Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzanın müəyyən təfərrüatları bilinib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəzaya süşənlər hadisə zamanı həyatını itirən “VAZ 2106” markalı avtomobilin sürücüsü Əlizamin Aslanovun bacısı oğlunun Dəllər-Cəyir kəndində bu gün keçirilməsi nəzərdə tutulan kiçik toy mərasimindən öncə təşkil olunan “çiyər axşamı”na gedirlərmiş.
Qəzada Ə. Aslanovla yanaşı İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992), Zəhra Vəliyeva (2018) həlak olub.

Elvin Məmmədov

İlahə Məmmədova

Zəhra Vəliyeva
***
2026.08.17
20:34
Şəmkirdə yol qəzasında ölən və xəsarət alan şəxslərin bəzilərinin kimliyi məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzada İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992), Zəhra Vəliyeva (2018) və “VAZ 2106” markalı avtomobilin sürücüsü Əlizamin Aslanov (1981) həyatlarını itiriblər.
Hadisə nəticəsində “VAZ” ın sürücüsü Əlizamin Aslanovun oğlu Qoşqar Aslanov, Zeynab Aslanova, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseyinli və Elnur Hüseynov yaralanıblar.
Vəfat edən şəxslər Mahmudlu kəndinin sakinləridir.
***
18:55
Şəmkir rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
***
18:11
Şəmkirdə ağır yol qəzası baş verib.
Teleqraf-ın Qərb bürosunun verdiyi ilkin məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində – Əliyaqublu kəndində qeydə alınıb.
“VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 4 nəfər ölüb.



