Skip to content
21.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Oğuz meşələrinə ELƏ VALEH OLUB Kİ… – MÜRACİƏT
  • BAXIŞ BUCAĞI

Oğuz meşələrinə ELƏ VALEH OLUB Kİ… – MÜRACİƏT

admin 20.02.2025
1740028555_1
Oğuz şəhəri yeni massiv sakini Əbdülxalıqov Hamil Ələddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də “DİA-AZ”a ünvanlanan müraciətdə deyilir:

“Ekologiya və Təbii Sərvətlər nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu üzrə mühəndis vəzifəsini icra edən Məmmədov Valeh Yaqub oğlunun son illərdə müxtəlif vəzifələrdə işlədiyi müddətlərdə ETSN-də və Meşələrin İnkişafı Xidmətində vəzifələrdə olan havadarlarının sayəsində törətdiyi ekoloji cinayətlərə və vəzifə səlahiyyətlrindən süi-istifadə etməklə qanunsuz əməllər törətməklə dövlət meşə fonduna indiyədək vurduğu külli miqdarda ziyanların qarşısının alınması üçün Sizlərə müraciət etmək zorunda qalıram. Belə ki, Valeh bu günədək düz-əməlli yazıb oxumağı bacarmadığına görə, heç bir dövlət qeydiyyatından keçməmiş və heç bir lisenziyası olmayan özəl ali məktəbvlərin birində faktiki tələbə olmadan pul müqabilində adını yazdırmaqla saxta hüquqşünas diplomu almışdır. Ancaq həmin diplom saxta olduğuna görə qanunla heç bir yerdə tanınmayıb. Ona görə də bu diplomu 2020-ci ilədək hansı idarə və ya müəsisəyə işə girmək üçün aparıbsa diplom saxta olduğuna görə işə götürməyiblər. Ona görə də Valehi ETSN-də həmyerlisi olan və hazırda da Meşələrin İnkişafı Xidməti rəisi vəzifəsində işləyən Ramik Əşrəfov və ETSN 8 saylı Ekologiya İdarəsinin müdiri olan qardaşı Akif Məmmədovun himayədarlığı sayəsində 5 il ncə 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 09 saylı meşəsinə gözətçi təyin etmişlər. O da qanunsuz olaraq sənaye əhəmiyyətli işlik yararlı müxtəlif cinsli və diametrli kök üstə yaş ağacları kütləvi şəkildə kısdirib ekoloji cinayət törətmişdir. Bu cinayətin qarşısının alınması üçün 15 saylı RMTM-nin əməkdaşları tərəfindən müdaxilə edilən zaman Ramik Əşrəfov və Akif Məmmədov tərəfindən təzyiqlərə məruz qalaraq ya susdurulardı, ya da hər hansı bir bəhanə ilə işdən azad olunurdu. Məslən, 30 aprel 2020-ci ildə 15 saylı RMTM-nin bir qrup əməkdaşları 19 ədəd iri diametrli işlik materialı -200 kub m həcmdə ağacları , yəni, ümumilikdə 45000 manat ziyanlıq hesablanmış ağacları kəsdirib aparıldığı aşkar edilmişdir. Yoxlama komissiyası 9 saylı meşədə Valeh tərəfindən vurulmuş ziyanlıq barədə həmin gün akt tərtib edərək rəhbərliyə vermişlər. Təqdim edilmiş akt 05.05.2020-ci il tarixində 15 saylı RMTM-nin kitabında 126 N ilə qeydə alınıb. Bu yoxlamadan sonra ETSN ə edilmiş şikayət əsasında 07 saylı Ekologiya İdarəsi əməkdaşları V. Məmmədovun gözətçi olmuş 9 saylı meşədə yoxlama təhvili zamanı yenə də müxtəlif cinsli və iri diametrli kök üstə yaş ağacların kütləvi qaydada kəsildiyini aşkar etmişlər. Beləliklə, iki təşkilatın apardığı yoxlama zamanı Valehin meşə fonduna vurduğu ziyanın ümumi məbləği 100 min manata qədər olmuşdur. Və məndə olan dəqiq məlumatlara görə yoxlama zamanı tərtib edilmiş və hesablanmış ziyan məbvləğlərin hesablama cədvəli sonradan saxtakarlıq edilərək dəyişdirilmişdir. Bunlara baxmayaraq Valehin havadarları ilə o 2021-ci ilin əvvəlində yazmaq və oxumağı bacarmadığı nəzərə alınmadan daha yüksək vəzifəyə- Xaçmaz meşəbəylinə təyin edilmişdir. Burada işlədiyi dövrdə bütün akt, protokol, naryad, aylıq və illik hesabatları 15 saylı RMTM-nin əməkdaşları olan Arzu Qocayev və Elşad Qafarov pul müqabilində onun əvəzinə yazmışlar. Bundan sonra isə daha yüksək vəzifə olan Oğuz rayonu üzrə meşə mühəndisi vəzifəsinə təyin edilmişdir. Və eyni zamanda Xaçmaz meşəbəyliyi də ona həvalə edilmişdir. O burada Xaçmaz-qışlaq kənd ərazisindəki bələdiyyə mülkiyyətində olan tarla qoruyucu zolaqdan işlik materialları yayarlı külli-miqdarda yaş ağacları kəsdirib Qəbələdəki ağac emalı sexlərinə satmışdır. Oğuz rayon hüquq-mühafizə orqnları həmin qanunsuzluqları araşdıran zaman bütün ağacların Valehin rəhbərliyilə kəsildiyi müəyyən edilmişdir. Ona görə də Oğuz rayon Prokurorluğunda onun barəsində cinayət işi başlanmış və istintaq aparılmışdır. Bu müddətdə V.Məmmədov vəzifəsindən kənarlaşdırılmışdır. V.Məmmədov ağac kəsməklə Xaçmaz bələdiyyəsinə 44 min manat ziyan vurmuşdur.

2024-cü ilin oktyabrın əvvəlində 15 saylı RMTM-nin direktor müavini Elmdar Mahmudov, Elşad Qafarov və meşə gözətçisi Sərdar Seydəliyev direktorun əmrilə Xaşmaz meşəbəylinin 2 saylı meşə dolayında təhvil –təslim yoxlaması zamanı ərazidə yoxlama dövründən 4-5 ay əvvələ təsadüf edən kütləvi qaydada kəsilmiş ağacları aşkar etmişlər. Və kötüklərin üzərində V.Məmmədova təhkim edilmiş N-102 damğası ilə damğalandığı aşkar edilmişdir. Yoxlama zamanı o da məlum olmuşdur ki, həmin kəsilmiş ağaclaı damğalanması qeydiyyatdan gizlədilmişdir. Buna görə də akt tərtib edilmişdir. Və bu saxta işinə görə V.Məmmədova akt tərtib edilərək 7000 manat cərimə hesablanıb qeydə alınmışdır. Lakin bu cərimə də Valehin havadarları olan R.Əşrəfov və Akif Məmmədovun müdaxiləsindən sonra yenə də gizlədilmişdir. Beləliklə, Valeh Məmmədov işlədiyi son 4 il ərzində dövlət meşə fonduna vurduğu ziyanın məbləği 200 min manata çatır. Bunlar təkcə akt və protokollarda rəsmiləşdirilmiş ziyanlardır.

Heç bir faktiki savada malik olmayan ETSN vəzifəli işçiləri olmuş Akif və Valeh qardaşları yaşadıqları Xaçmaz-qışlaq kəndində vaxtilə meşə ilə örtülü ərazini özlərinə məxsus texnikalarla 10 ha ərazini kürütdürməklə özləri üçün balıq gölü ( təsərüfatı) və mal-qara ferması tikiblər. Hansı ki, həmin ərazilər dövlət meşə fonduna aiddir. Bu qardaşlar eyni zamanda Xaçmaz meşəbəyliyinin 11 saylı meşə dolayı ərazisində meşə ilə örtülü ərazini Oğuz rayonun Mollalı kənd sakini Məmmədov Rauf Qalib oğluna pul müqabilində satıblar. Rauf da həmin meşəliyi traktorla kürüdərək özü üçün təsəsrrüfat yaradıb.

Sizlərdən xahiş edirəm ki, Valeh Məmmədovun diplomunnun saxtalığını və meşə fonduna vurduğu ziyanlıqları gizlədənlər haqqında araşdırmalar apararaq ölçü götürülməsinə göstəriş verəsiniz”.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bərdədə işıqsız qalan məktəb bağlanıb – başçı və nazirlik mürgüləyir… VIDEO
Next: Məmurlar camaata ZÜLM VERİR-SABRABAD SAKİNLƏRİ ETİRAZ EDİR VİDEO

OXŞAR MÖVZULAR

Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
1781858425_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Rayon rəhbərliyi xidmət etməlidir, sahiblik yox! – Sabunçuda qanunsuzluq

admin 19.06.2026
1781841421_1 (1)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

BDU tələbələri niyə etiraz edir? – İDDİA

admin 19.06.2026

XƏBƏR LENTİ

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR… Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti öz səlahiyyətinə aid olmayan işlərlə məşğuldur. Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən,...
DAVAMI Read more about Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…
“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi” c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
Bloger Aysel Şükürova zəhərlənərək xəstəxanaya yerləşdirilməsindən sonra ünvanına yazılan bəzi tənqidi şərhlərə sərt reaksiya verib. O, instaqram...
DAVAMI Read more about “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı,...
DAVAMI Read more about Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür. Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub.1934-cü...
DAVAMI Read more about Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
Futzal üzrə Azərbaycan millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Bu...
DAVAMI Read more about Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

Bütün yazılar

Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.