Skip to content
19.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  •  Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq – Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
  • CƏMİYYƏT

 Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq – Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir

admin 19.08.2026
1787116826_1
Peşə təhsili müəssisələrinə şagird qəbulunun birinci mərhələsi başa çatmaq üzrədir. Rəsmi olaraq qəbul olunan şəxslər sənədlərini qəbul olunduqları peşə təhsili müəssisələrinə təqdim edirlər. Lakin redaksiyaya daxil olan məlumatlara görə, məhz sənəd qəbulu mərhələsində, xüsusilə Bakı şəhərində yerləşən əksər peşə təhsili müəssisələrində ciddi problemlər yaranır.

Təhsilmedia.com-a daxil olan çoxsaylı şagird və valideyn şikayətlərində qeyd olunur ki, əksər peşə təhsili müəssisələrində və mərkəzlərdə təlim-tərbiyə işləri üzrə müavinlərin davranışı qəbul olunan şəxslərin narazılığına səbəb olur.

Müraciətlərdə bildirilir ki, rəsmi şəkildə qəbul almış şəxslər sənədlərini təqdim etmək üçün müəssisəyə müraciət etdikdə onların geyiminə, xarici görünüşünə və digər şəxsi xüsusiyyətlərinə iradlar bildirilir. İddialara görə, bəzi hallarda bu şəxslərlə kobud rəftar edilir və müxtəlif səbəblərdən sənədlərin qəbulunda problem yaradılır.

Redaksiyaya daxil olan məlumatlarda həmçinin iddia olunur ki, bəzi hallarda təlim-tərbiyə işləri üzrə müavinlərin göstərişi ilə qəbul olunmuş şəxsin qarşısında ilk gündən müəyyən şərtlər qoyulur və onun haqqında mənfi fikir formalaşdırılır. Nəticədə isə rəsmi qəbul aldığı halda həmin şəxsin sənədlərinin qəbul edilməməsi ilə bağlı hallar yaşanır.

Bu məsələ ilə bağlı redaksiyaya onlarla müraciətin daxil olduğu, eyni zamanda sosial şəbəkələrdə də analoji problemlərin geniş müzakirə edildiyi bildirilir.

“Sənəd qəbulu zamanı özlərini “ağa” kimi aparan qeydiyyatçılar rəhbərliyin adından şagirdlərə qarşı ciddi şərtlər irəli sürürlər. Sənədləri götürmədən öncə şərtlərini qoyurlar. Mümkün çalışırlar ki, sənədləri qəbul etməsinlər. Görünür 3-cü mərhələni gözləyirlər ki, isdətiklərini öz şərtlərinə və cidblərinə uyğun həll etsinlər”.

Diğər bir şikayətçi bildirir ki, Bakı şəhərində yerləşən Peşə Mərkəzlərindən birinə qəbul olub. Sənədlərini aparan zaman ona geyimi, danışığı irad olaraq tutulub: “Mənim geyimimi irad olaraq tutdular. Haqqını deyirsən, deyir səsini kəs… Mən açıq şəkildə bildirdim ki, hazırda sənəd verməyə gəlmişəm və siz mənim geyimimə irad bildirə bilmərsiz. Bu zaman özünü direktorun Tərbiyəvi İşlər üzrə müavini kimi təqdim edən qadın (çox kobud və özünü apara bilmirdi) “bizim məktəbin qaydaları var, əgər belə geyinəcəksinizsə, sizin sənədlərinizi qəbul etmirəm, gedin kimə şikayət edirsiz, edin” cavabını verdi. Qarşılığında ona cavab olaraq “hələ dərs başlamayıb və siz bunu mənə irad oaraq tuta bilmərsiz” cavabını verdim və sənədlərimi götürüb çıxdım. O qadından aidiyyatı üzrə şikayət etmişəm. Onları məhkəməyə verəcəm. Mən qəbul olmuşam və sənədlərimi təqdim etməliyəm” deyə bildirib. Şikayətçi bildirib ki, sözügedən Peşə Mərkəzi ilə bağlı artıq aidiyyatı qurumlara müraciət edib.

Hər peşə mərkəzində fərqli qaydalar?

Müraciətlərdə diqqət çəkən əsas məsələlərdən biri peşə təhsili müəssisələrində idarəetmə və sənəd qəbulu mexanizmlərinin vahid şəkildə tətbiq olunmaması ilə bağlı iddialardır.

Belə ki, məlumatlara görə, ayrı-ayrı peşə təhsili mərkəzlərində rəhbərliyin yanaşmasından asılı olaraq fərqli qaydalar formalaşıb. Bu isə eyni qəbul prosesi çərçivəsində müxtəlif müəssisələrdə fərqli münasibətin ortaya çıxmasına səbəb olur. Əgər şəxs qəbul qaydalarına uyğun olaraq rəsmi şəkildə peşə təhsili müəssisəsinə qəbul olunubsa, onun sənədlərinin hansı əsasla qəbul edilməməsi məsələsi ciddi suallar doğurur.

“Yerlər üçüncü mərhələyə saxlanılır” iddiası

Redaksiyaya daxil olan məlumatlarda daha bir ciddi iddia da irəli sürülür. İddialara görə, bəzi müəssisələrdə birinci mərhələdə qəbul olunan şəxslərin sənədlərinin qəbulunda müxtəlif problemlərin yaradılmasının səbəblərindən biri boş yerlərin növbəti – ikinci və üçüncü qəbul mərhələlərinə saxlanılmasıdır.

Bu iddiaların nə dərəcədə əsaslı olduğu isə müvafiq qurumlar tərəfindən araşdırılmalıdır.

Məsələ burasındadır ki, belə bir yanaşma varsa, bu, peşə təhsili almaq istəyən və rəsmi qəbul nəticəsində yer qazanmış şəxslərin hüquqları ilə bağlı ciddi suallar yaradır. Digər tərəfdən, redaksiyaya daxil olan məlumatlarda sənəd qəbulu prosesində müxtəlif xoşagəlməz halların da baş verdiyi iddia edilir. Bu hallar da ayrıca araşdırma tələb edir.

Bir neçə müavin barədə aidiyyəti qurumlara müraciət edilib

Məlumata görə, artıq bir neçə peşə təhsili mərkəzinin təlim-tərbiyə işləri üzrə müavini barədə aidiyyəti qurumlara müraciətlər edilib. Həmin müraciətlərdə sözügedən şəxslərin fəaliyyəti, qəbul prosesi zamanı davranışları və rəsmi qəbul almış şəxslərin sənədlərinin hansı əsaslarla qəbul edilməməsi məsələlərinin araşdırılması tələb olunur.

Əgər faktlar təsdiqini taparsa, bu zaman yalnız ayrı-ayrı vəzifəli şəxslərin davranışı deyil, peşə təhsili müəssisələrində qəbul və idarəetmə mexanizmlərinin necə işləməsi də ciddi şəkildə araşdırılmalıdır.

Çünki söhbət peşə təhsili almaq istəyən və qəbul nəticəsində buna hüquq qazanan şəxslərin gələcəyindən gedir.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıdır. Onun təyinatından sonra peşə təhsili sistemində problemlər daha da qabarıq olaraq hiss olunur və müavinlərinə nəzarəti itirib. Məlumatlara görə, İlqar Bayramlının müavinləri peşə sistemində böyük komanda formalaşdırıb və bu, onları artıq idarəolmaz vəziyyətə gətirib çıxarıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər…” – İTTİHAM VAR…
Next: Təhsil adı altında SOYĞUN… – MÜRACİƏT

OXŞAR MÖVZULAR

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
1787121364_screenshot_20260819_103423_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ – NARAZILIQ VAR.

admin 19.08.2026
1787108646_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ucar İcra Hakimiyyətindən “Hinal Proje”yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı

admin 19.08.2026

XƏBƏR LENTİ

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR 1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı səhiyyə naziri Teymur Musayevə və TƏBİB sədri Anar Bayramova müraciət...
DAVAMI Read more about Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR
“By Ella” ləqəbli bloger həbs edildi b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.  Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına...
DAVAMI Read more about “By Ella” ləqəbli bloger həbs edildi
“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO 1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan “qanuni oğru” Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub. Lent.az-ın xəbərinə görə, Rufo...
DAVAMI Read more about “Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO
Azərbaycan CNN-i məhkəməyə verdi d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli...
DAVAMI Read more about Azərbaycan CNN-i məhkəməyə verdi
“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib 6a855298427846a8552984278517871223286a855298427826a85529842783
  • ARAŞDIRMA

“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

admin 19.08.2026
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi...
DAVAMI Read more about “QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

Bütün yazılar

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.