Skip to content
24.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Cəmiyyət üçün böyük təhlükə: Mağazaların “lüt” reklamlarına kim dur deyəcək?
  • Uncategorized

Cəmiyyət üçün böyük təhlükə: Mağazaların “lüt” reklamlarına kim dur deyəcək?

admin 24.08.2026
main_1787578866

Müasir dövrdə ticarət və iqtisadi münasibətlərin sürətli inkişafı fonunda reklam sektoru da köklü dəyişikliklərə məruz qalıb. Lakin bu inkişaf hər zaman etik normalara və ya yaradıcı təfəkkürə əsaslanmır. Əksinə, pul qazanmaq üçün hər hansı vasitəni normal hesab edən, əxlaqı “köhnə fikir”, həyanı isə “özünü ifadə edə bilməmək” kimi qələmə verən təhlükəli bir mühit formalaşdırılmaqdadır.

Son illərin tendensiyalarına nəzər saldıqda aydın olur ki, hər hansı bir məhsul bazara çıxarıldıqda ilk baxılan amil məhsulun öz keyfiyyəti, faydalılığı və ya texniki üstünlükləri deyil. Əsas diqqət kütlənin diqqətini çəkməyə yönəldilir və bunun üçün seçilən ən bəsit yol qadın bədənindən istifadə etməkdir. Ətrin, avtomobilin, restoran xidmətinin və ya tamamilə fərqli bir məişət əşyasının reklamında heç bir məntiqi əlaqə olmadığı halda belə qadınların mümkün qədər açıq geyimlərlə kamera qarşısına çıxarılması adi hala çevrilib.

Əgər təqdim olunan məhsul həqiqətən də yüksək keyfiyyətə malikdirsə, niyə onu satmaq üçün insan bədənindən istifadəyə ehtiyac duyulur? Niyə məhsulun özü, onun faydası, texniki göstəriciləri və ya daşıdığı ideya deyil, məhz zahiri görünüş ön plana çəkilir? Cavab çox sadədir: Çünki “tənbəl marketinq” hər zaman daha asan və ucuz başa gəlir. Bu cür yanaşmalar əslində məhsulu deyil, birbaşa insanı, xüsusilə də qadını şəxsiyyət kimi yox, sadəcə baxış toplamaq üçün istifadə olunan cansız bir obyektdə çevrir.

Bununla bağlı ətraflı açıqlama verən sosioloq Elçin Cəfərli bildirib ki, reklam bazarında hökm sürən bu cür ucuz manipulyasiyalar cəmiyyətin təməl sütunlarını sarsıdan dərin sosial-psixoloji böhranın göstəricisidir: “Müasir informasiya cəmiyyətində reklam sektoru yalnız iqtisadi alət olmaqdan çıxaraq kütləvi şüurun idarə edilməsi və mənəvi dəyərlərin transformasiyası mexanizminə çevrilib. Bu gün müşahidə etdiyimiz mənzərə odur ki, bəzi marketoloqlar və sahibkarlar istehlakçının diqqətini cəlb etmək üçün ən bəsit, instinktiv duyğulara müraciət edirlər. Məhsulun keyfiyyətini, funksionallığını və ya intellektual dəyərini önə çəkmək əvəzinə, insan bədənini ticarət obyektinə çevirmək həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir. Bu, əsl yaradıcılıq böhranıdır. Yaradıcılıq yeni ideya, fəlsəfə və həll yolları deməkdir; gördüyümüz isə sadəcə düşüncə tənbəlliyidir.
Bu prosesin ən acınacaqlı tərəfi onun gənc nəslin psixologiyasına və formalaşmaqda olan dünya görüşünə vurduğu zərbədir. Gündəmləri milyonlarla insan, o cümlədən məktəblilər, yeniyetmələr və həyata yeni addım atan gənclər izləyir. Onlar hər gün görürlər ki, cəmiyyətdə ən çox diqqət çəkən, məşhurlaşan və uğur qazananlar intellekti, elmi və ya əməyi ilə deyil, məhz zahiri görünüşü, bədən sərgiləməyi vasitə seçənlərdir. Bu, gənclərə çox təhlükəli bir mesaj ötürür: ‘Oxumağa, illərlə zəhmət çəkməyə, özünü inkişaf etdirməyə ehtiyac yoxdur; ən qısa yolu seç və bədənini vasitə kimi istifadə et’. Nəticədə gənclər öz dəyərlərini daxili keyfiyyətləri, xarakterləri və bilikləri ilə deyil, zahiri parametrləri ilə ölçməyə başlayırlar. Bu isə cəmiyyətin gələcəyini təhdid edən mənəvi deqradasiya dalğası yaradır. Dövlət qurumları, ictimai təşkilatlar və media bu məsələdə səssiz qalmamalı, reklam qanunvericiliyində etik normaların qorunması mexanizmləri sərtləşdirilməlidir. Əks təqdirdə, qazanılan qısamüddətli ticari gəlirlər uzunmüddətli perspektivdə bütöv bir xalqın mənheviyyatının itirilməsi ilə nəticələnəcək.” (Nocomment.az)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 42 yaşlı general görün kimin oğlu imiş – Həm də Baş İdarə Rəisidir – FOTO

OXŞAR MÖVZULAR

sex_(7)
  • Uncategorized

Bakıda yanğın təhlükəsizliyi tələblərini pozan sexin fəaliyyəti dayandırıldı – VİDEO/FOTO

admin 16.07.2026
1782719243_rafiq_xetai_tikinti
  • Uncategorized

Xətai rayonunda müəmmalı tikinti – Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur

admin 29.06.2026
1779334348_1
  • Uncategorized

Təhsil İnstitutunun “MARAQLI ” sxemi: 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı

admin 21.05.2026

XƏBƏR LENTİ

Cəmiyyət üçün böyük təhlükə: Mağazaların “lüt” reklamlarına kim dur deyəcək? main_1787578866
  • Uncategorized

Cəmiyyət üçün böyük təhlükə: Mağazaların “lüt” reklamlarına kim dur deyəcək?

admin 24.08.2026
Müasir dövrdə ticarət və iqtisadi münasibətlərin sürətli inkişafı fonunda reklam sektoru da köklü dəyişikliklərə məruz qalıb. Lakin...
DAVAMI Read more about Cəmiyyət üçün böyük təhlükə: Mağazaların “lüt” reklamlarına kim dur deyəcək?
42 yaşlı general görün kimin oğlu imiş – Həm də Baş İdarə Rəisidir – FOTO 1787573172755-3fdda6b4188d-009jpg-1787572917
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

42 yaşlı general görün kimin oğlu imiş – Həm də Baş İdarə Rəisidir – FOTO

admin 24.08.2026
Dövlət Sərhəd Xidmətinin general-mayoru Nəsib Mirzəyevlə bağlı maraqlı fakt ortaya çıxıb. Nəsib Mirzəyevin atası Tahir Mirzəyev də...
DAVAMI Read more about 42 yaşlı general görün kimin oğlu imiş – Həm də Baş İdarə Rəisidir – FOTO
Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO 4c8f6fed70b51dee5cc92df2146adcb0
  • ŞOU-BİZNES

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

admin 24.08.2026
Müğənni Emma Ələkbərzadə oğlu Davidlə bağlı paylaşımı ilə diqqət çəkib. Sənətçi övladı ilə birlikdə küçədə rəqs etdiyi...
DAVAMI Read more about Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO
DİN əməliyyat keçirdi: 116 kq narkotik dövriyyədən çıxarıldı – VİDEO 6eb2800a-1245-494c-b73d-80d0e9389775
  • VİDEO

DİN əməliyyat keçirdi: 116 kq narkotik dövriyyədən çıxarıldı – VİDEO

admin 24.08.2026
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bildirilib...
DAVAMI Read more about DİN əməliyyat keçirdi: 116 kq narkotik dövriyyədən çıxarıldı – VİDEO
Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı – VİDEO 64e9cf408c29f5fc07b94ca806334cf2 (1)
  • VİDEO

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı – VİDEO

admin 24.08.2026
Avqustun 19-da Ağdaş rayonundakı istirahət parkında attraksion qəzaya uğrayıb. “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər...
DAVAMI Read more about Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı – VİDEO

Bütün yazılar

main_1787578866
  • Uncategorized

Cəmiyyət üçün böyük təhlükə: Mağazaların “lüt” reklamlarına kim dur deyəcək?

admin 24.08.2026
1787573172755-3fdda6b4188d-009jpg-1787572917
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

42 yaşlı general görün kimin oğlu imiş – Həm də Baş İdarə Rəisidir – FOTO

admin 24.08.2026
4c8f6fed70b51dee5cc92df2146adcb0
  • ŞOU-BİZNES

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

admin 24.08.2026
6eb2800a-1245-494c-b73d-80d0e9389775
  • VİDEO

DİN əməliyyat keçirdi: 116 kq narkotik dövriyyədən çıxarıldı – VİDEO

admin 24.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.