Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakının göbəyində THE BAKU GROUP özbaşınalığı… – FOTO
  • Uncategorized

Bakının göbəyində THE BAKU GROUP özbaşınalığı… – FOTO

admin 26.08.2026
1787716722_4
“Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, blok 21, 3-cü mərtəbə, 700 saylı mənzilin sahibi The Baku Group MTK-nın rəhbərliyi ilə gizli sövdələşərək, binanın 50-60 sm. enində olan daşıyıcı dəmir-beton divarını sındırıb, lift sahəsinə əlavə giriş qapısı açıb…” “DİA-AZ” xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında, media nüməyəndələrinə ünvanlanmış müraciətində tanınmış jurnalist Samir İsmayıl yazıb.
O daha sonra müraciətini belə davam etdirir: “Mənzilə 2-ci giriş qapısı onun iki yerə bölünməsi və 2 mənzil kimi satılması məqsədilə edilib. Qanunsuz açılan qapının yuvası daşıyıcı konstruksiyanının mühüm elementi olan rigerin təxminən altında yerləşir. Fakt üzə çıxan kimi yük maşını çağırılıb və beton qırıqları ərazidən uzaqlaşdırılıb. Bu haqda Baku Group MTK-nın qanuni təmsilçisi Rasim Ələkbərova şəxsən məlumat versəm də, heç bir tədbir görməyib. Bu hadisədən sonra qısa araşdırma apardım. Komleksdə 10 dan çox mənzildə aparıcı beton divarlar sındırılaraq lift meydançasına ikinci qapı açılıldığını müəyyən edə bildim. Dəqiq audit aparılarsa daha çox fakt üzə çıxacağına əminəm. Getdikcə adi hal alan belə müdaxilələr onsuz da keyfiyyətsiz inşa edilmiş bu kompleksdə yaşayan və işləyən 4000 nəfərə yaxın insanın həyatını təhlükə altına atır. 26 may 2026-cı il tarixindən etibarən müxtəlif dövlət qurumlarına bu problemlə bağlı çoxsaylı müraciətlər etsəm də, məsələ araşdırılmayıb, heç bir tədbir görülməyib.
The Baku Group Xocalı prospekti haqqında danışılan kompleksin tikintisinə 2005-ci ildə başlayıb. Kompleks Dövlət Komissiyasına 2019-ci ildə qismən təhvil verilib. Dövlət Komissiyası The Baku Group MTK-nın üzərinə qalan işlərin başa çatdırılması (qarajın təhvil verilməsi, həyətin abadlaşdırıması, liftlərin quraşdırılmasının başa çatdırılması və s.) öhdəliyini qoyub. Üstündən 7 il keçsə də, MTK öz öhdəliyini hələ də yerinə yetrirməyib.
The Baku Group MTK binanı dövlət komissiyasına təhvil verdikdən sonra, Mənzil Məcəlləsinin tələblərinə görə idarəetməni bir ay müddətində mülkiyyətçilərə təhvil verməli idi. MTK mövcud qanunvericiliyin bu tələbini də pozub, öz öhdəliyini yerinə yetirməyib.
Hazırda 4000 nəfərə yaxın insan yaşayan və işləyən bir kompleksin zirzəmisi yağışlar zamanı su ilə dolur, yay mövsumunda elektrik enerjisi tez-tez kəsilir. Həyət abadlaşdırılmır. Bu problemləri həll etməli olan MTK, binanın balansında qalan 20-dən çox mənzili sataraq mənimsəyib. İndi isə binanın konstruksiyalarını dağıtmaq, onları bölmək kimi qanunsuz yeni qazanc yolları kəşf edib. MTK öz öhdəliklərini yerinə yetirmək əvəzinə, mülkiyyətçilərin ümumi əmlakını dağıdır, ödənilən komunal xidmət haqqını mənimsəyir, mülkiyyətçilərə hesabat vermir…”
“DİA-AZ” qeyd edir ki, şikayətçi düşən jurnalist “The Baku Group” haqqında qısa araşdırma da aparıb və ortaya ilginc faktlar çıxıb. Aydın olur ki…
✅ “The Baku Group” MTK-nın inşa və idarə etdiyi Xətai rayonu, Xocalı prospekti 29 ünvanda yerləşən binada – 17 mart 2026-cı il tarixində yanğın olub (https://qafqazinfo.az/news/detail/xetaide-coxmertebeli-bina-yanir-yenilenib-502473)
✅ FHN 9 fevral 2026-cı i l tarixində “The Baku Group” MTK-nın inşa və idarə etdiyi Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında yerləşən yaşayış binasında təlim keçirib. (https://azertag.az/xeber/fovqelade_hallar_nazirliyi_serti_yangin_telimi_kechirib_video-4006415). Təlim zamanı çoxlu qüsur aşakarlanmış həmin kompleksdə 18 may 2026-cı il tarixində yanğın olub.(https://www.facebook.com/share/r/17AxtU9i98/)
✅ “The Baku Group” MTK-nın tərəfdaşı olan İdeal MTK-nın rəhbərliyi Xocalı prospekti 29 ünvanda inşa edilən kompleksdə bir mənzili bir neçə nəfərə satdıqlarına və s. qanunsuz əməllərə görə Çingiz Məmmədov, Şamil Heydərov, Sahib Rüstəmov, İsa Məmmədov hazırda həbsdədirlər…
Bir sözlə, yaxşı heç nə yoxdur…



Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Onkologiya Mərkəzinin TENDER HOQQASI – Eyni şirkətə axan milyonlar…
Next: Sürücünün gülüşü,Masallı rayonu icra başçısı Araz Əhmədovun şeiri: Masallının acı həqiqəti! VİDEO

OXŞAR MÖVZULAR

1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
main_1787578866
  • Uncategorized

Cəmiyyət üçün böyük təhlükə: Mağazaların “lüt” reklamlarına kim dur deyəcək?

admin 24.08.2026

XƏBƏR LENTİ

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar 1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
Gürcü əsilli olduğu güman edilən Eteri Lyeonidovnanın 48 yaşı var Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni...
DAVAMI Read more about Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar
Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO 1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
Şəhid atası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə bağlı ölkə Prezident İlham Əliyevə videomüraciət edib. Biziməsr.media bildirir ki,...
DAVAMI Read more about Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO
Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası 1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
“Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayevlə “Haber Global” telekanalının Baş direktoru Məmməd Gülməmmədovun bu səmimi...
DAVAMI Read more about Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası
Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO 1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
“Bu foto 2017-ci il dekabrın 18-də çəkilib. Emin Əmrullayev və dostlarının məclisidir. Təbii ki, burada qeyri-adi heç...
DAVAMI Read more about Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO
Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır ekran_sekli_2026_08_25_235535_1787687821
  • CƏMİYYƏT

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

admin 26.08.2026
Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində qeydiyyatda olan “TOVUZ BRANDY GROUP OF COMPANİES” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini...
DAVAMI Read more about Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

Bütün yazılar

1787733738_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Polad Bülbüloğlunun 3-cü dəfə evləndiyi qadın tanınmış rəqqasə imiş – Fotolar

admin 26.08.2026
1787726228_1
  • Uncategorized

Şəhid atasından Adil Əliyevə tərs sillə: ‘Bu torpaqları sən satmısan!’ VİDEO

admin 26.08.2026
1000486850_1787694644
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası

admin 26.08.2026
1787662860_new-project-10
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Emin Əmrullayev təhsili dostlarının əli ilə bazara çevirib – Yüksək vəzifə verdiyi dostların siyahısı – FOTO

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.