Skip to content
19.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

admin 19.08.2026
1787126054_1
Son illər Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndirilib.Müxtəlif üsullarla ölkədən valyuta çıxaran şəbəkələr barədə cinayət işi açılıb və milyonlarla manat vəsatilərin çıxarılmasının qarşısı alınıb. Ancaq aparılan sərt tədbirlərə baxmayaraq hələ də ölkəmizdən xaricə gizli yollarla vəsaitlərn aparılması ilə məşğul olan dəstələr mövcuddur.

AzFakt.com-un əldə etdiyi məlumata görə paytaxt Bakıda ölkədən gizli pulları çıxardan dəstə fəaliyyət göstərir. Əldə etdiyimiz məlumatlar əsasında dəstə üzvülərini müəyyənləşdirmişik. Bunlar Qazax rayon sakinləri Mustafayev Mustafa Abuzər oğlu (Ləqəbi Musto), Süleymanov Aqil Kamandar oğlu, Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu və Bayram adlı şəxslərdi.

Məlumata görə ölkədən xaricə pul daşıyan dəstənin başında Mustafayev Mustafa Abuzər oğlu (Musto) və Süleymanov Aqil Kamandar oğlu dayanır. İdidaya görə bu iki şəxs pul qaçaqçılığında əsas simalardandır.

Mustafayev Mustafa (Musto)

Digər məlumatda Mustafayev Mustafa Abuzər (Musto) oğlunun bir neçə il öncə ölkədən pullar çıxartdığına görə 3 ilə yaxın həbsxanada yatdığı bildirilir. Həbsxanadan çıxdıqdan sonra Mustafa Mustafayevin (Musto) köhnə işini davam etdirdiyi deyilir. Pul qaçaqçılığına görə Mustafa Mustafayevin çox ciddi imkanlara sahib olduğu iddia edilir. Musto 10-RY-700 seriyalı son model Lexsus avtomobili sürür və Bakıda ən çox oturduğun yer qardaşına məxsus “Meyxoş” şərab evinin olduğu bildirilir

Məlumatda iddia olunur ki, adı çəkilən şəxslər və dəstənin digər üzvüləri mütəmadi olaraq ay ərzində Bakı şəhərindən Şəmkir rayonuna öz şəxsi avtomobillərində 4-5 milyon dollara yaxın vəsait apararaq, tır və avtomobillərə yükləyərək ölkədən gizli şəkildə Gürcüstan Respubilkasına keçirdirlər. Bildirilir ki, dəstə əvvəllər daha çox pullar aparsada son aylar gizli pul aparılmasında azalmalar yaranıb.

Məlumatda qeyd olunur ki, daşıyıcı rolunu oynayan Mustafayev Mustafa Abuzər oğlu (Ləqəbi Musto), Süleymanov Aqil Kamandar oğlu,
Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu, Bayram və dəstənin digər üzvüləri ölkədən çıxartdıqları pullara görə yaxşı qazanc əldə edirlər.

Nicat Abdullayev

Şəmməd Şəmmədov

Bildirilir ki, dəstə üzvüləri Mustafayev Mustafa (Ləqəbi Musto), Süleymanov Aqil, Nicat Abdullayev, Şəmmədov Şəmməd, Bayram və digərlərinin birdən-birə bahalı avtomobillər almaları, istirahət mərkəzlərində çoxlu pullar xərcləmələri ciddi şəkildə nəzərə çarpır.

Bayram

Apardığımız araşdırmada məlum oldu ki, Nicat Abdullayev 11 NT 111 Range Rover, Şəmmədov Şəmməd 77 MO 570 Lexsus, Bayram isə 77 HB 700 BMV avtomobilləri sürürlər.



AzFakt.com-un əldə etdiyi ilginc məlumatda bildirilir ki, mütəşəkkil dəstə pulları Bakı şəhəri Yasamal rayonunda yerləşən “Meyxoş” şərab evi və Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən digər şərab evinə yığılır və bu obyektlərdən gizli çıxarılaraq Şəmkir rayonuna aparılır.

Mənbəmiz ölkədən gizli yollarla pul çıxardan dəstənin arxasında məmur və iş adamlarının olduğunu iddia edir. Belə ki, dəstənin ölkədən çıxartığı pullar bizə məlum olmayan məmur və biznesmenlərə aiddir.

Bildirək ki, ötən il xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankı “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.

Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər.

Ancaq Mustafayev Mustafa (Ləqəbi Musto), Aqil Süleymanov, Nicat Abdullayev, Səməd Səmədov, Bayram və digər üzvüləri qeyd etdiyimiz kimi ölkədən qanuni yollarla 10 min dollar yox, hər ay gizli yollarla milyonlarla dollar çıxardırlar.

İnanırıq ki, hüquq mühafizə orqanları Azərbaycandan Gürcüstana hər ay milyonlarla dollar aparılması ilə bağlı əldə etdiyimiz məlumatı araşdıraraq, lazımı tədbir görəcəklər.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Gəncədə vergidən yayınma faktına niyə göz yumulur? – Dövlət büdcəsindən gizlədilən milyonlar VİDEO
Next: Ucar İcra Hakimiyyətindən “Hinal Proje”yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı

OXŞAR MÖVZULAR

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026

XƏBƏR LENTİ

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR 1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı səhiyyə naziri Teymur Musayevə və TƏBİB sədri Anar Bayramova müraciət...
DAVAMI Read more about Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR
“By Ella” ləqəbli bloger həbs edildi b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.  Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına...
DAVAMI Read more about “By Ella” ləqəbli bloger həbs edildi
“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO 1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan “qanuni oğru” Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub. Lent.az-ın xəbərinə görə, Rufo...
DAVAMI Read more about “Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO
Azərbaycan CNN-i məhkəməyə verdi d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli...
DAVAMI Read more about Azərbaycan CNN-i məhkəməyə verdi
“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib 6a855298427846a8552984278517871223286a855298427826a85529842783
  • ARAŞDIRMA

“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

admin 19.08.2026
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi...
DAVAMI Read more about “QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

Bütün yazılar

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.