qeyri-neft istehsalı, dağ-mədən sənayesi və kritik əhəmiyyətli xammal hasilatı, aqrar sektor, eləcə də kənd təsərrüfatı məhsullarının emalı yer alır. Təbii ki, həm Azərbaycanın təbii coğrafi yerləşməsini, həm də nəqliyyat infrastrukturunun inkişafına gələcək kapital qoyuluşları ilə bağlı ardıcıl siyasətimizi nəzərə alsaq, bura nəqliyyat və logistika da aiddir”, – M.Cabbarov vurğulayıb.

Nazir həmçinin turizm sahəsinə diqqət çəkərək, bu tədbirin keçirilməsinin özlüyündə ölkənin turizm potensialını əyani şəkildə nümayiş etdirdiyini və üzə çıxardığını qeyd edib.

“Həmçinin qeyd etmək lazımdır ki, bərpa olunan enerji mənbələri və maliyyə xidmətləri sahəsi, eləcə də iqtisadiyyatın rəqəmsal transformasiyası bir növ üfüqi istiqamətlər olaraq qalmaqdadır. Mənim fikrimcə, Azərbaycanın əsas investisiya cəlbediciliyi – siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi yerləşməsindən əlavə – dayanıqlı və etibarlı maliyyə sistemindən ibarətdir. Bu, dövlət borcunun son dərəcə aşağı səviyyəsində, qızıl-valyuta ehtiyatlarının olduqca əhəmiyyətli və sabit həcmində, həmçinin beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin investisiya cəlbediciliyinin tanınmasında özünü göstərir. Bütün bu məlumatlar iştirakçılara, investorlara və beynəlxalq maliyyə institutlarına təqdim edilib.

Hesab edirəm ki, özəl sektor, xüsusilə də Azərbaycan şirkətləri bu imkanları təqdim edərkən mükəmməl iş görüblər”, – M.Cabbarov əlavə edib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
Next: “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

OXŞAR MÖVZULAR

1781869316_1
  • CƏMİYYƏT

6 aya 1.2 milyonluq maşın alan qurum, indi də onları təmirə dayandırıb

admin 19.06.2026
1781864923_8c6ww7evu7eeursu0pin
  • CƏMİYYƏT

Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi… – BUNA GÖRƏ…

admin 19.06.2026
1781859428_screenshot-2026-06-19-125532
  • ÖLKƏ

Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

admin 19.06.2026

XƏBƏR LENTİ

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi” c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
Bloger Aysel Şükürova zəhərlənərək xəstəxanaya yerləşdirilməsindən sonra ünvanına yazılan bəzi tənqidi şərhlərə sərt reaksiya verib. O, instaqram...
DAVAMI Read more about “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı,...
DAVAMI Read more about Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür. Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub.1934-cü...
DAVAMI Read more about Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
Futzal üzrə Azərbaycan millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Bu...
DAVAMI Read more about Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi
“Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi 2024-09-27-t155257-z-1975291258-rc-229-aa-5-wpsz-rtrmadp-3-israel-palestinians-lebanon-1727455185
  • DÜNYA

“Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi

admin 19.06.2026
İsrail və “Hizbullah” Hərəkatı (Livan) atəşkəs barədə razılığa gəlib. Mənbə atəşkəsin bu gün qüvvəyə minəcəyini bildirib. Soztv.az
DAVAMI Read more about “Reuters”: İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəldi

Bütün yazılar

c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.