Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

admin 08.06.2026
media-90-uyt2g9

Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işçilərdən təmir məqsədilə pul toplandığı iddia olunur.

media-800

XALQ-ın əldə etdiyi məlumata görə, stansiya əməkdaşlarının yer aldığı mesajlaşma qrupunda paylaşılan yazıda həkimlər və tibb bacılarından təmir işləri ilə əlaqədar ödəniş etmələri istənilib.

Mesajda bildirilir: “Əziz həkimlər və tibb bacıları, keçən aydan kimlər ödəniş etməyib özləri bilir. Təmirlə əlaqədar bu ayın ödənişini zəhmət olmasa göndərin. Həm Kapital Bank, həm də ABB kartı var. Ödənişi etdikdən sonra çekinizi göndərin. Təmirlə bağlı ödənişlər var, ödənməlidir”.

İddialara görə, stansiyada çalışan hər bir əməkdaşdan təmir adı altında 10 manat vəsait toplanıb. Məlumatda qeyd olunur ki, vəsaitlərin stansiyanın müdiri Bünyad Haqverdiyevin və ya onun köməkçisi olduğu bildirilən Fərqanə Gülbalayevanın bank kartlarına köçürülməsi tələb edilib.

media-83

media-877

Mənbələrin bildirdiyinə görə, stansiyada çalışan əməkdaşların sayını nəzərə aldıqda, aylıq toplanan vəsaitin minlərlə manat təşkil etdiyi ehtimal olunur.

media-879

 

Həmçinin Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Bünyad Haqverdiyev həkimlərdən, tibb baçılarından, sürücülərdən və digər personaldan müxtəlif məbləğlərdə pul alınması üçün müyyən prosesler həyata keçirildiyi iddia olunur və bununla bağlı qəbzlərdə mövcuddur.( bir qəbzi təqdim edirik)

media-37

 

Məsələ ilə bağlı Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Bünyad Haqverdiyev bildirib ki, işçilərdən təmir üçün pul yığılması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

media-90

Mən həkimlərdən  və tibb bacılarından aylıq pul yığmıram borc vermişəm, sonradan həmin borclar geri qaytarılıb.

Təmirlə bağlı hər hansı pul yığımı olmayıb. Əksinə, təmir işlərinə özüm 2 min manatdan çox vəsait xərcləmişəm”, – deyə o bildirib.

Lakin redaksiyaya təqdim olunan mesajın məzmununda “təmirlə əlaqədar ödəniş”, “ödəniş etməyənlər”, “çeklərin göndərilməsi” kimi ifadələrin yer alması müəyyən suallar yaradır. Əgər söhbət əməkdaşlara verilmiş şəxsi borcların qaytarılmasından gedirsə, həmin mesajda niyə məhz təmir işlərinə istinad olunur?

Digər mühüm məqam isə dövlət tibb müəssisələrinin təmiri ilə bağlıdır. Tibb müəssisələrinin saxlanılması, cari və əsaslı təmir işlərinin hansı mənbələr hesabına həyata keçirildiyi, bu məqsədlə ayrılan vəsaitlərin yetərli olub-olmaması və əməkdaşlardan hər hansı ödəniş tələb edilməsinin qanunauyğunluğu araşdırılmalı məsələlərdir.

Mövzu ilə bağlı aidiyyatı qurumların mövqeyinə ehtiyac var. Qurumların məsələni araşdıraraq ictimaiyyətə aydın məlumat verməsi həm yaranmış sualların cavablandırılması, həm də  işçilərinin narahatlığının aradan qaldırılması baxımından vacib görünür.

Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ruslan Quliyev vəfat etdi
Next: Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.