Donald Tramp administrasiyası NATO müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini Çinin “Huawei” şirkətinin telekommunikasiya şəbəkələrindəki avadanlıqlarının və vacib infrastruktur obyektlərinin digər şirkətlərə məxsus məhsullarla dəyişdirilməsi prosesinə ayırmağa çağırıb.
Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamentinin Çin üzrə koordinatoru Coşua Yanq may ayında Brüsseldə keçirilən görüşdə NATO-nun müdafiə öhdəliklərindən əldə edilən vəsaitlərdən istifadə edərək “Huawei” avadanlıqlarını söküb digər təchizatçıların məhsulları ilə əvəz etməyi təklif edib.
“Bloomberg”in qeyd etdiyi kimi, Vaşinqton uzun müddətdir ki, “Huawei” və digər Çin istehsalçılarını milli təhlükəsizliyə təhdid hesab edir və onların avadanlıqlarını Amerika şəbəkələrindən kənarlaşdırır. Tramp administrasiyası müttəfiqlərini də oxşar tədbirlər görməyə çağırır.
