Skip to content
18.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB – Prezidentə MÜRACİƏT OLUNDU
  • CƏMİYYƏT

Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB – Prezidentə MÜRACİƏT OLUNDU

admin 18.08.2026
1787033304_1
Dünən məlumat verərək bildirdik ki, Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun zabiti, 44 Günlük Vətən müharibəsi və Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Bəhruz Alışovun əmlakını dağıtması faktı artıq Baş prokurlruq tərəfindən nəzarətə götürülüb və hətta iddia olunur ki, bu fakt üzrə hüquqi araşdırma aparılacağı təqdirdə, icra başçısı Elxan Allahverdiyevin həbsi belə mümkündür.

“DİA-AZ” xəbər verir ki, bununla bağlı mətbuata danışan Bəhruz Alışov deyib ki, Baş Prokuror onunla görüşdə məsələdən xəbərdar olduğunu deyib: “Ancaq buna baxmayaraq, hər şeyi öz dilimdən eşitmək istədiyini dedi. Kamran Əliyev məni diqqətlə dinlədi. Bildirdi ki, prosesi şəxsi nəzarətinə götürür. Mən də ona təşəkkür edirəm və nəticəni gözləyirəm. İnanıram ki, icra hakimiyyətinin bu qanunsuzluğuna qarşı hüquqi ölçü götürüləcək. Mənim pozulan hüquqlarım bərpa olunmaqla yanaşı, bu işə göstəriş verənlər, icra edənlər cinayət məsuliyyətinə cəlb olunacaq”.

Binəqədinin icra başçısı Elxan Allahverdiyevin bu özbaşınalığının ölkədə böyük rezonansa səbəb olması və bu səbəblə Baş Prokuror Kamran Əliyevin zərərçəkən şəxsən dinləməsi vətəndaşın mülkiyyət hüququna edilən qəsdin araşdırılacağına inam yaradır. Son illər dövlət başçısının icra başçılarına və başqa məmurlara güzəştsiz münasibəti imkan verəcək ki, Elxan Allahverdiyev həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda risklərə həsr edən bir ordu zabitinə qarşı etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunsun.

“DİA-AZ”ın əldə etdiyi məlumatlardan aydın olur ki, bu fakt sən demə, yeganə hal deyil ki, Elxan Allahverdiyev döyüşçülərimizin əmlakını yerlə-yeksan edir. Belə ki, redaksiyamız müraciət edən polkovnik-leytenant Alışov Bəhruz Ağabəy oğlu da eyni qaydada başçının zülmündən gileylənir. Onun ölkə rəhbərliyinə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

“Mən, polkovnik-leytenant Alışov Bəhruz Ağabəy oğlu, Silahlı Qüvvələr veteranı, Müharibə veteranı, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı olaraq bildirirəm ki, mənim mülkiyyətimdə olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış evimlə bağlı hüquqlarım dəfələrlə pozulmuşdur.

Mənim əlimdə həmin torpaq sahəsinə dair çıxarış (kupça) olduğu halda, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan mülkiyyətimə müdaxilə edilmiş və evim texnika, o cümlədən traktor vasitəsilə sökülərək dağıdılmışdır.

Evimin söküntüsü ilk dəfə 2024-cü ilin sentyabr ayında həyata keçirilib. Bundan sonra müxtəlif tarixlərdə daha iki dəfə müdaxilə edilərək evim sökülüb və nəticədə ümumilikdə üç dəfə söküntü həyata keçirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə mülkiyyət hüququ qorunur. Buna baxmayaraq, mənim mülkiyyət hüququmu təsdiq edən çıxarış mövcud olduğu halda və hər hansı məhkəmə qərarı təqdim edilmədən evim sökülüb.

Söküntülərlə bağlı foto və video sübutlar, həmçinin aidiyyəti dövlət qurumlarının söküntünün həyata keçirildiyini təsdiq edən rəsmi yazılı sənədləri məndə mövcuddur. Həmin sənədlərdə söküntünün həyata keçirilməsi ilə bağlı məlumatlar öz əksini tapmışdır.

Xüsusilə Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevin bu hadisələrdə rolunun araşdırılmasını xahiş edirəm. Söküntünün kimin göstərişi ilə həyata keçirildiyi, hansı hüquqi əsasla aparıldığı və konkret vəzifəli şəxslərin bu prosesdə iştirakının olub-olmaması müəyyən edilməlidir.

Əlavə olaraq bildirirəm ki, hətta fərz etsək ki, həmin tikinti qanunsuz tikinti hesab olunur, bu belə heç bir dövlət orqanına qanunla müəyyən edilmiş prosedurları pozaraq özbaşına söküntü həyata keçirmək hüququ vermir.

Bu baxımdan, Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevdən və digər aidiyyəti vəzifəli şəxslərdən soruşuram: əgər tikilinin qanunsuz olduğunu hesab edirdinizsə, hansı qanunun və hansı səlahiyyətin əsasında, heç bir məhkəmə qərarı olmadan mənim tikilimi texnika ilə söküb dağıtmısınız?

Tikilinin qanunsuz olması barədə iddia varsa, həmin məsələ qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli orqan tərəfindən araşdırılmalı, mübahisəli məsələ isə qanuni prosedur çərçivəsində həll edilməlidir. Məhkəmə qərarı olmadan mülkiyyətə müdaxilə edilməsinin və tikilinin sökülməsinin hüquqi əsası ayrıca göstərilməlidir.

Eyni zamanda, Binəqədi Rayon İcra Hakimiyyətinin və şəhərsalma sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların konkret olaraq hansı hüquqi əsasla söküntü həyata keçirmək səlahiyyətinə malik olduğu araşdırılmalıdır. Söküntünü həyata keçirən şəxslərin və texnikanın kim tərəfindən cəlb edildiyi, göstərişin kim tərəfindən verildiyi və bunun hansı normativ hüquqi aktla əsaslandırıldığı müəyyən edilməlidir.

Mən öz hüquqlarımı qorumaq məqsədilə müxtəlif dövlət orqanlarına və məhkəmələrə müraciət etmişəm. Məsələ ilə bağlı əlimdə olan çıxarış, foto-video materiallar, rəsmi yazışmalar və digər sübutlar mövcuddur.

Xahiş edirəm:

1. Mənim mülkiyyətimə məhkəmə qərarı olmadan müdaxilə edilməsinin və evimin üç dəfə sökülməsinin qanuniliyi hərtərəfli araşdırılsın;
2. Söküntünün hansı hüquqi əsasla və hansı səlahiyyətli orqanın göstərişi ilə həyata keçirildiyi müəyyən edilsin;
3. Söküntünü həyata keçirən və buna göstəriş verən vəzifəli şəxslər müəyyən edilərək onların hərəkətlərinə hüquqi qiymət verilsin;
4. Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevin bu hadisələrdə rolu ayrıca araşdırılsın;
5. Əlimdə olan çıxarış, foto-video materiallar və rəsmi yazışmalar sübut kimi araşdırılsın;
6. Mülkiyyət hüququmun pozulmasına hüquqi qiymət verilsin və pozulmuş hüquqlarımın bərpası üçün qanunvericiliyə uyğun tədbirlər görülsün;
7. Mənə dəymiş maddi və mənəvi zərərin qanunvericiliyə uyğun qaydada müəyyən edilərək ödənilməsi məsələsinə baxılsın;
8. Araşdırmanın nəticəsi və söküntünün hüquqi əsası barədə mənə yazılı və əsaslandırılmış cavab verilsin…”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Vətəndaş “Xalq 11” lizinq şirkətindən şikayətçidir (VİDEO)
Next: Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir

OXŞAR MÖVZULAR

1787044690_screenshot-2026-08-18-131742
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

admin 18.08.2026
1787033928_1
  • CƏMİYYƏT
  • VİDEO

Vətəndaş “Xalq 11” lizinq şirkətindən şikayətçidir (VİDEO)

admin 18.08.2026
1787029668_screenshot-2026-08-18-090443
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Universal Hospital”da sertifikatsız həkim – yeni faktlar

admin 18.08.2026

XƏBƏR LENTİ

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO 1787043294screen_recording_20260818_124525_tiktok_1787043794
  • HADİSƏ
  • VİDEO

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO

admin 18.08.2026
Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib. “Unikal” xəbər verir ki, bununla bağlı Fövqəladə...
DAVAMI Read more about Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO
“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu 6a8405f101fb46a8405f101fb517870371696a8405f101fb26a8405f101fb3
  • ARAŞDIRMA

“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu

admin 18.08.2026
“Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova həbs olunub.  Lent.az-ın əldə etdiyi məlumata görə, bu...
DAVAMI Read more about “Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu
İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək 1787041941_6a84132ed6c0d6a841v
  • DÜNYA

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

admin 18.08.2026
Pakistanın sabiq Baş naziri İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək. “Geo TV”-nin xəbərinə görə, bununla bağlı Pakistan Ali...
DAVAMI Read more about İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək
Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!.. 1787040256_screenshot-2026-08-18-120234
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..

admin 18.08.2026
Son günlər hüquq müdafiəçisi Çingiz Qənizadənin ittihamları ilə gündəmə gələn David Selivestrov (Əvvəlki adı Kazım Abbasov-red.) haqqında...
DAVAMI Read more about Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..
“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… 1787044690_screenshot-2026-08-18-131742
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

admin 18.08.2026
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 14 ədəd subartezian quyularının əsaslı...
DAVAMI Read more about “Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

Bütün yazılar

1787043294screen_recording_20260818_124525_tiktok_1787043794
  • HADİSƏ
  • VİDEO

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO

admin 18.08.2026
6a8405f101fb46a8405f101fb517870371696a8405f101fb26a8405f101fb3
  • ARAŞDIRMA

“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu

admin 18.08.2026
1787041941_6a84132ed6c0d6a841v
  • DÜNYA

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

admin 18.08.2026
1787040256_screenshot-2026-08-18-120234
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..

admin 18.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.