Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Prezident Ağdamda regional kompleksin açılışında iştirak edib
  • GÜNDƏM
  • SİYASƏT

Prezident Ağdamda regional kompleksin açılışında iştirak edib

admin 18.02.2025
G3AEuYvGT5ZzAFKIrTnDd93nLZtz23k2dtruUYIQ_1200

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq” ASC tərəfindən genişmiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edilib. Bu məntəqələr güc mərkəzləri olaraq, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək. Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa ediləcək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 2-də təməli qoyulan bu Regional Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.

Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0.4 kilovoltluq iki güc transformatoru, 35 və 0.4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib.

Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlığına nəzarət təmin olunacaq. Eyni zamanda, burada mühəndis-texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.

Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpa olunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcək. Kompleksdəki tədris zalı 35/0.4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0.4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələrinin perspektiv inkişafı və üstünlüklərini əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub.

Həmçinin Kompleksdə xüsusi dayaqlarda şəbəkədə istifadə olunan element və ləvazimatlar nümayiş etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (Günəş və külək enerji qurğuları) tətbiqinə dair model yaradılıb. Bu modelin həm işçi heyətin, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda, elektroenergetika sahəsində qazanılmış tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları), təhlükəsizlik texnikası və idarəetmə plakatları nümayiş olunur.

 

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Öləndən sonra yadlarına düşəcək ki, belə sənətçi olub…”
Next: İlham Əliyev Ağdam rayonuna səfər edib, “Hilton Garden İnn” hotelində tikinti işləri ilə tanış olub

OXŞAR MÖVZULAR

d0ef03124f61a34cef6af35c99a49b5a
  • ARAŞDIRMA
  • GÜNDƏM

“Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir

admin 09.06.2026
media-gg-71zote
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

77-EU-011 nömrəli “Galenvagen”in sürücüsü: Yaxşı edib üstünə sürürəm…

admin 09.06.2026
1780930581_1780906537_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

admin 08.06.2026

XƏBƏR LENTİ

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib 1781018991_screenshot_20260609_192426_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

admin 09.06.2026
Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib. Bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb. Bildirilib ki, müvəqqəti olaraq...
DAVAMI Read more about Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib
Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA 1781014250_screenshot_20260609_175956_com_android_chrome_chrometabbedactivity
  • ÖLKƏ

Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA

admin 09.06.2026
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra qurumda genişmiqyaslı yoxlamalar davam etdirilir....
DAVAMI Read more about Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA
Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı 598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb. Bu barədə “Qafqazinfo”ya onun vəkili Yaqub...
DAVAMI Read more about Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT whatsapp_image_2026-06-09_at_15.32.01
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
Bakının Səbail rayonunda hәkim-ginekoloq Günel Nəcəfovanın xidməti otağından oğurluqda ittiham olunan Arif Əliyevin məhkəməsi başa çatıb. 1968-ci...
DAVAMI Read more about Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT
“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib? 1781011008_screenshot_20260609_170600_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

admin 09.06.2026
Binəqədi rayonu ərazisində qanunsuz tikinti işləri davam etdirilir. Bu barədə XALQ-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən...
DAVAMI Read more about “Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

Bütün yazılar

1781018991_screenshot_20260609_192426_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

admin 09.06.2026
1781014250_screenshot_20260609_175956_com_android_chrome_chrometabbedactivity
  • ÖLKƏ

Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA

admin 09.06.2026
598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
whatsapp_image_2026-06-09_at_15.32.01
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.