Skip to content
07.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  •  Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

 Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?

admin 07.08.2026
1786085556_1 (1)
Ermənistan parlamentinin yeni sədri Ruben Rubinyan Azərbaycanla sülh prosesinin tam başa çatmadığını deyib və bunun ölkəsi üçün təhlükə yaratdığını iddia edib. Bu fikirləri o, avqustun 5-də parlamentin iclasında səsləndirib.

Onun sözlərinə görə, Ermənistana əsas təhlükələrdən biri Azərbaycanla sülhün hələ tam və geri dönməz xarakter almamasıdır. “Təhlükə Azərbaycandan qaynaqlanır. Çünki bizim Azərbaycanla sülhümüz hələ geridönməz və tam institusionallaşmış xarakter almayıb. Məhz geridönməz hala gəlməmiş bu sülh Ermənistan Respublikası üçün təhlükə yaradır”, – Rubinyan bildirib.

O, Türkiyə ilə münasibətlərə də toxunaraq, iki ölkə arasında sərhədin bağlı qalmasını və diplomatik münasibətlərin olmamasını da Ermənistan üçün təhlükə kimi qiymətləndirib. “Türkiyə ilə bağlı sərhədin bağlı olması ən azı iqtisadi, diplomatik münasibətlərin olmaması isə ən azı diplomatik təhlükə yaradır”, – deyə qeyd edib.
Göründüyü kimi, Rubinyan təzə postunda Azərbaycana münasibətdə növbəti dəfə sarsaq iddia səsləndirib (Bundan az öncə Bakıda həbsdə yatan erməni cinayətkarları “əsir” adlandırmışdı). Guya Ermənistana əsas təhlükə Azərbaycandan qaynaqlanır. Halbuki az qala, uşağa da məlumdur ki, kapitulyant ölkəyə ən böyük təhlükə elə onun özündən gəlir. Sülh müqaviləsinin imzalanmasını uzadan, hələ də konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmayan Ermənistandan!

Rubinyanın sülh prosesi ilə bir araya sığmayan təxribatçı ritorikası nəyə hesablanıb?

Hərbi ekspert Ramil Məmmədli Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə, taxıl daşındığını xatırladıb. O, həmçinin, Bakının neft məhsullarının da qonşu ölkəyə ixrac olunduğunu yada salıb. Ramil Məmmədli bu halda Ermənistana təhlükə olduğunu demək məntiqsizdir. Hərbi ekspert spikerin daxili auditoriyaya hesablanmış çıxış etdiyi qənaətindədir: “Rubinyan yeni vəzifəsində xələfi Simonyandan fərqlənir. Onun çıxışları hazırkı kövrək sülh dönəmində münasibətlərə müsbət xal qazandırmır. Təbii ki, Azərbaycanı qane etməyən bir mövqe sərgiləyir və etirazımıza səbəb olur. Lakin Rubinyan bu bəyanatlarla erməni cəmiyyətinə demək istəyir ki, guya hökumət sülhpərvərdir, problemi yaradan qarşı tərəfdir. Xüsusən də konstitusiyaya dəyişiklik tələbimizi onların daxili işinə müdaxilə kimi qələmə verməyə cəhd edirlər və bu yöndə təbliğat aparılır. Halbuki Azərbaycan tələbində haqlıdır. Amma ümumilikdə isə Ermənistanı heç bir təhlükə gözləmir, sərhəddə hərbi eskalasiya riski yoxdur”.

Hərbi təhlilçi qeyd edib ki, təhlükə erməni revanşistləri ola bilər: “Torpaqlarımızı 30 il işğal altında saxlamış bir ölkənin spikerinin bu ritorikası həqiqətən də həyasızlıqdır. Azərbaycan ərazilərini talan et, əhalini didərgin sal, şəhərləri dağıt, sonra de ki, Ermənistana təhlükə var. Hərçənd, münaqişə dönəmində Ermənistan ərazilərinə bir güllə də dəyməyib. Amma onlar cəbhə xəttindən uzaqda yerləşən Gəncəni, Bərdəni bombaladılar. Bu cinayətlərə yol vermiş bir ölkənin qanunverici orqanına spikerlik edən şəxs hələ bir danışır da. Məncə, Ermənistan təhlükəni konstitusiyasında axtarmalıdır. Orada bizə qarşı ərazi iddiası yer alır və bu da daim təhdid deməkdir”.

Musavat.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous:  “Kristal”dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI – 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Next: Yeni agentliyin mətbuat katibi o oldu – Foto

OXŞAR MÖVZULAR

1786086457_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” – ÇAĞIRIŞ

admin 07.08.2026
1786084032_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bərdə səhiyyəsi qanqrena verir: Vüsal həkim, hardasınız?

admin 07.08.2026
1786075245_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr… – AKTUAL

admin 07.08.2026

XƏBƏR LENTİ

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu prezident1
  • SİYASƏT

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu

admin 07.08.2026
Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamı...
DAVAMI Read more about Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu
Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər xamenei
  • DÜNYA

Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər

admin 07.08.2026
ABŞ və İsrailin fevralın 28-də paytaxt Tehrana hava hücumu zamanı ağır yaralanan İran Ali rəhbəri Müctəba Xameneinin...
DAVAMI Read more about Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər
“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı arzum
  • ARAŞDIRMA

“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

admin 07.08.2026
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya...
DAVAMI Read more about “Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı
Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM 1786094374ilham_aliyev_chaired_meeting_of_cabinet_of_ministers_dedicated_to_results_of_socioeconomic_development_of_2018_and_objectives_for_future_08_1786098198
  • SİYASƏT

Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

admin 07.08.2026
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Beynəlxalq...
DAVAMI Read more about Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO whatsapp_image_2026-08-07_at_13.44.19
  • HADİSƏ
  • VİDEO

Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO

admin 07.08.2026
Xəbər verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal...
DAVAMI Read more about Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO

Bütün yazılar

prezident1
  • SİYASƏT

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu

admin 07.08.2026
xamenei
  • DÜNYA

Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər

admin 07.08.2026
arzum
  • ARAŞDIRMA

“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

admin 07.08.2026
1786094374ilham_aliyev_chaired_meeting_of_cabinet_of_ministers_dedicated_to_results_of_socioeconomic_development_of_2018_and_objectives_for_future_08_1786098198
  • SİYASƏT

Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

admin 07.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.