Skip to content
19.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər…” – İTTİHAM VAR…
  • CƏMİYYƏT

“Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər…” – İTTİHAM VAR…

admin 19.08.2026
1787067000_1
“Sizə məlum edirik ki, Sizin dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetində olaraq qayğı ilə yaratdıqlarınız maddi-texniki baza və işlək canlı laboratoriyalar tamamilə məhv olub gedir. Hansı ki, Qafqazda aqrar sahə üzrə nümunəvi təhsil ocağı olan, 100-ə yaxın yaşı olan, aqrar sahədə görkəmli mütəxəssislər və korifeylər yetişdirən bu qocaman təhsil ocağından əsər-əlamət qalmayıbdır…”
“DİA-AZ” xəbər verir ki, bu sözlər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup müəllimi adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.

Müraciətdə daha sonra deyilir: “Bunlarla yanaşı Sizə vacib məsələləri fakt kimi bildirmək istəyirik. Bu Universitetə aqrar sahədən bixəbər heç neft sahəsini də bilməyən və bir dəfə də normal dərs deməyən, kiminsə qohumu kimi çalışan rektor Zəfər Qurbanov və onun prorektoru olan, ixtisasca o da aqrar sahədən bixəbər olub, qardaşının pul yığanı kimi vaxtilə çalışan Əhməd Məlikov Azərbaycan Dövlət Aqrar Universitetinin başına istədikləri bəlanı açırlar. Əvvəla məlumunuz olsun ki, Zəfər Qurbanov Universitetdə qiyabi rektor kimi çalışır. Universitetdə olan məsələləri məsafədən idarə edir. Adətən Gəncəyə həftədə 2-ci gün gəlib, 4 və 5-ci gün günortaya kimi olur. Bəzən də həftələrlə işdə olmur. Bütün məsələləri prorektor Əhməd Məlikova həvalə edib.

Universitetdə bir çox işlərin üzəri ört-basdır olsun deyə bəzi şöbə və laboratoriyalar bağlanmışdır. Zəfər Qurbanovun Sizin imzaladığınız Dövlət proqramları haqqında Fərman və Qanunlardan belə xəbəri yoxdur. Bu günə kimi onlara da heç bir münasibət bildirməyib. Gəldiyi gündən canlı laboratoriya kimi Vivariumu bağladı, iqtisadiyyat fakültəsində bir fakültəni bağladı, fermada olan heyvanları satıb dağıtdı, hovuzda olan ağbalıqları şəxsi maraqları üçün satdı, baytalıq elmi üçün vacib olan anatomiya muzeyindəki maketləri, skletləri məhv etdi. Fakültə və kafedraları dağıtdı. İqtisadiyyat fakültəsində kafedraları süni olaraq bağladı. Fakültəmizdə bəzi professor-müəllimin adı var, özü yoxdur. Saxtakarlıq baş alıb gedir. Əvvəlcə Şəlalə Zeynalova adlı bir dekan gətirdi. O sözünə baxmayıb Əhməd Məlikovun şəxsi bazarına qarışdığı üçün onu il yarımdan sonra ərizəsini alıb vəzifədən uzaqlaşdırdı. Ora Əhməd Məlikov özünün katibəsi olan elmi adı, dərəcəsi və baytarlıq təhsili olmayan Rüstəmova Ayişəni müavin gətirdi və bütün maliyyə məsələlərini ona həvalə etdi. Universitetdə bütün kollektiv Ayişə Rüstəmovaya “Əhmədin pulyığanı” deyirlər. Şəlalə Zeynalova gedəndən sonra fakültəyə dekanlığı professor Mirzə Əlievə həvalə etdi. Bir müddətdən sonra Mirzə Əliyev fakültədə nizam-intizam yaradaraq korrupsiyanın kökünü kəsmək istədi. Lakin əvvəlcə Əhməd Məlikov və sonra Zəfər Qurbanov Mirzə Əliyevə müəyyən işlərə qarışmamağını tapşırdı. Lakin razılaşmayan Mirzə Əliyev 3 aydan sonra kənarlaşdırıldı. Ona görə ki, istehsalat təcrübəsi keçməli olan Əczaçılıq fakültəsinin Türkiyə vətəndaşları olan tələbələrdən təcrübə şöbəsinin rəhbəri ilə birlikdə 2000-2500 manat pul almışdılar. Hansı ki, həmin tələbələr pulu verib özləri Türkiyəyə getmişdilər. Bunu interpol vasitəsilədə yoxlamaq olar. Mirzə Əliyev bunu qəbul etmədi və özü də bu məsuliyyətdən uzaqlaşdı. Bir faktı da bildirmək istəyirik ki, rektor sanki şəxsi müəssisəsi kimi hər bir məsələni Əhməd Məlikova həvalə edib. Yəni nə mütəxəssis, nə kafedra, nə də ixtisas sahibləri nəzərə alınmır. Harda pullu məsələlər var, məsələn praktikanın gündəliyinə baxsanız ixtisasçı olmayan Əhməd Məlikov vəzifəsindən istifadə edərək sədr, müavin də ixtisasçı olmayan, Azərbaycan Texnologiya Universitetinin məzunu, təcrübə şöbəsinin müdiri Gülnaz Əsgərovadır. Dekanlığı professor Mirzə Əlievdən sonra dosent Dursun Adıgözəlovaya həvalə etdilər. Sonra da hərraca çıxarıb dekan seçmək üçün adam axtardılar. Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər…”
Ardı var

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Yaxın adamları həbs edilən “Şapka Mamed” kimdir?
Next:  Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq – Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir

OXŞAR MÖVZULAR

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
1787121364_screenshot_20260819_103423_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ – NARAZILIQ VAR.

admin 19.08.2026
1787108646_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ucar İcra Hakimiyyətindən “Hinal Proje”yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı

admin 19.08.2026

XƏBƏR LENTİ

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR 1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı səhiyyə naziri Teymur Musayevə və TƏBİB sədri Anar Bayramova müraciət...
DAVAMI Read more about Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR
“By Ella” ləqəbli bloger həbs edildi b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.  Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına...
DAVAMI Read more about “By Ella” ləqəbli bloger həbs edildi
“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO 1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan “qanuni oğru” Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub. Lent.az-ın xəbərinə görə, Rufo...
DAVAMI Read more about “Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO
Azərbaycan CNN-i məhkəməyə verdi d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli...
DAVAMI Read more about Azərbaycan CNN-i məhkəməyə verdi
“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib 6a855298427846a8552984278517871223286a855298427826a85529842783
  • ARAŞDIRMA

“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

admin 19.08.2026
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi...
DAVAMI Read more about “QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib

Bütün yazılar

1787133350_screenshot_20260819_134700_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? – İTTİHAM VAR

admin 19.08.2026
b0a51ad37fd25cc30e23de54af465b4a
  • ARAŞDIRMA

“By Ella” ləqəbli bloger həbs edildi

admin 19.08.2026
1787089303d903002b1206e875e60d7e4dff536309_1787121645
  • ARAŞDIRMA

“Rufo Gəncinski”yə qarşı sui-qəsd cəhdi oldu – VİDEO

admin 19.08.2026
d3552f3fa58d83ea4b076612b9a68859
  • ARAŞDIRMA

Azərbaycan CNN-i məhkəməyə verdi

admin 19.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.