Azərbaycanın tikinti materialları və kimya sənayesi sektorunda tanınmış nəhəng holdinqlərindən birinin və onun tərkibindəki zavodun dövlət büdcəsinə rəsmi olaraq astronomik məbləğdə vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, “NB Qrup” (NB Holdinq) ASC və onun tərkibində fəaliyyət göstərən, ölkənin ilk süni mərmər və qranit istehsalçısı kimi tanınan “NB SERAMİK” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsinə külli miqdarda borcu var.

Daxil olan məlumatlara əsasən, nizamnamə kapitalı rəqiblərinə nisbətən kifayət qədər böyük — tam 18931448.5 AZN təşkil edən “NB SERAMİK” MMC-nin hazırda dövlətə rəsmi olaraq 3 305 811.01 AZN vergi borcu üzə çıxıb. Hüquqi ünvanı Gəncə şəhəri, Azbarıt, ev 34Q olan və maliyyə ili 1 yanvar – 31 dekabr tarixlərini əhatə edən bu şirkətin qanuni təmsilçisi Telman Bairoevdir.
Lakin borc bataqlığı təkcə törəmə müəssisə ilə məhdudlaşmır.
32gun.az-ın əldə etdiyi digər şok məlumata görə, ana şirkət olan “NB QRUP” Açıq Səhmdar Cəmiyyətinin özünün də dövlətə ağlasığmaz məbləğdə — tam 13445791.74 AZN vergi borcu mövcuddur.

Maraqlıdır ki, milyonlarla manatlıq dövriyyələrə və holdinq strukturuna malik olan bu ASC-nin rəsmi nizamnamə kapitalı cəmi 4 000 AZN təşkil edir. Qanuni təmsilçisi Cəlil Əsədov Əşrəf oğlu olan holdinq Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 85, mənzil 31 ünvanında hüquqi qeydiyyatdadır.
Beləliklə şirkətin ümumi borcu 16,7 milyon manatı ötüb.
Soztv.az
