Skip to content
19.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity

Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı səhiyyə naziri Teymur Musayevə və TƏBİB sədri Anar Bayramova müraciət edib. Anaxeberinfo.az məlumat verir ki, vətəndaş müraciətində Bərdə rayon Mərkəzi Xəstəxanasında işləyən Elnurə Əliyevadan şikayətlənib. Kəmalə Qarayeva bildirir ki, Elnurə Əliyeva ixtisasca cərrahdır, amma xəstəxanadakı işi icbari tibbi sığorta üçün anketlər yazmaq və xəstələrə göndərməkdir. Vətəndaş qeyd edib ki, Elnurə Əliyeva cərrah işləmir, yalnız anket yazır.

K.Qarayevanın sözlərinə görə, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkib və dünyasını dəyişib. O, müraciətində başına gələnləri açıqlayıb: “Elnurə Əliyeva onkoloq olmadığı halda, yoldaşımın analiz kağızlarına baxdı, dedi, onu sağaldacam. Ona bildirdik ki, bu insan onkoloji xəstədir və siz buna müalicə yazırsınız, necə olacaq?
Bildirdi ki, əlbəttə, bilirəm, narahat olma, neçə belə xəstəm olub, bunu da sağaldacam. Mən bildirdim ki, bəlkə bir də müayinə olunsun, kontraskotiya olsun, USM aparatına düşsün. Dedi, narahat olmayın, özüm yönəldəcəm.
Hətta bildirdim ki, ehtiyac varsa, bəlkə Bakıya getsin, kimyaterapiya olunsun? Dedi ki, kimyaterapiyaya ehtiyac yoxdur. Hələ dedi ki, orada kimyaterapiyalıq nə var ki?!”

Şikayətçi bildirib ki, özü və yaxınları Elnurə Əliyevaya dönə-dönə eyni sualı verib:” Soruşduq ki, bu xəstəni saxlaya biləcəksiniz? Hər dəfəsində də qəti şəkildə narahat olmamağa arxayın etdi.
Deməli, xəstələr bu həkimin yanına gəlir. O da xəstələri böyrək həkiminin yanına göndərir. Böyrək həkimi də xəstəyə baxıb resept yazırmış. Xəstələr də yenidən qayıdır bu həkimin yanına. Elnurə həkim böyrək həkiminin yazdığı reseptə baxır, cırıb tullayır, yenidən özü xəstələrə resept yazırmış. Ona bildirdik ki, niyə o biri həkimin yazdıqlarını cırırsınız? Dedi, ondan da yaxşı dərman yazacam”.

Şikayətçi bildirib ki,
bir ayın içində xəstə kilo verə bilmədi, yəni arıqlamadı, yeməyindən də qalmadı: “Amma hər şeyi qaydasında olan adamın üç gün içində böyrəkləri işləmədi.
Reseptlərin hamısını aparıb aptekdə satıcıdan maraqlandım ki, bunlar nə üçündür? Aptekdə bildirdilər ki, bu dərmanlar böyrək üçündür. Bu xəstənin limfaları şişmişdi.
İmkan vermədi ki, biz bir başqa həkimin yanına gedək, görək nə idi dərdi… Əgər bu xəstənin böyrəklərində problem var idisə, sən böyrək həkimi deyilsən və niyə qoymursan bu adam böyrək həkiminin yanına getsin? Niyə böyrək həkiminin yazdığı resepti cırıb atırsan?

Bu xəstə kontraskotiyaya düşəndə ona maye içirirlər. O da xəstənin kreatinini yüksəldir. Müayinə vaxtı xəstənin kreatini normal çıxmışdı. Böyrək dayananda isə kreatin qalxır 500-600 olur. Əgər bu xəstənin böyrəyində getdikcə fəaliyyət dayanırdısa, niyə kreatini müayinələrdə yüksək çıxmırdı?
Bu həkimin yazdıqlarından sonra ev dərman, reseptlə dolu olurdu.
Hər həftə yanına çağırırdı. Evdə olan dərmanlardan hər dəfə yeni qutu aldırırdı. Hamısı da firma dərmanları.
Yəni xəstəmiz öz ayağıyla gedib-gəldiyi həkimin müayinələrindən sonra öldü.
Hər gün işinə, bazarlığına, müalicəsinə özü gedən adam idi. Yəni yataq xəstəsi deyildi ki, ölümcül olduğunu deyək. Xəstəliyi olsa da, ağır deyildi və hər işi özü görürdü. Bu Elnurə həkimin yazdığı müalicələrdən sonra 1 ayın içində öldü. Mən Elnurə Əliyevanın fəaliyyətinin araşdırılmasını xahiş edirəm. Onun ixtisası cərrah olduğu halda, onkoloji xəstəni böyrək dərmanları ilə sıradan çıxardı və bizi də sağaldacağına əmin etdi. Nəticəsi də göz qabağındadır. Dövlət orqanları onun dərman firmaları ilə işbirliyini də araşdırmalıdır”.

Anaxeberinfo.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “By Ella” ləqəbli bloger həbs edildi

OXŞAR MÖVZULAR

1787121364_screenshot_20260819_103423_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ – NARAZILIQ VAR.

admin 19.08.2026
koriologiya_inst_1787128969
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?

admin 19.08.2026
1787108646_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ucar İcra Hakimiyyətindən “Hinal Proje”yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı

admin 19.08.2026

XƏBƏR LENTİ

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR 1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı səhiyyə naziri Teymur Musayevə və TƏBİB sədri Anar Bayramova müraciət...
DAVAMI Read more about Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR
“By Ella” ləqəbli bloger həbs edildi b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.  Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına...
DAVAMI Read more about “By Ella” ləqəbli bloger həbs edildi
“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO 1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan “qanuni oğru” Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub. Lent.az-ın xəbərinə görə, Rufo...
DAVAMI Read more about “Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO
Azərbaycan CNN-i məhkəməyə verdi d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli...
DAVAMI Read more about Azərbaycan CNN-i məhkəməyə verdi
“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib 6a855298427846a8552984278517871223286a855298427826a85529842783
  • ARAŞDIRMA

“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

admin 19.08.2026
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi...
DAVAMI Read more about “QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

Bütün yazılar

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.