Skip to content
19.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?

admin 19.08.2026
koriologiya_inst_1787128969

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda bir sıra elmi işçi və həkimlərin yaşla əlaqədar təqaüdə göndərilməsi ciddi narazılıqlara səbəb olub.

İşdən qanunsuz azad edilmə və idarəçilik ittihamları
Kontekst.az -a daxil olan məlumata görə, bir müddət əvvəl İnstitutun elmi işçiləri Elmira Həsənova və Dürdanə Zamanova yaşla əlaqədar təqaüdə göndəriliblər. Lakin adı çəkilən şəxslər yaş senzinin elmi işçilər üçün keçərli olmadığını bildirib və direktorun qərarına etiraz ediblər. Hər iki şəxs hüquqlarının bərpası üçün məhkəməyə üz tutub. Artıq ilkin məhkəmə instansiyalarının onların işə bərpası ilə bağlı qərar verdiyi bildirilir.
Məsələ ilə bağlı Kontekst.az -a danışan İnstitutun reabilitasiya şöbəsinin elmi işçisi Dürdanə Zamanova məlumatı təsdiqlədi. O, ilkin məhkəmə instansiyalarının onun işə bərpası ilə bağlı qərar verdiyini bildirdi:
“Lakin İnstitut rəhbərliyi bu qərardan Ali Məhkəməyə şikayət verib. Noyabrda Ali Məhkəmə məsələ ilə bağlı son qərarını verəcək”.
Təqaüdə göndərilən digər elmi işçi Elmira Həsənova ilə əlaqə saxlamaq cəhdlərimiz isə faydasız oldu.
80 yaşlı kardioloqdan şok iddia: “Məni yaşa görə çıxara bilməyib alkoqol damğası vurdular”
Ən ağır maddə ilə işdən çıxarılan həkim isə ömrünün böyük hissəsini Kardiologiya İnstitutuna həsr edən, bu sahədə geniş təcrübəsi olan kardioloq Səidə Rəcəblidir. İddialara görə, direktorun onu öz xoşu ilə təqaüdə göndərmək istəyi baş tutmayıb. Buna görə də 80 yaşlı təcrübəli həkim Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb.
Məsələ ilə bağlı məhkəməyə müraciət edən Səidə xanım Kontekst.az -a açıqlamasında bunları dedi:
“Mən orta məktəbi medalla, institutu fərqlənmə diplomu ilə bitirmişəm. İnstitutdan sonra məni rayona göndərmədilər, Cahangir Abdullayevin yanında saxladılar, ordinaturaya. Hansı ki, bu institutu indi Cahangir müəllimin adını daşıyır. Onunla bərabər nə qədər məqalələrim var. Yəni, məni İnstitutda hamı tanıyır. Məni o maddə ilə işdən çıxarmaq, o adı mənə qoymaq… Bu, mənim üçün ölümdən də betərdir. Necə yəni narkotik, alkoqol? Mən ancaq sizə bunu deyirəm. Başqa heç nə deməyəcəm. Mən özüm haqqında sizə qısa məlumat verdim. İnstitutda hamıdan soruşun.
Hər gün səhər, günorta, axşam namaz qılan, oruc tutan, Həcc ziyarətində olan adamı alkoqol maddə ilə işdən çıxarmaq nə deməkdir? Məndən qabaq iki nəfəri yaşa görə işdən çıxardı. Onlar məhkəməyə verib işə qayıtdılar. Görəndə ki, yaş məsələsi keçmir, o “möhürü” mənim alnıma vurmaq Allahdan qorxmamaqdır. Allah özü görür. Bir çıxış yolu tapmayanda bu cür üsullara əl atırlar. İnstituta gedin, soruşun, deyin, Səidə doktoru necə tanıyırsınız? Alkoqol heç mənim dilimə də dəyməyib ki, deyim, onun dadı-tamı nədir. Nə bilim, Allahı bilsin, özü bilsin. Məhkəmədə Quran gətizdirib and içəcəyəm. Mən orada şöbə müdiri işləmişəm, ömrü boyu xəstələrə baxmışam. Mənim deyəcəklərim bu qədər. Haqqımda kimdən soruşursunuzsa, soruşun”.
S.Rəcəbli İnstitutun direktoru Gülnaz Dadaşovanı tibbi personalı qanunsuz və saxta sənədlərə imza atmağa məcbur etdiyini də vurğulayıb:
“İnstitutda həkimlər nəyəsə etiraz edəndə onların əleyhinə akt tərtib edir, “sanitarka”nı tutub deyir, bura qol çək. Belə iş olar?”
S.Rəcəbli də hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib.
Kardiologiya İnstitutunun rəsmi cavabı
Səsləndirilən ittihamlarla bağlı Kontekst.az-ın sorğusuna cavab olaraq, Kardiologiya İnstitutundan bildirdilər ki, Səidə Qasım qızı Rəcəblinin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulan əsaslar çərçivəsində xitam verilib:
“Qeyd olunan xitamın sərxoş vəziyyətdə işə gəlmə və ya iş yerində alkoqol, narkotik vasitələr və digər bu qəbildən olan maddələrdən istifadə ilə bağlı olduğu barədə məlumat doğru deyil. Əməkdaşın 82 yaşı var, iş qabiliyyəti məhdudlaşıb, elmi adı və elmi dərəcəsi yoxdur. İşlədiyi müddət ərzində elmi katib və elmi işlər üzrə müavinin verdiyi tapşırıqları vaxtında və lazımi səviyyədə yerinə yetirə bilməyib. Bununla bağlı bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilib.
Elmira Həsənova və Dürdanə Zamanova yaş həddi ilə bağlı işdən azad ediliblər. Onların da elmi adları və elmi dərəcələri yoxdur. Qeyd edək ki, Elmira Həsənova həkimlərin sertifikasiya imtahanından iki dəfə ardıcıl olaraq keçə bilməyib.
Hazırda bununla bağlı məhkəmə araşdırmaları davam edir, yekun hüquqi qiymət məhz məhkəmə tərəfindən veriləcək. Məhkəmənin səlahiyyətinə hörmətlə yanaşaraq, prosesin sonunu gözləməyi tövsiyə edirik.
Bir daha qeyd edirik ki, hər üç əməkdaşla bağlı əmək münasibətlərinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələbləri və mövcud əmək münasibətləri çərçivəsində həyata keçirilib”.
Mətbuatda yayılan digər iddialar
Qeyd edək ki, son illər Kardiologiya İnstitutu rəhbərliyinin adı müxtəlif qalmaqal və neqativ hallarda çəkilib. Belə ki, mətbuatda Gülnaz Dadaşovanın bir sıra işçiləri işdən qanunsuz azad etdiyi, institutda bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd etdiyi, İnstitutun yaradılmasının 44 illiyində onun 45 illik yubileyini keçirdiyi, kollektivdə intriqalar yaratdığı, işçilərə yerli-yersiz izahatlar yazdırdığı və onunla hesablaşmayan nüfuzlu alim və həkimləri işdən uzaqlaşdırdığı, qanunsuz attestasiyaya cəhd etdiyi və s. məsələlərlə bağlı yazılar dərc olunub.
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır
Next: ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ – NARAZILIQ VAR.

OXŞAR MÖVZULAR

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
1787126054_1
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

admin 19.08.2026
1787109095_1
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Gəncədə vergidən yayınma faktına niyə göz yumulur? – Dövlət büdcəsindən gizlədilən milyonlar VİDEO

admin 19.08.2026

XƏBƏR LENTİ

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR 1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı səhiyyə naziri Teymur Musayevə və TƏBİB sədri Anar Bayramova müraciət...
DAVAMI Read more about Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR
“By Ella” ləqəbli bloger həbs edildi b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.  Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına...
DAVAMI Read more about “By Ella” ləqəbli bloger həbs edildi
“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO 1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan “qanuni oğru” Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub. Lent.az-ın xəbərinə görə, Rufo...
DAVAMI Read more about “Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO
Azərbaycan CNN-i məhkəməyə verdi d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli...
DAVAMI Read more about Azərbaycan CNN-i məhkəməyə verdi
“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib 6a855298427846a8552984278517871223286a855298427826a85529842783
  • ARAŞDIRMA

“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

admin 19.08.2026
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi...
DAVAMI Read more about “QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

Bütün yazılar

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.