Skip to content
08.06.2025
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş…` – NARAZILIQ VAR…
  • CƏMİYYƏT

BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş…` – NARAZILIQ VAR…

admin 12.02.2025
1739362083_1
“Şikayətim “Bolt” sürücüsündəndir. Dünən bir hadisə başıma gəldi. Və, bunu burda yazıram ki, onun kimi sürücülər varsa, xahiş edirəm işləməyin. Sizə uyğun sahədə işləyin. Mən hər gün 2 yaşlı uşağı bağçadan götürüb evə gətirmək üçün “Bolt” taksidən istifadə edirəm. Ünvana gedib, geri qayitmaq ümumilikdə 15 dəq.ə vaxt aparır…”
“DİA-AZ” xəbər verir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Gülay Mirzəyeva adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: “Bolt 3.50 azn yazdığı halda həmişə bu məsafə üçün 5 azn ödəyirəm. Dünən yaşı 60-65 arası dayı sürücü gəlib. Məni bağçaya apardı. Maşından düşüb uşağın arxasıycan getdim. Uşaqları bağçadan götürən valideynlər bilir, bəzən uşaqlar hazır olmur, valideynin gəlməyini görəndən sonra uşağı geyindirirlər, valideynə təhvil verirlər. Və bu bir qədər zaman aparır. Mənim uşağı bagçadan götürməyim 3 dəq.vaxt aparıb. Bağçadan çıxanda (maşının dayandıgı yerə qədər təxminən 30 metr məsafə olar) uşağın əlindən tutub, maşına tərəf gəlirdim ki, sürücü 3-4 dəfə siqnal verib, əsəbi halda əllərini rula vurub, məni maşına çagırdı. Maşına əyləşib, soruşdum:
-Dayı, nəsə problem var?
– Mən sənin şəxsı sürücün deyiləmeee, məni gözlədirsən”
-Anlamadım, mən uşaq götürurəm bağçadan, gözləmək pulsuz deyil axı, gözləməyə görə, pul yazır, nə yazacaq onu ödəyəcəm
-Mən, o xidməti aktiv eləməmişəm. Mən niyə gözləməliyəm ki, uşagın əlindən tutub gələsən, götür uşağı qucagında gətir dəəə, mən xəstə adama…
-Xəstəsinizsə, narahatsınızsa, maşını saxlayın, mən düşürəm, buna görə başqalarının qanını qaraltmaq lazım deyil.
5 azn.i verdım, dedim, yolun yarısını gətirmisiniz, pulunuzu burdan çıxın.
– “Mənə sənin pulun lazim deyil, düş”
-” Mənə də sürücünün 2 azn sərf etdiyi yolun minnəti lazım deyil”
Maşını sürməyə davam elədi. Dedim, sız müştəriyə qarşı düzgün hərəkət eləmədiniz. Barmaq hərəkəti ilə hədələmək, tələsdirməyi mənim atam, və ya yoldaşım edə bilər. Mən nə sizin qızınız, nə də qohumunuz deyiləm ki, mənə belə hərəkət edəsiniz. Xəstəliyə gələndə, mənim də özümə görə öz xəstəliklərim, öz problemlərim olur. Amma, buna görə başqalarının qanını qaraltmaq doğru deyil.
– Sənin də uşağın əlindən tutub gəlməyin doğru deyil, adam uşağı qucağına alar, gətirər.
-Bəlkə, mənim nəsə problemim var, uşağı qucağıma ala bilmirəm, əlindən tutub gəlirəm? Nə qədər vaxt gözlədirəmsə onun da pulunu ödəyirəm.
– Qəpik, quruş?
– Qəpik, quruş dediyiniz məbləği mən təyin edirəm? Narazısınızsa mənə niyə? şirkətinizə, dövlətinizə etirazınızı bildirin. Mən, 3.50 azn məbləğ təyin olunan məsafəyə, sürücünün xeyri üçün 5 azn ödəyirəm. Əgər 15 dəq.ə vaxt sərf edib, 5 azn qazanmaq sizin üçün qəpik-quruşdursa, onda bu sahədə işləməyin. 2 ildir Boltdan sitifadə edirəm. Nadir halda narazıçılığım olub. Gənc sürücülərimiz olub ki, nəzakət qaydalarına riayiət edərək, heç bir problem olmadan, hətta, işdən çıxdıgım anda, əlimdə yüküm, körpə uşaqlı olduğumu görüb, maşının qapısını açıb, uşağı düşürməkdə kömək edənlər də olub. Özüm də, həmişə, sürücülərlə nəzakət qaydalarına uygun davranan biriyəm. Həmişə
“zəhmət olmasa saxlayın”, “zəhmət olmasa gözləyin” normal insani münasibət göstərmişəm. Bu hadisədən belə qənaətə gəlirəm ki, bəzi yaşlı insanlar səbirsiz olur və müştəri ilə düzgün davranış qaydalarına riayiət edə bilmir. Belə sürücülərdən xahiş edirəm, öz səbrinizə görə iş tapın, icazə verin, işi işləyə bilənlər işləsin…”

Soztv.Az
PAYLAŞIN:
Share

Continue Reading

Previous: Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Next: Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu

OXŞAR MÖVZULAR

aapak
  • CƏMİYYƏT

AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?

admin 05.06.2025
kelbece
  • CƏMİYYƏT

Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO

admin 05.06.2025
aem
  • CƏMİYYƏT

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb

admin 05.06.2025

SON YAZILAR

aapak
CƏMİYYƏT

AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?

admin
05.06.2025 0
kelbece
CƏMİYYƏT

Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO

admin
05.06.2025 0
aem
CƏMİYYƏT

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb

admin
05.06.2025 0
tu-95
DÜNYA

Rusiya panikada: sərhəddən təcili çıxarılır – Şok

admin
05.06.2025 0

Bütün yazılar

aapak
  • CƏMİYYƏT

AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?

admin 05.06.2025
kelbece
  • CƏMİYYƏT

Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO

admin 05.06.2025
aem
  • CƏMİYYƏT

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb

admin 05.06.2025
tu-95
  • DÜNYA

Rusiya panikada: sərhəddən təcili çıxarılır – Şok

admin 05.06.2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2024 © soztv.az All rights reserved. | MoreNews by AF themes.