Skip to content
18.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xalq artistinin kürəkəni 700 min manatlıq dələduzluqda ittiham olunur
  • ARAŞDIRMA

Xalq artistinin kürəkəni 700 min manatlıq dələduzluqda ittiham olunur

admin 18.08.2026
d98a52f0bddae29d95aeeff027dad7ab

Bu gün, avqustun 17-də Yasamal Rayon Məhkəməsində iş adamı Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı keçiriləcək. Şikayəti Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə verib.

Musavat.com xəbər verir ki, xüsusi ittiham qaydasında şikayət son aylarda geniş ictimai rezonans doğuran, qızıl alqı-satqısı adı altında yüz minlərlə manat vəsaitin mənimsənilməsi ilə bağlı iddiaların fonunda gündəmə gəlib.

İş adamı Elşən Mahmudbəyli daha əvvəl mediaya açıqlamalarında Rüfət Qasımzadə və digər şəxslər tərəfindən təxminən 700 min manat məbləğində aldadıldığını iddia edib. Onun sözlərinə görə, tərəflər arasında etimada əsaslanan münasibətləri olub. Rüfət Qasımzadənin ailə əlaqələri və tanınmış şəxslərlə münasibətləri də bu etimadın formalaşmasına təsir göstərib.

Elşən Mahmudbəyli bildirib ki, ona və digər şəxslərə Mərkəzi Univermaqda qızıl mağazası açılması, qızıl alqı-satqısı həyata keçirilməsi və yüksək gəlir əldə olunması təklif edilib. Elşən Mahmudbəyli və dostları bu layihəyə ümumilikdə təxminən 715 min manat vəsait qoyublar. Lakin sonradan vəd edilən biznesin reallaşmadığı və pulların qaytarılmadığı bildirilib.

Elşən Mahmudbəyli açıqlamalarında bildirib ki, Rüfət Qasımzadə Türkiyədən qızıl gətirərkən İstanbul hava limanında saxlanıldığını və üzərində olan təxminən 5 kiloqram qızılın müsadirə edildiyini deyib.

Mahmudbəylinin sözlərinə görə, həmin hadisədən sonra vəsaitlərin geri qaytarılmasının mümkün olmadığı bildirilib. Daha sonra isə onun sözlərinə görə, oxşar şəkildə başqa şəxslərin də zərər çəkdiyi barədə məlumatlar ortaya çıxıb.

Məsələ ilə bağlı mediaya danışan digər zərərçəkənlərdən Mirəli də Rüfət Qasımzadənin qızıl alqı-satqısı ilə məşğul olması görüntüsünün onlarda etimad yaratdığını bildirib.

Qalmaqalla bağlı Daxili İşlər Nazirliyinin açıqlamasında da vətəndaşların qızıl-zinət əşyalarının satışı adı ilə aldadılaraq pullarının ələ keçirilməsi barədə polisə müraciətlər daxil olduğu bildirilib.

Nazirliyin məlumatına görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıb, təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Onlar barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Bununla belə, Yasamal Rayon Məhkəməsində hazırda baxılan iş həmin cinayət işi deyil.

Hazırkı prosesin diqqətçəkən tərəfi bu dəfə şikayətçi tərəfin Rüfət Qasımzadə olmasıdır. Dələduzluq iddiaları ilə bağlı cinayət işi üzrə adı keçən Rüfət Qasımzadə bu dəfə özü Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Yəni bir tərəfdən Rüfət Qasımzadə və digər şəxslərlə bağlı dələduzluq iddialarının araşdırılması davam edir, digər tərəfdən isə həmin qalmaqalda adı çəkilən şəxslərdən biri Elşən Mahmudbəylinin açıqlamalarını hüquqi müstəvidə mübahisələndirir. Bu isə işin artıq yalnız pul münasibətləri və biznes mübahisəsi çərçivəsində deyil, tərəflərin bir-biri barədə səsləndirdiyi ittihamların hüquqi qiymətləndirilməsi müstəvisində də davam etdiyini göstərir.

Qeyd edək ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Yasamal Rayon Məhkəməsində hakim Mirsadıq Seyidovun sədrliyi ilə araşdırılacaq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir
Next: “İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama

OXŞAR MÖVZULAR

6a8405f101fb46a8405f101fb517870371696a8405f101fb26a8405f101fb3
  • ARAŞDIRMA

“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu

admin 18.08.2026
1787040256_screenshot-2026-08-18-120234
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..

admin 18.08.2026
1787042875_80c7e83054_0001
  • ARAŞDIRMA

İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: – “İki ildir axtarırıq, son dəfə danışanda deyib ki…”

admin 18.08.2026

XƏBƏR LENTİ

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO 1787043294screen_recording_20260818_124525_tiktok_1787043794
  • HADİSƏ
  • VİDEO

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO

admin 18.08.2026
Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib. “Unikal” xəbər verir ki, bununla bağlı Fövqəladə...
DAVAMI Read more about Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO
“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu 6a8405f101fb46a8405f101fb517870371696a8405f101fb26a8405f101fb3
  • ARAŞDIRMA

“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu

admin 18.08.2026
“Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova həbs olunub.  Lent.az-ın əldə etdiyi məlumata görə, bu...
DAVAMI Read more about “Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu
İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək 1787041941_6a84132ed6c0d6a841v
  • DÜNYA

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

admin 18.08.2026
Pakistanın sabiq Baş naziri İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək. “Geo TV”-nin xəbərinə görə, bununla bağlı Pakistan Ali...
DAVAMI Read more about İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək
Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!.. 1787040256_screenshot-2026-08-18-120234
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..

admin 18.08.2026
Son günlər hüquq müdafiəçisi Çingiz Qənizadənin ittihamları ilə gündəmə gələn David Selivestrov (Əvvəlki adı Kazım Abbasov-red.) haqqında...
DAVAMI Read more about Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..
“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… 1787044690_screenshot-2026-08-18-131742
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

admin 18.08.2026
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 14 ədəd subartezian quyularının əsaslı...
DAVAMI Read more about “Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

Bütün yazılar

1787043294screen_recording_20260818_124525_tiktok_1787043794
  • HADİSƏ
  • VİDEO

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO

admin 18.08.2026
6a8405f101fb46a8405f101fb517870371696a8405f101fb26a8405f101fb3
  • ARAŞDIRMA

“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu

admin 18.08.2026
1787041941_6a84132ed6c0d6a841v
  • DÜNYA

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

admin 18.08.2026
1787040256_screenshot-2026-08-18-120234
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..

admin 18.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.