Skip to content
07.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı
  • ARAŞDIRMA

“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

admin 07.08.2026
arzum

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib.

Məhkəmə etirazı baxılmamış saxlayıb.

Daha sonra zərərçəkmiş Sənubər Muradova ifadə verib. O bildirib ki, hadisədən qabaq yoldaşı ilə marketdən qayıdırmışlar:

“Qarşımızda maşın var idi. Biz dəfələrlə uzaq işıqla yol istədik. Sonra bu hadisə baş verdi. Qəzadan sonra eşitmə qabiliyyətimi itirmişəm. Təqsirləndirilən şəxsin tərəfdarları tərəfindən təhqirə məruz qalmışam. Xahiş edirəm ədalətli qərar verəsiniz”.

Şahid qismində ifadə verən İlham İbrahimov bildirib ki, hadisə vaxtı “Bravo” mağazası tərəfdə olub: “Qəza səsi eşitdim, maşınımla o tərəfə getdim. Mən yaxınlaşanda İlduzə xanımın maşını yolun ortasında dayanmışdı. İlduzə xanım özündən getmişdi. Onu maşının arxa oturacağında əyləşdirdik. Yanındakı şəxlər məndən onu xəstəxanaya aparmağımı xahiş etdilər. Mən də xəstəxanaya apardım. İlduzə xanım xəstəxanada təxminən 30 dəqiqə qaldı, ardınca onları evə apardım”.

Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanıb.

Müdafiə vəkilləri məhkəmədən qəzanın cüzi sürtünmə və ya sürətlə idarə olunmasına görə baş verməsinin araşdırılması, həmçinin kompleks avtotexniki ekspertizanın təyin olunmasını xahiş ediblər.

Vəsatət təmin olunub, ekspertiza rəyi təqdim olunana kimi proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə “Arzum” cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktokerin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Gecə yarısı “Changan” markalı avtomobili idarə edən “Arzum” sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

“Arzum” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM
Next: Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər

OXŞAR MÖVZULAR

Nigaaa
  • ARAŞDIRMA
  • GÜNDƏM

Nigar Fərhadın əri həbs edildi

admin 05.08.2026
1785936492_goytepe_mese_foto
  • ARAŞDIRMA

Göytəpə meşəbəyliyində yaş palıd ağacları belə kəsilib satılır – VİDEO

admin 05.08.2026
1715074659.mehkeme(1)
  • ARAŞDIRMA

Zərərçəkmiş: İslam Yusifovun borcları vardı, ona kömək etdim – MƏHKƏMƏ

admin 05.08.2026

XƏBƏR LENTİ

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu prezident1
  • SİYASƏT

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu

admin 07.08.2026
Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamı...
DAVAMI Read more about Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu
Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər xamenei
  • DÜNYA

Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər

admin 07.08.2026
ABŞ və İsrailin fevralın 28-də paytaxt Tehrana hava hücumu zamanı ağır yaralanan İran Ali rəhbəri Müctəba Xameneinin...
DAVAMI Read more about Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər
“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı arzum
  • ARAŞDIRMA

“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

admin 07.08.2026
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya...
DAVAMI Read more about “Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı
Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM 1786094374ilham_aliyev_chaired_meeting_of_cabinet_of_ministers_dedicated_to_results_of_socioeconomic_development_of_2018_and_objectives_for_future_08_1786098198
  • SİYASƏT

Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

admin 07.08.2026
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Beynəlxalq...
DAVAMI Read more about Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO whatsapp_image_2026-08-07_at_13.44.19
  • HADİSƏ
  • VİDEO

Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO

admin 07.08.2026
Xəbər verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal...
DAVAMI Read more about Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO

Bütün yazılar

prezident1
  • SİYASƏT

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu

admin 07.08.2026
xamenei
  • DÜNYA

Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər

admin 07.08.2026
arzum
  • ARAŞDIRMA

“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

admin 07.08.2026
1786094374ilham_aliyev_chaired_meeting_of_cabinet_of_ministers_dedicated_to_results_of_socioeconomic_development_of_2018_and_objectives_for_future_08_1786098198
  • SİYASƏT

Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

admin 07.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.