Skip to content
17.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
  • CƏMİYYƏT

Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir

admin 12.02.2025
1739339707_1
Ötən həftə Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlaması barədə məqalə yaymışdıq.

Qeyd etmişdik ki, “Əsaslı Tikinti və Təchizat” MMC son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 320.093,91 manat məbləğində satınalma müqaviləsini 07.11.2024-cü ildə bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.

Həmçinin onu da qeyd etmişdik ki, açıq mənbələrdə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə bağlı heç bir məlumat yoxdu. Yalnız Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarından başqa “ŞƏMKİR TİKİNTİ-18″ASC h

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00 manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.

Qeyd edək ki, Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ŞƏMKİR TİKİNTİ-18″ASC digər dövlət qurumları ilə də bir neçə satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Agentlik üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 1.147.146,03 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi isə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə Mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmir işlərinin satınalınması üzrə 2.886.440,49 manat məbləğində müqavilə bağlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının tikintisi üzrə hələ 2022-ci ildə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 8.834.801,39 manat məbləində satınalma müqaviləsi bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi, “ŞƏMKİR TİKİNTİ-18” ASC hər il yüksək məbləğdə tenderlər udub.

Qeydn edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var.

Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,

5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Çox maraqlıdır ki, satınalan təşkilat olaraq yuxarıda adları çəkilən dövlət qurumları təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin uyğunluq göstəricilərini hansı sənədlərlə qəbul ediblər.

Daha maraqlısı isə odur ki, Dövlət Vergi Xidmətinin məlumatlarında hüquqi ünvanı Şəmkir rayonu Dəllər qəsəbəsi göstərilən “ŞƏMKİR TİKİNTİ-18” ASC-ni tanıyan yoxdu. Hətta İcra nümayəndəliyi belə qəsəbədə belə şirkətin mövcud olmasından xəbərləri olmadığını bildirdilər. Hətta şirkətin sahibi və qanuni təmsilçisi kimi təqdim olunan Abdullayev Vaqif Çingiz oğlunu da tanımadıqlarını dedilər. Beş min nəfər əhalisi olan Dəllər qəsəbəsində dövlət satınalmaları yolu ilə milyonlarla manat qazanan şirkəti tanıyan yoxdusa şübhələnməyə də ciddi əsalar var.

Aktualinfo.org

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin – Ödənişsiz və vasitəçilərsiz!
Next: BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş…` – NARAZILIQ VAR…

OXŞAR MÖVZULAR

media-gun8-ypj3b0
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu

admin 16.06.2026
brav
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bravo”da xarab kolbasa məhsulları satılır?

admin 16.06.2026
pilon30_1781567925
  • CƏMİYYƏT
  • ÖLKƏ

“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

admin 16.06.2026

XƏBƏR LENTİ

Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər… 1781606476_screenshot_20260616_143136_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…

admin 16.06.2026
“Azəryaşlandşaft” ASC-də baş verənlər artıq adi idarəetmə problemi kimi görünmür. Bu qurum ətrafında dolaşan iddialar dövlətin yaşıllaşdırma...
DAVAMI Read more about Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…
Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu media-gun8-ypj3b0
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu

admin 16.06.2026
Bakıda bəzi ərazilərdə sakinlərin günlərlə susuz qalması narazılıqlara səbəb olub. Vətəndaşlar su təchizatında yaranan problemlərlə bağlı aidiyyəti...
DAVAMI Read more about Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu
“Bravo”da xarab kolbasa məhsulları satılır? brav
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bravo”da xarab kolbasa məhsulları satılır?

admin 16.06.2026
“Bravo” supermarketlər şəbəkəsində saxlanma qaydalarına düzgün riayət edilməyən kolbasalar satışa çıxarılıb. Soztv.az-a xəbər verir ki, bu barədə...
DAVAMI Read more about “Bravo”da xarab kolbasa məhsulları satılır?
“Beniz” in məhkəməsinə şahid məcburi gətizdiriləcək 1781616637.1759241501_1732980878.photo-output
  • ARAŞDIRMA

“Beniz” in məhkəməsinə şahid məcburi gətizdiriləcək

admin 16.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Oxu.Az-ın...
DAVAMI Read more about “Beniz” in məhkəməsinə şahid məcburi gətizdiriləcək
Mehdiyevlər bank sektorundan getmək istəmir – ŞOK TƏFƏRRÜAT 47b0834fe8f3a6b6310ad11910dc95a9
  • ARAŞDIRMA

Mehdiyevlər bank sektorundan getmək istəmir – ŞOK TƏFƏRRÜAT

admin 16.06.2026
Bir dövr vardı ki, Azərbaycanda hansı iri biznesin, hansı strateji müəssisənin, hansı maliyyə institutunun arxasına baxanda Ramiz...
DAVAMI Read more about Mehdiyevlər bank sektorundan getmək istəmir – ŞOK TƏFƏRRÜAT

Bütün yazılar

1781606476_screenshot_20260616_143136_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…

admin 16.06.2026
media-gun8-ypj3b0
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu

admin 16.06.2026
brav
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bravo”da xarab kolbasa məhsulları satılır?

admin 16.06.2026
1781616637.1759241501_1732980878.photo-output
  • ARAŞDIRMA

“Beniz” in məhkəməsinə şahid məcburi gətizdiriləcək

admin 16.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.