Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?

admin 08.06.2026
WhatsApp Image 2026-06-08 at 20.04.01

Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 10-cu Qaraçuxur küçəsində aparılan tikinti işləri ərazi sakinlərinin diqqətini cəlb edib. Redaksiyamıza daxil olan görüntülərdə tikinti meydançasında qanunvericiliyin tələb etdiyi məlumat lövhəsinin yerləşdirilmədiyi görünür.

Müşahidələrə əsasən, tikinti ərazisində layihənin adı, sifarişçi və podratçı təşkilat, tikintiyə verilmiş icazə sənədləri, eləcə də tikintinin təyinatı barədə məlumatların əks olunduğu lövhə görünmür. Bundan əlavə, ərazidə təhlükəsizlik tədbirlərinin hansı səviyyədə təşkil edilməsi də suallar yaradır.

Sakinlərin sözlərinə görə, vaxtilə həmin ərazidə yaşayış evi mövcud olub. Daha sonra tikili sökülərək yerində kommersiya təyinatlı obyektin inşasına başlanıldığı iddia edilir. İddialara görə, hazırda aparılan tikintinin hansı layihə əsasında həyata keçirildiyi və təyinatının nə olduğu barədə ictimaiyyətə aydın məlumat verilməyib.

Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, tikinti işləri zamanı məlumatlandırıcı lövhənin quraşdırılması, həmçinin təhlükəsizlik qaydalarına riayət olunması vacib şərtlərdən hesab olunur. Bu səbəbdən ərazidə aparılan işlərin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı suallar yaranır.

Qeyd edək ki, bu kimi hallarda aidiyyəti qurumlar adətən tikintinin müvafiq icazələr əsasında həyata keçirildiyini bildirirlər. Lakin vətəndaşları maraqlandıran əsas məqam yalnız icazənin olub-olmaması deyil, həm də həmin icazələrin ərazidə açıq şəkildə nümayiş etdirilməsi, təhlükəsizlik standartlarına riayət edilməsi və tikintinin təyinatı barədə şəffaf məlumatın təqdim olunmasıdır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, eləcə də aidiyyəti nəzarət qurumlarının mövqeyini öyrənməyə çalışacağıq.

Redaksiyamız qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…
Next: “Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

OXŞAR MÖVZULAR

1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026

XƏBƏR LENTİ

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir? 1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb....
DAVAMI Read more about “10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?
Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO 1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə...
DAVAMI Read more about Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO
ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib 1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı il iyunun 30-na 72,596 milyard ABŞ dolları (123,4 milyard...
DAVAMI Read more about ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib
“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT 1784869810_1
  • CƏMİYYƏT

“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT

admin 24.07.2026
Xocalı rayonunun Daşbulaq kəndində gördüyü işlərə görə ödənişini ala bilmədiyini iddia edən “NİHAD 2024” MMC-nin rəhbəri Hətəmov...
DAVAMI Read more about “Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR 1784882323_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

admin 24.07.2026
Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20...
DAVAMI Read more about Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

Bütün yazılar

1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026
1784869810_1
  • CƏMİYYƏT

“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.